Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Avqust
  • 25
  • Azərbaycanda 18 milyona satılan villa kimindir?

Azərbaycanda 18 milyona satılan villa kimindir?

redaktor 25/08/2019
gcwnk1d3WuZyWeSCj5HFGLvKyZE7tDtUmN9l1XWX

Azərbaycanda nə az, nə çox, düz 18 milyon manata mülk satışa çıxarılıb.
Bakıda, Bilgəh bağlarında 1 ha. torpaq sahəsində inşa edilən mülkün ümumi sahəsi 1700 kv.m-dir. Bu 2 mərtəbəli monolit imarət 20 otaqdan, hər otağın öz santexnika qovşağından, həmçinin 100 nəfərlik qonaq otağından və türk hamamından ibarətdir.
Həyətdə qonaqlar üçün ayrıca ev və 7 otaqlı işçi personalı üçün tikili var. Yay-qış hovuzunun, çoxlu dekorativ və meyvə ağaclarının da olduğu imarətin təmirində xarici ölkələrin bahalı brendlərinin inşaaat materiallarından və mebellərindən istifadə edilib.
Paytaxtın Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektinə yaxın yerdə, “milyonerlər küçəsi”ndə isə 15 sot torpaq sahəsində inşa edilən mülkə isə 6 milyon manata yaxın – 5 milyon 950 min amnat satış qiyməti qoyulub. Ümumi sahəsi 850 kv.m. olan və 15 otaqdan ibarət bu mülkdə foin hamamı da var, qapalı hovuz da, tennis zalı da. Lüks təmirindən, bahalı mebellərindən tutmuş meyvə və dekorativ ağacları da öz yerində…
Ölkəmizdə satışa çıxarılan başqa bir mülkə isə 5 milyon manat qoyulub. Sözügedən dəbdəbəli bağ evi Bakının  Şüvəlan qəsəbəsində, “Mayak” adlanan ərazidə yerləşir. Bağ evindən çox xüsusi memarlıq üslubunda inşa edilmiş bu villa 28 sot torpaq sahəsində tikilib, mülkün özü isə 2800 kv.m. sahəni əhatə edir.
10 böyük otaqdan, 3 mətbəxdən, 2 personal otağından ibarət villa dəniz mənzərəli eyvana, lüks saunaya və trenajor zalına malikdir. Qazon və daş pilitələrlə döşənmiş həyətdə böyükhəcmli filterli hovuz, 2 mərtəbəli qonaq evi və xarici ölkədən sifarişlə gətirilmiş dekorativ ağaclar var.
Bundan başqa, Abşeron rayonu ərazisindəki Novxanı bağlarında, “ABU Petrol”dan 300 metr məsafədə yerləşən dəbdəbəli mülk isə bir qədər aşağı – 4 milyon 800 min manata təklif olunur. 1.2 hektar torpaq sahəsində inşa edilən, 2 mərtəbəli monolit, xüsusi layihə üzrə tikilmiş, ümumi sahəsi 2.500 kv. m. villa 15 otaqdan, 100 kv.m.-lik nəhəng zaldan, açıq və qapalı hovuzdan, bilyard otağından, trenajor zalından, türk və fin hamamından və s. ibarətdir, həyətində 500-dək meyvə və dekorativ ağaclarının, isçi personalı üçün ayrıca 2 mərtəbəli evin, 10 maşınlıq qarajının , şəlaləsinin, üzümlüyünün və s. olduğu bildirilir. Ən əsası isə satış elanında xüsusi vurğulanır: “Ətrafda elit qonşular yaşayır”!
Qeyd edək ki, Azərbaycanda qiyməti 1 milyon manatdan yüksək olan villalarla bağlı satış elanlarına çox rast gəlinir. Zaman-zaman isə 5 milyon və üstü qiymətlərə satılan mülklər barədə elanlar oxumaq olar.
Araşdırmaya görə, hazırda məsələn, Bakıxanov qəsəbəsində 12 sot torpaqda yerləşən 4 mərtəbəli, 800 kv.m. sahəyə malik villaya 2 milyon 850 min manat qiymət qoyulub. Bahali mebellerlə təchiz edilən bu villadan fərqli olaraq, Nərimanov rayonu Məmməd Araz küçəsində 600 kv.m. sahəsi olan 4 mərtəbəli, 10 otaqlı imarətin satış dəyəri 3 milyon 500 min manat göstərilir.
Paytaxtın Xəzər rayonunda yerləşən Zağulba bağları ərazisində, dənizdən 300-400 m. məsafədə yerləşən, 1 ha torpaq sahəsində tikilmiş, ümumi sahəsi 950 kv.m.-i əhatə edən, əla təmirli, 14 otaqdan ibarət, eləcə də ayrıca 2 mərtəbəli qonaq evi olan, həyətində böyük hovuzdan tutmuş aquaparka, meyvə və dekorativ ağaclara, həmçinin futbol meydançasına malik dəbdənbəli imarətin qiyməti isə bundan bir qədər artıqdır: 3 milyon 600 min manat.
Hətta bir neçə il əvvəl, ilk devalvasiyanın baş verdiyi günlərdə Bakıda “Avropa” otelinin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında 35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villanın satış qiyməti 12 milyon manat müəyyənləşdirilmişdi. Bildirilirdi ki, imarətin təmirində istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib.
Bu cür nümunələrin sayını xeyli artırmaq olar.
İndi isə gələk 18 milyonluq villaya: əlbəttə, satış elanları əsasında bu çox dəbdəbəli və bahalı imarətlərin sahiblərinin kimliyini müəyyənləşdirmək çətin deyil, baxmayaraq ki, təxmin etmək asanlıqla mümkündür. Onlar ya hansısa iri və ya orta məmura məxsusdurlar, ya da belə məmurların himayəsindəki iş adamlarına.
Əsas sual başqadır: Azərbaycanda bir nəfər də rəsmi milyonçu olmadığı halda, dəyəri milyonlarla ölçülən bu mülklər necə inşa edilib, onlara müştəri hələ də necə tapılır?
Bu sual ətrafında baş sındırmadığımız, ona cavab tapmadığımız müddətdə isə ölkədə korrupsiyanın azalmasından da, ləğvindən də danışmaq lətifədən başqa bir şey deyil…(qaynarinfo.az)

PAYLAŞIN:

Continue Reading

Previous: Harın oğulların güdazına gedən ata məmurlar – Siyahı
Next: Qobustan İcra Şöbəsində vətəndaş necə qorxudulur?

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.