Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Sentyabr
  • 2
  • Qobustan İcra Şöbəsində vətəndaş necə qorxudulur?

Qobustan İcra Şöbəsində vətəndaş necə qorxudulur?

redaktor 02/09/2019
887b32e9-6fb5-414b-9041-e1563405e176_850

Abşeron rayonun , Qobustan qəsəbəsində  yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən Prezident İlham Əliyevə və digər aidiyyatı dövlət strukturlarına  “Qobustan rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevin tərəfindən ona qarşı  törədilən qanunsuzluqların dərhal qarşısının alınması” barədə şikayət ərizəsi daxil olmuşdur.
Aktualinfo.org vətəndaş Habil Bayramovun ərizəsini olduğu kimi oxucuların diqqətinə çatdırır.
” 2008-ci ildə qardaşım Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət hadisəsi törətmiş, CM-nin 126.1-ci maddəsi ilətəqsirli bilinərək istintaqa cəlb edilmişdi. Qardaşım Qürbət Yaşar Bayramovun 4 baş malını tövlədən apardığına görə saxlanılmışdır.
Oğurlanan malların sahibi Yaşar Bayramov əvvəlcə mənə bildirdi ki, 4 baş malımı gətir qaytar mən də şikayətimi geri götürüm. Mən ona qardaşımın əvəzinə 4 baş mal aparıb həyətinə düşürdüm. O razı olmadı. Qeyd etdi ki, mallarının qiyməti 6000 manatdır, get malları sat pulunu gətir. Mən malları 2700 manta bazarda satıb əlavə 200 manat da qoyub Yaşara verdim. O yenə razılaşmadı. Şişirdilmiş qiymətlə məndən əlavə 3300 manat tələb etdi. O şikayətini geri götürmədi. Qardaşım da 4 il müddətinə həbsə göndərildi. Buna baxmayaraq Yaşar mənə qarşı  “Pul tələbinə dair” Qobustan rayon Məhkəməsinə iddia ərizəsi Verdi. 2010-cu ildən 2015-ci ilədək məhkəmə çəkişməsi getdi. İş 3 dəfə Ali Məhkəmədən qaytarıldı. Və yenə də Sumqayıt Apellyasiya məhkəməsi işin əsassız olduğunu təsdiq etdi.

Aradan 3 il keçdikdən sonra Qobustan rayon İcra şöbəsindən icra məmuru Xəqani Əliyev adlı birisi 1 ay əvvəl mənə zəng edərək bildirdi ki, sən təcili Yaşar Bayramova olan 3300 manat pulu 100 faiz ödəməlisən. Mən onu başa saldım ki, axı bu məsələyə məhkəmədə birdəfəlik xitam verib, bu necə olur? İzah etdi ki, Y.Bayramov səni yenidən Qobustan rayon Məhkəməsinə verib 3300 manat pul tələb edib. Sən məhkəmədə iştirak etməsən də hakim qiyabi qətnamə qəbul edib iddianı təmin edib və icra edilməsi üçün bizə göndərib. Mən icra məmuru Xəqanilə görüşdüm Xahiş etdim ki, həmin qətnamənin sürətini bir tərəf olaraq mənə versin. Etiraz etdi ki, məndə yoxdur. Əvəzində o telefonda hansısa sənəd mənə göstərdi. Mən bir çoban olduğuma görə icra məmuruna bildirdim ki, telefonda bu sənədi oxuya bilmirəm. Qeyd etdi ki, əgər gedib bu qətnaməni məhkəmədən istəsən səndən 500 manat alacaqlar. Yaxşısı budur ki, pulun hamısını təcili ödə. Mən etiraz etdim ki, bir dəfə məhkəmənin baxdığı işə yekun qətnamə verilibsə, ikinci dəfə eyni tələblə iddia vermək qanunsuzluqdur. Xəqani Əliyev mənimlə razılaşmadı. Və dəqiq başa düşdüm ki, icra məmuru iddiaçı olmuş Y.Bayramovla gizli sövdələşərək məni qorxutmaqla 3300 manat pulumu alıb bölüşdürmək istəyirlər. Aradan 1 həftə keçməmiş Xəqani mənə bildirdi ki, səni polisə vermişəm. Qoy səni tutub məcburi gətirsinlər ki, pulu tam ödəyəsən. İndi Xəqani bir tərəfdən, polislər də bir tərəfdən məni axtarmaqla məşğuldurlar. Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru şörək gətirm. Adam kimi daxmama gələ bilmirəm. Digər tərəfdən mənə qəsdən imkan verilmir ki, Qobustan rayon məhkəməsinin əsassız qətnaməsini əldə edib, apellyasiya şikayəti verim.

Çoxhörmətli cənab Prezident və Mehriban xanım! Bildirirəm ki, Ədliyyə Nazirliyinin Qobustan İcra Şöbəsinin işçisi Xəqani Əliyevin mənə qarşı tətbiq etdiyi əsassız və qurama qanunpozuntusu hallarına qəti etirazımı bildirir və Sizlərə güvənərək xahiş edirəm ki, mənim 4 azyaşlı övladımın olmasını, özümün və həyat yoldaşımın işsiz olmasını, çox pis iqtisadi durumda yaşadığımızı nəzərə alaraq Qobustan icra məmurunun mənə qarşı planlaşdırdığı özbaşnalığı və ciddi qanunpozuntusu hallarının dərhal qarşısının alınması üçün Ədliyyə naziri hörmətli Fikrət Məmmədova tədbir görməsi üçün göstəriş verəsiniz. Axı bizi kimi məzlum insanları şərləməklə əlimizdə olan qəpik-quruşa tamah salmaq dövlət məmuruna yaraşmaz. Qoy bu harınlar gəlib yaşadığım daxmaya baxsınlar. Əgər burada bircə qiymətli əşya tapa bilsələr götürüb aparsınlar. Qobustan rayon Məhkəməsində mənə bildiriş göndərilmədən eyni pul tələbilə bağlı iddianı yenidən təmin edən hakimin də şəxsiyyətinin araşdırılaraq barəsində inzibati tənbeh verilməsini xahiş edirəm.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda 18 milyona satılan villa kimindir?
Next: Səfər Mehdiyevin işçisi notariusla əlbir olub vətəndaşı necə soydular?

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.