Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Oktyabr
  • 5
  • Taleh Qaraşov Lənkəran üçün nə iş görüb? – Rayon xarabalığa çevrilib…

Taleh Qaraşov Lənkəran üçün nə iş görüb? – Rayon xarabalığa çevrilib…

redaktor 05/10/2019
Taleh_Garashov

Camaat içində həmişə “Xan Lənkəran”, “Cənub mirvarisi” adlanan şəhərin indi nə xanlığı, nə mirvariliyi qalıb. Ona görə yox ki, öz əzəmətini, insanları qonaqpərvərliyini itirib. Yox. Ona görə ki, Lənkəranda gözoxşayan yalnız restoranların, geyim mağazalarının artmasıdır, bölgə inkişafdan qalıb, heç bir irəliləyiş yoxdur…
Lənkəran haqda məşhur mahnının sözlərinə düzəliş etsək, “Nanədi, reyhandı, güldü yox, problemdi Lənkəran!” Lerikdə məmurların, müğənnilərin falına baxan Məmmədsəfanın kəndindən reportajdan qayıdarkən baş çəkdiyimiz Lənkəranda ilk müşahidələrimiz belə oldu.
Regionların inkişafı proqramı, icra hakimiyyətinin qarşısına qoyulan məsələlər heç biri laz2ımınca həll olunmayıb. Bu yerin inkişaf meyarları dükanların çoxluğu ilə ölçülür, alt qatında isə bəlalar gizlənir. Nədən ibarətdir bu yaralar, ağrılar?
Ötən həftə cənub zonasında olarkən əhalidən öyrəndik ki, əsas dərd narkotikin cavanların həyatını məhv eləməsidir. Lerik, Astaradan daha çox Lənkəranda narkomaniya yayılıb. İndi narkomaniyanın üstünə oğurluq da gəlib. Əvvəlki illərdə narkomanların evləri qarət etmələri bu qədər sürətlə çoxalmamışdı. Camaat evlərində gecələr rahat yata, gündüzlər qapını qıfıllayıb işinə gedə bilmir. Narkotiklə mübarizə aparılmasına baxmayaraq, Lənkəranda “ağ ölüm” geniş yayılıb. Bu da oğurluq hallarının artmasına səbəb olub.
“Evləri yarmaq, qiymətli əşyaları aparmaq hadisələri çoxalıb. Bunu edənlərin əksəriyyəti də narkomanlardır. Qabaq narkomanlar arasında oğurluq az idi. Yəqin ordan-burdan pul tapırdılar. Vəziyyətin ağırlaşdığı görünür”, – deyə Qalayçılar məhəlləsinin sakinlərindən biri narahat şəkildə danışır.
Onun sözlərinə görə, əvvəlki illərdə narkomaniya Lənkəranın şəhərində ayaq açmışdısa, indi kəndləri də cənginə alıb: “Bu yay bərbərxanaya girmişdilər. Təsəvvür elə ki, nə vəziyyətə düşüblər. Axı orda nə ola bilər? Əllərinə nə keçib aparıb dəyər-dəyməzə satırlar”.
Lənkəranın “Daş körpü”, Qalayçılar, Kiçik B azar məhəllələri, iki mikrorayonda narkomaniya daha geniş vüsət alıb. Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev bu ilin iyununda “Azadlıq” radiosuna demişdi ki, cənub bölgəsində narkomanlıq qocalır. Yerli camaat isə razılaşmır – narkomaniya cavanlaşır. Sakinlərin sözlərinə görə, səbəb sosial vəziyyət, işsizlikdən əlavə gənclər arasında təbliğ olunmasıdır. Təbii ki, bununla ciddi mübarizə aparılır, amma kökünün kəsilməsi üçün daha böyük proqramlar olmalıdır, əks halda, qarət olunmayan ev qalmayacaq…
Lənkəranda nədə irəliləyiş var sualını versəniz, çoxlu geyim mağazaları, restoranlar, otellər açıldığını deyə bilərik. İndi cavanlar üçün yegan2ə iş yerləri də satıcı, ofisiant vakansiyalarıdır. Bu müddət ərzində şəhərin abadlaşması, inkişafı, quruculuğu üçün yerli icra hakimiyyəti əlini ağdan qaraya vurmayıb. Yollar asfaltlanmayıb, ara məhəllələr Xruşşovun vaxtında asfaltlanıb, dağılıb-tökülmüş, dəlmə-deşik küçələr göz deşir. Lənkəranın mərkəzi yolları və küçələri ən sonuncu dəfə 2004-cü ildə, Zeynal Nağdəliyevin icra başçısı işlədiyi dövrdə nisbətən asfalt olunub. 2015-ci ildə dövlətin büdcəsindən Lənkəranda yolların təmirinə 4 milyon manat ayrılıb, yollar isə bərbad gündədir.
Parklarda oturacaqlar belə yenilənməyib. Hara baxırsan, obyekt tikilib – Rayon Mərkəzi Xəstəxanasının qarşısında, Qala Xiyabanının ortasında… Şəhərin əsas parklarında ticarət obyektləri tikilib. Əfqanıstanda həlak olmuş lənkəranlıların xatirəsinə ucadılmış heykəlin ərazisində olan yaşıllığı da az qala məhv edəcəkdilər. Son anda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “İDEA” ətraf mühiti mühafizə təşkilatının bəyanatları nəticəsində orta hissədə iş dayandırıldı, amma ərazinin kənarları satıldı.
Xocalı parkının arxa hissəsi isə tamamilə satılıb, ərazidə müxtəlif iaşə və avtomobillərə servis xidməti yaradılıb. Prezidentin 3 il əvvəl açılışını etdiyi, yenidən qurulan Mərkəzi Xəstəxananın qarşısı satılıb və yol ensiz şəraitə gətirilib, mağazalar artıq fəaliyyət göstərir.
Lənkəranın məşhur “Çay evi” binasının qarşısı park olsa da, bura da satılıb və insanlar üçün kiçik keçid saxlanıb.
Lənkəranın iki tarixi kinoteatrı “Nizami” və “Spartak” artıq tarixin yaddaşına köçürülüb və yerlərində obyektlər tikilib. Əvəzində Lənkəranın simvolu sayılan Dairəvi Qala tam olaraq dağılmış vəziyyətə gəlib.
Bu müddət ərzində Lənkəran İH tərəfindən bir park belə, salınmayıb. Bundan əlavə, bir neçə ilə əvvəl rayon küçələrinin işıqlanmasına vəsait ayrılmışdı. Amma şəhərin ən böyük yaşayış massivində, yəni mikrorayonda insanlar gecələr çölə çıxa bilmir. Çünki tamamilə qaranlıq və zülmətdir. Eyni vəziyyət Səttarxan küçəsində hökm sürür.
Lənkəranda evlərə içməli su çəkilsə də, kanalizasiya problemi həllini tapmayıb. Sakinlər deyir ki, neçə il əvvəl yollar qazıldı, müharibə meydanına çevrildi, kanalizasiya sistemi qurulacağı bildirildi. Şəhəri başdan-başa qazsalar da, sonra torpaqladılar, heç nə olmamış kimi həyat davam elədi. İşin çətinliyini əsas gətirib layihəni icra eləmədilər. Ona görə Lənkəran yeganə şəhərlərdən biridir ki, kanalizasiya sistemi qurulmayıb, xəndəklərin və Xəzər dənizinin ümidinə yaşayır.
Camaat isə şikayətlənir ki, büdcədən bu qədər vəsait ayrıldı, iş görülmədi, maliyyənin hara getdiyinə dair hesabat da verilmədi. İndi əsasən də yay aylarında üfunət küçələri bürüyür, ağcaqanadlar “meydan sulayır”.
Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, “it də getdi, ip də”. Yəni ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da…
Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov bizə müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi “dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni əsl tragikomediya… (Yeni Müsavat)

PAYLAŞIN:

Continue Reading

Previous: “Xan Saray”in önündəki çinarın budaqları vaxtında niyə budanmadı? – Qaranlıqlar aydınlaşır
Next: Şəkidə Yol Polisi əməkdaşları vətəndaşın avtomobilini necə qaçırdı?

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.