Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Azərbaycanda “lizinq” ləğv olunur?

Azərbaycanda “lizinq” ləğv olunur?

admin 27/04/2026
baku-fl

 

Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni Qanun qəbul ediləcək.

Milli Məclisin bugünkü plenar iclasında yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanıb.

Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin “maliyyə icarəsi” termini ilə əvəz edilməsidir. Beynəlxalq praktikada “financial lease” kimi tanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğun tərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklik terminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinin daha aydın başa düşülməsinə xidmət edəcək.

Hazırda Mülki Məcəllənin “Lizinq” adlanan fəsli əslində maliyyə icarəsi münasibətlərini tənzimləyir, “maliyyə lizinqi” termini isə əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusilə sahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm rol oynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafını tam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədər əks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isə maliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsini çətinləşdirir.

Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması, dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövlət tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyə icarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcı üçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyini artırır.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb olunacaq.

Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqavilə münasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsi obyektinə yönələn tələblərin icrası mexanizmləri də tənzimlənir.

Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimi mexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektin başqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsində isə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsi məlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyə bazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgün qiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşmasına töhfə verəcək.

Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu və hesabatlılığı “Mühasibat uçotu haqqında” Qanuna uyğun aparılacaq, maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildə hazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.

Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqi və institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına və iqtisadi aktivliyin artmasına xidmət edəcək.

Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə olunan “lizinq” termini (anlayışı) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab ediləcək:

maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilib;
maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib./Trend.Az

PAYLAŞIN:

Continue Reading

Previous: Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz
Next: Qəbul balları endirilir?

OXŞAR MÖVZULAR

7465970f56185597a6eb3d90ce8accbf_dyioh

Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var?

admin 27/04/2026
imtahan-yeni

Qəbul balları endirilir?

admin 27/04/2026
ali-mehkeme

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib 27/04/2026
  • Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var? 27/04/2026
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı 27/04/2026
  • Qəbul balları endirilir? 27/04/2026
  • Azərbaycanda “lizinq” ləğv olunur? 27/04/2026
  • Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz 27/04/2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər 27/04/2026
  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.