Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Noyabr
  • 18
  • “ESE” MMC-nin qalib olduğu tenderlərdə şübhəli məqamlar nələrdir?

“ESE” MMC-nin qalib olduğu tenderlərdə şübhəli məqamlar nələrdir?

redaktor 18/11/2019
muxtar_babayev-azeuro-1_1200

Ötən iln aprel ayında olan kadr dəyişikliklərində Muxtar Babayevin gözlənilmədən Ekologiya və Təbi Sərvətlər Naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı Eks nazır Hüseynqulu Bağırovun 2001-ci ildən təsis edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nə az nə də çox,düz 17 illik rəhbərliyinə son qoyulması isə ən azından Azərbaycanda yaşıllıqlara qarşı olunan soyqırımın sonu oldu. Muxtar Babayevin bu nazirliyə gətirilməsi nəyi dəyişdi? Onu deyə bilərik ki, Nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Bir də Nazirlik əməkdaşlarının tez-tez şadlıq evlərini ekologiyanı pozduğuna görə cərimələməsi ilə gündəmdən hələ də düşmür. Bakının mərkəzində tikinti şirkətləri tərəfindən çoxillik ağaclar gecələr hələ də qırılmaqdadır. Düzdü qırıldıqdan sonra nazirlik əməkdaşları şirkətləri cərimələyir. Amma yaşıllıq məhv edildikdən sonra cərimənin nə faydası.
Aktualinfo.org-a verilən məlumatlarda son bir neçə ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfin verilən tender elanlarında qalıb çıxan şirkətin fəaliyyətində qaranlıq məqamların olduğu bildirilir. Son bir neçə ayda “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan olunmuş tenderlərdə qalıb olmasında şübhəli məqamlar nədən ibarətdir.? “ESE” MMC-nin fəaliyyətini araşdırmaq məqsədi ilə internet üzərindən beynəlxalq axtarış proqramı olan “Google” vasıtəsi ilə axtarışımız heç bir nəticə vermədi. Bu şirkətin gizlinliyinin birinci tərəfi. İkinci tərəfi isə Satınalmalar haqqında Azərbaycan Respublikası Qanunun gobud şəkildə pozulmasıdır. Axı Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi,tenderlərdə müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir illik (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır…”ESE” MMC-ni fərqləndirən xüsusiyyətlər harada göstərilib?
Bəs qanunda göstərilən bu hallara niyə göz yumulur.? Nə üçün hər bir iş üçün elan olunmuş tenderlərdə o sahə üzrə ixtisaslaşmış,püxtələşmiş şirkətlərə verilmir? Görünür, hər yerdə olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi də özünə yaxın olanı seçib.Bəs “ESE” MMC kimə məxsusdur? Əldə etdiyimiz məlumatlara görə keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmiş “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 20.00 manatdır. Cəmiyyətin hüquqi ünvanı Binəqədi rayonu Cəfər Xəndan küçəsi, qanuni təmsilçisi isə  Mehdizadə Hafiz Muqbil oğlu göstərilib. Dövlət qeydiyyatına 1993 cü ildən alınsa da reyster məlumatlarında son dəyişiklik bu ilin avqustunda baş tutub və iyun ayından bu yana Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə elan olunmuş 7 tenderin qalibi olub. Bu tenderlər hansılardır?
Mılli Hidrometeorologiya Departamentinin inzibati binasının cari təmir işlərinin satın alınması üzrə 199332.44 AZN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin ərazisində yerləşən obyektlərin əsaslı təmiri işlərinin satın alınmas üzrə elan olunmuş tender 189567AZN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının cari təmiri işlərinin satın alınması
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının cari təmiri işlərinin satın alınması üzrə 244335.28AZN
Altıağac Milli Parkının Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının əsaslı təmir işlərinin satın alınması üzrə 43943.9 AZN
Ekolopgiya və Təbii Sərvətlər Nazirliyinin inzibati Binasının həyətində abadlıq işlərinin satın alınması üzrə 48298.23 AZN
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər Sahil Sularında Ekoloji Nəzarət və mühafizə mərkəzinin carı təmir işlərinin satınalınması üzrə  44891.42 AZN
Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi tenderlərdə qalib olan “ESE” MMC külii miqdarda vəsait ayrılmış dövlət sifarişlərini həyata keçirir. Lakin sual yaranır. 1993-cü ildə qeydiyyata alınmış bu şirkətin başqa hansı bir dövlət sifarişini həyata keçirməsi barədə tender komissiyasının məlumatı varmı? Bir də bu şirkətin bir vergi ödəyicisi kimi dövlətə nə qədər vergi ödəməsi barədə, maliyyə hesabatları barədə tender komissiyası nə kimi məlumatlara malikdir?  Amma 20 manatlıq nizamnamə kapitalı olan bir MMC-nin böyük həcmlı işlərin öhdəsindən hansısa formada gələ biləcəyi özü də şübhə döğurur.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?
Next: Səhiyyə Nazirliyi Şəki rayon Mərkəzi Xəstəxanasındakı qanunsuz hallara nə vaxta qədər göz yumacaq?

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.