Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

admin 27/04/2026
E-commerce concept image

 

2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.

Bununla bağlı Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq göndərib. Bildirilir ki, xidmətdən istifadə etmək üçün vətəndaşlar Asan İmza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalıdırlar.

Hazırda xaricdən bağlamalar sifariş etdikdə vətəndaşlar e.customs.gov.az saytına və ya “Smart Customs” mobil tətbiqinə FİN kodu və parol ilə daxil olur, bağlamaya aid məlumatları doldurur və bəyannaməni təsdiqləyirlər. Mətbuatda “Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq” başlıqlı xəbərlər bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb, bundan sonra xaricdən mal sifariş etməyin çətin olacağından narahatdırlar. Üstəlik, son zamanlar xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılması ilə bağlı xəbərlərin fonunda bu qayda elektron ticarət həvəskarlarını təşvişə salıb.

Maraqlıdır, bu yeniliyin tətbiq edilməsi zərurəti haradan qaynaqlanır?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

“SİMA-nın tətbiqi xüsusi texniki bilik tələb etmir”

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən “Kaspi” qəzetinə bildirilib ki, bu dəyişikliklər çərçivəsində vətəndaşların elektron xidmətlərdən daha təhlükəsiz və rahat istifadə etməsi məqsədilə yeni identifikasiya vasitələrinə keçid həyata keçirilir: “Bu baxımdan, vətəndaşlarımızı məlumatlandırmaq, maarifləndirmək və prosesə hazırlamaq məqsədilə bildiririk ki, 1 iyun 2026-cı il tarixinədək hər bir istifadəçi SİMA rəqəmsal imzanı smart mobil cihazına yükləməli və ondan istifadə qaydaları ilə tanış olmalıdır. Qeyd etmək istərdik ki, SİMA gündəlik istifadə üçün nəzərdə tutulmuş, sadə və təhlükəsiz identifikasiya vasitəsidir. Onun tətbiqi xüsusi texniki bilik tələb etmir. Bir daha vətəndaşlarımızı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən bu zəruri və mütərəqqi dəyişikliyə anlayışla yanaşmağa və vaxtında hazırlıq görməyə çağırırıq”.

“Bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısı alınır”

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, dəyişiklik xidmətin təhlükəsizliyini artırmaq, əməliyyatların düzgün və sürətli həyata keçirilməsini təmin etmək və vətəndaşların elektron imza vasitəsilə daha etibarlı giriş imkanına malik olmalarını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, məqsəd həm xidmətin rəqəmsal təhlükəsizliyini gücləndirmək, həm də bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısını almaqdır.

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

“FİN və parol modeli kibertəhlükəsizlik tələblərinə tam cavab vermir”

İKT üzrə ekspert Asim Namazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, elektron ticarət bəyannamələrinin FİN və parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron identifikasiya üsulları – Asan imza, SİMA və MYGOV/QR üzərindən həyata keçirilməsi dövlətin rəqəmsal təhlükəsizlik və etibarlılıq siyasətinin məntiqi davamıdır: “Bu dəyişiklik ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir. FİN və parol modeli artıq müasir kibertəhlükəsizlik tələblərinə tam cavab vermir və bir çox ölkələr bu üsuldan mərhələli şəkildə imtina ediblər”.

“İmza sahibinin məsuliyyəti dəqiq müəyyən edilir”

Mütəxəssis bildirir ki, digər mühüm məqam ondan ibarətdir ki, Asan imza və SİMA kimi həllər hüquqi baxımdan imza sahibinin məsuliyyətini dəqiq müəyyən edir: “Bu isə gömrük bəyannamələrinin hüquqi qüvvəsini gücləndirir və mübahisəli halların sayını azaldır. Xüsusilə elektron ticarətin sürətlə artdığı bir dövrdə bu, sistemin dayanıqlılığı üçün vacib amildir. Bununla yanaşı, keçid dövründə vətəndaşların və kiçik sahibkarların məlumatlandırılması və adaptasiyası xüsusi diqqət tələb edir. Texnologiya baxımından hazır olmayan istifadəçilər üçün bu dəyişiklik ilkin mərhələdə çətinlik yarada bilər. Odur ki, Dövlət Gömrük Komitəsinin indidən xəbərdarlıq etməsi və elektron imza əldə olunmasını tövsiyə etməsi düzgün və vaxtında atılmış addımdır”.

Vətəndaşlar gömrükdə gecikmələrin qarşısını almaq üçün…

A.Namazovun sözlərinə görə, bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Vətəndaşlar isə gecikmələrin və texniki problemlərin qarşısını almaq üçün 2026-cı il iyunun 1-dən əvvəl müvafiq elektron imza vasitələrini əldə etməlidirlər.

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

Sosial şəbəkə hesablarında iddia olunur ki, dəyişikliklərin əsas səbəblərindən biri bəzi sahibkarların yaşlı insanların və ya qohumlarının FİN kodunu və şifrəsini əldə edərək onların adından külli miqdarda sifarişlər verməsidir. Bu hallarda məhsullar faktiki olaraq kommersiya məqsədilə alınsa da, fiziki şəxslərin adına rəsmiləşdirildiyi üçün müəyyən güzəştlərdən sui-istifadə edilir. Bu isə həm sistemdə şəffaflıq problemləri yaradır, həm də fərdi idxal limitlərinin aşılmasına səbəb olur. Yəni, iyundan etibarən, hər bir şəxs yalnız öz adına olan məhsulu bəyan edəcək.

Vətəndaşlara tövsiyə olunur ki, iyun ayına qədər Asan İmza və ya SİMA elektron imzasını əldə etsinlər ki, malların bəyan edilməsində hər hansı çətinlik yaranmasın. Bu, xüsusilə xaricdən tez-tez sifariş verən şəxslər üçün vacibdir.

PAYLAŞIN:

Continue Reading

Previous: “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb
Next: Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?

OXŞAR MÖVZULAR

7465970f56185597a6eb3d90ce8accbf_dyioh

Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var?

admin 27/04/2026
imtahan-yeni

Qəbul balları endirilir?

admin 27/04/2026
baku-fl

Azərbaycanda “lizinq” ləğv olunur?

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var? 27/04/2026
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı 27/04/2026
  • Qəbul balları endirilir? 27/04/2026
  • Azərbaycanda “lizinq” ləğv olunur? 27/04/2026
  • Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz 27/04/2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər 27/04/2026
  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.