Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

admin 27/04/2026
sok-
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb.
Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və bazarda bir neçə yerli şirkət təşəbbüsü tamamilə ələ almışdı. Lakin son vaxtlar vəziyyət kəskin dəyişib. Bazara xarici markaların axını başlayıb və yerli istehsal səssizcə mövqelərini itirməkdədir.
O zaman sual yaranır: yerli markalar xarici rəqiblərinə uduzurlar? Yerli şirkətlərin qorunması üçün hansı addımların atılmasına ehtiyac var?
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirkik:
İqtisadçı Rauf Qarayevin sözlərinə görə, Azərbaycan bazarında digər ölkələrdən gələn meyvə şirələrinin nisbətən ucuz olmasının və yerli məhsulların rəqabətdə uduzmasının müəyyən səbəbləri var: “Əsas səbəblərdən biri inamla bağlıdır. Məsələn, yanvar ayında bəzi yerli karton qablaşdırmalı şirələrdə mənşəyi məlum olmayan maddələr aşkar olunmuşdu. Nəticədə, istehlakçılar ümumilikdə Azərbaycanda istehsal olunan şirələri almaqdan ehtiyat edirlər. Daxili bazara təsir edən digər ciddi amil isə istehsal keyfiyyətidir. Yerli şirələrin dadı çox vaxt qutunun üzərində qeyd olunan meyvənin dadına belə uyğun gəlmir, sadəcə müəyyən əlavələrdən ibarət olur. Bu cür hallar istər məhsulun anbarda düzgün saxlanılmaması, istərsə də istehsal xətası səbəbindən olsun, ciddi antireklama səbəb olurdu. Nəticədə, ad qazanmış zavodların belə reputasiyası zədələnir və istehlakçılar həmin markaları boykot edirdilər. Əvvəllər yerli konserv zavodları reklama daha çox vəsait ayırırdısa, hazırda bu büdcələr də nisbətən azalıb. Yerli məhsulların xarici meyvə şirələrinə uduzmasının bir səbəbi də məhz reklam və marketinq zəifliyidir”.
R.Qarayevin fikrincə, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli meyvə şirələri əsasən xarici ölkələrə ixrac olunur. Daxili bazarın tələbatını ödəmək üçün qalan məhsullar isə keyfiyyət baxımından xaricdən gələn şirələrə uduzur: “Bildiyiniz kimi, hər bir ölkənin öz standartları var. Xarici şirkətlər ixrac üçün nəzərdə tutduqları məhsullarda keyfiyyətə və qablaşdırmaya xüsusi önəm verirlər. Marketlərdəki xarici meyvə şirələrinə diqqət yetirsək, onların həm dizayn, həm də dad baxımından istehlakçıya daha cəlbedici və fərqli gəldiyini görərik. Bizdə isə xarici bazara göndərilənlər istisna olmaqla, ənənəvi olaraq eyni formada və standart dadda şirələr istehsal olunur. Əgər yerli məhsul keyfiyyətli deyilsə, rəflərdə qalacaq. Hətta yerli məhsullara davamlı endirimlər edilsə belə, keyfiyyət amilinə görə onların alıcı kütləsi kifayət qədər olmur. Marketinq psixologiyası və sahibkarların yanaşması mütləq dəyişməlidir”.
İqtisadçı bildirdi ki, yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq ilk növbədə onların özlərindən asılıdır: “Onlar bazarı dərindən təhlil edərək keyfiyyətli məhsul ortaya qoymalıdırlar. Əgər istehsal prosesində onlara mane olan qanunvericilik və ya xərc məsələləri varsa, bunu dövlət qurumları qarşısında qaldıraraq vergi, kommunal güzəştlər tələb edə bilərlər. İstehsalçılar əvvəlcə yüksək keyfiyyətli məhsul yaradaraq özlərini sübut etməli, daha sonra hökumətdən güzəştlər tələb etməlidirlər. Bu sektorun yenidən yüksəlməsi üçün istehsalçılar mütləq daxili təhlil aparmalı, öz zəif tərəflərini müəyyənləşdirməli və buraxdıqları səhvləri aradan qaldırmalıdırlar”.
Marketoloq Qələndər Məmmədli isə düşünür ki, artıq yerli şirkətlər kommunikasiya və tanıtım kampaniyalarına əvvəlki qədər büdcə ayırmırlar: “Bunun əvəzinə, əsas diqqət distribusiya fəaliyyətinə, məhsulun rəflərdə yer almasına yönəldilib. Başqa sözlə, məhsulun fiziki mövcudluğu ön plandadır, lakin istehlakçı ilə kommunikasiya arxa plana keçib. Yerli brendləri dəyərləndirərkən görürük ki, onlar əsasən kütləvi mediadan istifadə edərək geniş auditoriyaya xitab etməyə üstünlük verirlər. Təəssüf ki, dar çərçivəyə və ya premium seqmentə yönəlmiş yerli meyvə şirələri bazarda demək olar ki, yoxdur. Əvvəllər mövcud olan bəzi markalar isə artıq fəaliyyətini dayandırıb”.
Q.Məmmədlinin fikrincə, bütün bunların fonunda istehlakçıların zehnində belə bir stereotip formalaşıb ki, yerli məhsul ucuz və keyfiyyətsizdir, xarici məhsul isə bahalı və keyfiyyətlidir: “Halbuki, xarici məhsulun qiymətinin yüksək olması əksər hallarda onun daşıma və gömrük xərcləri ilə bağlıdır. Hətta yerli məhsul eyni keyfiyyətdə olsa və bazara daha münasib qiymətə daxil olsa belə, alıcı psixologiyası bahalı xarici məhsulu daha etibarlı hesab edir. Son dövrlərdə vüsət alan sağlam həyat trendi də bu sektora ciddi təsir edib. İnsanlar artıq meyvə şirələrindən imtina edərək daha çox adi su içməyə üstünlük verirlər. Bu dəyişiklik brendlərin bazar payına mənfi təsir göstərsə də, ən böyük problem yerli şirkətlərin yeni trendə uyğun alternativ məhsullar təklif edə bilməməsidir. Kütləvi istehsal ənənəsinə davam etmək şirkətləri çətin vəziyyətlə üz-üzə qoyur”.
Marketoloqun sözlərinə görə, hökumətin requlyativ addımları nəticəsində xarici brendlərin qiymətləri müəyyən çərçivədə tənzimlənir. Lakin yalnız daxili bazarı qorumağa yönəlmiş proteksionist siyasət çıxış yolu deyil: “Yerli markaları xarici rəqabətdən süni şəkildə qorumaq qısamüddətli perspektivdə müsbət effekt verə bilər, amma orta və uzunmüddətli dövrdə uğurlu nəticə vəd etmir. Bunun əvəzinə, dövlət yerli brendlərin ixrac potensialını dəstəkləməlidir. Əsas hədəf yerli istehsalı sadəcə qorumaq yox, onu qlobal miqyasda rəqabətədavamlı etmək olmalıdır”.
PAYLAŞIN:

Continue Reading

Previous: Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma
Next: “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib

OXŞAR MÖVZULAR

7465970f56185597a6eb3d90ce8accbf_dyioh

Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var?

admin 27/04/2026
imtahan-yeni

Qəbul balları endirilir?

admin 27/04/2026
baku-fl

Azərbaycanda “lizinq” ləğv olunur?

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var? 27/04/2026
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı 27/04/2026
  • Qəbul balları endirilir? 27/04/2026
  • Azərbaycanda “lizinq” ləğv olunur? 27/04/2026
  • Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz 27/04/2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər 27/04/2026
  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.