Goranboy rayonunda hökm sürən acınacaqlı mənzərə və yerli sakinlərin gündəlik həyatını dözülməz edən təmizlik problem ilə bağlı redaksiyamıza fotofaktlarla zəngin məlumatlar daxil olub.
Rayonun mərkəzi küçələrində zibil qablarının baş-ayaq qalması, səliqə-sahmanın itməsi və illər öncə görülən abadlıq işlərindən əsər-əlamət qalmaması haqlı olaraq əhalinin kəskin etirazına səbəb olur.

Məlumatlarda deyilir ki, İcra hakimiyyətinin başçısı nəinki vətəndaşların problemlərinin həlli ilə məşğul olmur, rayona gözucu belə baxmır. Nəticədə mərkəzlə yanaşı kənd və qəsəbələrdə də vəziyyət gündən-günə pisləşir. Goranboylu oxucularımızın verdiyi məlumata görə, məhz rayon rəhbərliyinin, aidiyyatı məsul şəxslərin məsuliyyətsizliyi ucbatından üfunət və baxımsızlıq girdabında qalıblar.

Mövcud mənzərənin səbəbkarı kimi isə Məhərrəm Quliyevin birbaşa vəzifə borcunu yerinə yetirmədiyini açıq şəkildə dilə gətirirlər. Rayonda yaranmış bu dözülməz idarəçilik böhranından əziyyət çəkən goranboylular bütün ümidlərini ölkə rəhbərliyinə bağlayaraq, onların səsinə səs verilməsini və rayonu bu vəziyyətə salan icra başçısı və komandası barəsində qəti tədbir görülməsini xahiş edirlər.

P.S. Rayon sakinlərlərinin bildirdiyinə görə, Məhərrəm Quliyevin rəhbərliyindən öncəki dövrdə belə acınacaqlı vəziyyət yaşanmayıb. Əksinə, rayonun yolları, səkiləri, parkları və mərkəzi küçələri ardıcıl olaraq abadlaşdırılıb, sakinlərin müraciətlərinə isə hər zaman diqqət və həssaslıqla yanaşılıb./Yenixeberorg.az
