“Erməni soyqırımı”na dəstək münasibətilə dünən və bu gün müraicət yayımlayan bir qisim dövlət başçısı bu hərəkətləri ilə dolayısıyla İrəvanın mərkəzi meydanında Türkiyə bayrağının yandırılmasına da haqq qazandırmış olurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan “erməni soyqırımı” mövzusuna maraq göstərməzkən, “soyqırımın beynəlxalq səviyyədə tanınması hökumətin xarici siyasət prioriteti deyil” deyərkən, bir qisim dövlət başçısı, o cümlədən Rusiya Prezidenti Vladimir Putin “Papadan artıq katolik” olmaq istəyir.
Bu sözləri politooq Elxan Şahinoğlu qeyd edib.
“Putinin “soyqırım”la bağlı müraciətinin ruhu Ermənistanda parlament seçkisi öncəsi radikal müxalifətə dəstək anlamı daşıyır. Misal üçün, Putin belə bir cümlə işlədib: “Ermənistanın oğul və qızlarının milli kimliklərini qoruyub saxlamağa davam edəcəklərinə əminliyimi ifadə edirəm”. Bu cümləni belə də oxumaq olar: “Sizin baş naziriniz milli kimlikdən uzaqlaşıb, ermənilərin düşmənləri ilə dostluq edir, ermənilərin milli kimliyi isə Rusiya ilə ittifaqın davamından keçir”, – politooq vurğulayıb.
Qeyd edək ki, Ermənistanda 24 aprel qondarma “soyqırım” günü kimi qeyd edilir./axar.az
