“Xural TV”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Bu barədə vəkil Rəşad Vaqifoğlu və jurnalistin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, mərhum jurnalist 2024-cü ildə il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.
Bir müddət əvvəl səhhətində yenidən yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən jurnalist sentyabrın 22-də əməliyyat olunmuşdu. Onun həyat yoldaşı Məlahət Zeynallı jurnalistin vəziyyətinin ağır olduğunu bildirmişdi.
Allah rəhmət eləsin…
