Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 9
  • İnam Kərimovun Əkinçilik İnstitutuna “qayğısı” nələr deyir?

İnam Kərimovun Əkinçilik İnstitutuna “qayğısı” nələr deyir?

redaktor 09/12/2019
inam

Bu gün ölkədə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün dövlət tərəfindən çox mühüm addımlar atılır. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verməkdə, kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Azərbaycanda ərzaq məhsullarına tələbat sahəsində idxaldan asılılığın minimuma endirilməsi üçün toxumçuluğun və heyvandarlığın da inkişaf etdirilməsinə dövlət dəstəyi bu gün ən vacib amillərdən biridir.Bu sahədə aparıcı qüvvə olan Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər son ayların ən aktual məsələləridir. Nazir İnam Kərimovun rəhbərlik etdiyi qurumun fəaliyyəti dövrü mətbuatda, sosial şəbəkələrdə tez-tez müzakirə obyektinə çevrilir.Elektron kütləvi informasıya vasıtələrində nazirliyin fəaliyyətindəki müxtəlif səpkili neqativ hallar daha çox müzakirə olunur. Nazirliyə tabeli qurumlardan Aqrar Xidmətlər Agentliyinn, Aqrar Kredit və İnkişaf Agentliyinin,”Aqrolizinq” və “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyətləri bu baxımdan daha çox müzakirə olunanlar sırasındır.
Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumlardan olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı nə kimi işlər görülür,bunları təbii ki,mütəxəsislər daha yaxşı bilir. Qeyd edək ki, kənd təsərrüfatında müxtəlif növ bitkilərin məhsuldarlığınin artırılması, yeni məhsuldar növlərin əldə olunması məhz bu institutun fəaliyyət sahəsinə aiddir. Məhsuldarlığın artırılması üçün institut son dövrlər nə kini yeniliklər edib? Onu xüsusilə vurğulamaq lazımdır ki,yeni məhsuldar  taxıl növlərinin əldə edilməsi üçün vaxtı ilə burada çox böyük işlər görülüb, çoxsaylı təcrübələr aparılıb. Qeyd edək ki, İnstitutun bölgələrdə Tərtər Qobustan,Zaqatala, Cəlilabad, Şəki, Gədəbəy, Abşeron,Ağstafa və Kürdəmir rayonlarında Bölgə Təcrübə Stansiyaları var. Bu təcrübə stansiyalarının hər birinin balansında yüzlərlə hektar torpaq sahələri var ki, burada yerli şəraitə uyğyn taxıl sortlarının təcrübəsi aparılmalı,əldə olunan sortların keyfiyyəti,məhsuldarlığı nümunə kimi ölkə ərazisində dövlət və özəl toxumçuluq təsərrüfatlarını təchiz etməlidir. Amma bunlar baş verirmi? Budcədən maliyələşən bu təcrübə stansiyalarında nə kimi işlər görüldüyünü heç yerlərdə sakinlər də bilmir.Kənd Təsərrüfatı Nazirliyi isə sözügedən institutda müəmmalı tenderlər keçirir., nə az,nə də çox milyonlarla dövlət vəsaiti xərcləyir.
22 sentyab 2018 cu ildə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin və yardımçı binaların tikintisi, inzibati binanın əsaslı təmiri və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin inzibati və yardımçı binaların tikintisi üzrə elan etdiyi tenderlərin qalibi 27.11.2019-cu ildə “Fasad-F”MMC olub. Cəmi 100 manat nizamnamə kapitalı olan “Fasad-F” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Fəxri Cəfərovdur. Nazirlik “Fasad-F” MMC ilə müqavilə bağlayanda bir satınalan təşkilat olaraq tenderin şərtlərinə riayət edibmi? Ümumi dəyəri 3 milyon 321 min manat olan bu təcrübə stansiyalarının tikintisi kənd təsərrüfatının inkişafına nə kimi təkan verəcək? Bunu da yəqin mütəxəsislər bilər.
Bu günlərdə,daha dəqiq 02.12.2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tütünçülük və çəltikçiliyə aid labaratoriya avadanlıqlarının satın alınması üzrə daha bir müəmmalı müsabiqə keçirib. İnstitutun elan etdiyi müsabiqinən qalibi “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyət olub. Cəmiyyət barədə apardığımız araşdırmaladan məlum oldu ki, MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev Çingiz oğlu olan MMC -nin fəliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.Lakin qanuni təmsilçisi olan Midhət Qurbanəliyevin kimliyinə aydınlıq gətirə bildik. Öyrəndik ki, Midhət Qurbanəliyev “Gəncə Körpü-Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Qurbanəliyevin oğludur. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Sözügedən şəxsin bir çox böyük tenderlərin qalibi olması barədə də məlumatlar var.
Bəs bu, heç kimə məlum olmayan MMC ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunu birləşdirən nələrdir? Fəaliyyət dairəsi gizli olan bir MMC ilə Əkinçilik Elmi- Tədqiqat İnstitutu dəyəri 377587.86 AZN olan bir satınalma müsabiqəsinə necəı razılıq verib? Biz Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tender komissiyasna sual vermək istərdik. Satınalma müsabiqısində neçə şirkət iştirak edirdi? “MAYBO” MMC-nin müsabiqədə iştirak edən digər şirkətlərdən üstün cəhətləri nələrdir? Elmi-Tədqiqit İnstitutu keçirilmiş müsabiqədə satınalmalar haqqında qanunun tələblərinə riayət edibmi? Görəsən 10 manatlıq nizamnamə kapitalı olan “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə və vergi hesabatları qaydasındadırmı? Bütün bunlar müsabiqənin keçirildiyi vaxt  institut rəhbərliyi tərəfindən nəzərə alınıbmı?.
Bu müsabiqədə  qalibin məhz “MAYBO” MMC seçilməsində Kənd Təsərrüfatı naziri İnam Kərimovun rolu olubmu? Bunlar nazir İnam Kərimov tərəfindən Elmi Tədqiqat Əkinçilik İnstitutunun inkişafına yönəlmiş bir qayğıdır,yoxsa…? Əkinçilik  Elmi- Tədqiqat İnstitutunin direktoru Cavanşir Təlaini şirkət rəhbəri Midhət Qurbanəliyevlə bağlayan tellər varmı? Qeyd edək ki, bu kimi suallara aydınlq gətirmək üçün “Aktualinfo.org redaksiyası tərəfindən Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlainin  elektron poçtuna ( talai_akinchi@mail.ru) göndərdiyimiz sorgu cavabsız qaldı.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: UCARDA ARAŞDIRMALARA NİYƏ BAŞLANILMIR?
Next: Mingəçevir İcra Hakimiyyətinin uşaq bağçalarına olan “qayğısı” başçıya nələr qazandırır?

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.