Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 5
  • UCARDA ARAŞDIRMALARA NİYƏ BAŞLANILMIR?

UCARDA ARAŞDIRMALARA NİYƏ BAŞLANILMIR?

redaktor 05/12/2019
422540734_0_252_3072_1990_2072x0_60_0_0_332b41995c50e3b25cdf43f7d095685d

Aktualinfo.org-un ötən həftə Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhəri Ərazi İcra Nümayəndəliyinin elan etdiyi tenderlərdə şübhəli məqamların olduğu barədə yaydığı məqaləyə hələlik heç bir dövlət orqanı münasibət bildirməyib. Ucar rayon prokurorluğu redaksiyanın elektron poçtuna göndərdiyi cavab məktubunda müraciətin aidiyyəti üzrə baxılması  üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması İdarəsinə göndərildiyini bildirmişdir. Sözügedən  məsələ ilə bağlı redaksiya elektron poçtu vasitəsi ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin də  diqqətinə çatdırılmışdı. Biz bir mətbuat orqanı olaraq Baş prokuror Zakir Qaralovdan da Ucardakı müəmmalı tenderlərin ciddi şəkildə araşdırılmasına göstəriş verməsini xahiş edirik. Eyni zamanda redaksiya sözügedən müəmmalı tenderlərin araşdırılması üçün Hesablama Palatasına da müraciət etmişdi. Lakin hələlik heç bir qurumdan bir rəsmi cavab gəlmədiyindən redaksiya sözügedən müəmmalı tender oyunlarını bir daha geniş ictimaiyyətin diqqətinə çatdırmaqla qanuni həllini tapmağa çalışacaq. Sözügedən müəmmalı tenderlərlə bağlı Respublika Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da müracıət edəcək və dövlət vəsatinin müəmmalı tenderlər yolu ilə taladılmasının qarşısının alınması üçün aidiyyəti qurumlara göstərişlər vermələrini xahiş edəcik.
Ucar rayon İcra Hakimiyyətinə gəlincə. Zənnimizcə burada,bu müəmmalı tenderlərin başında, məhz rayon İcra Hakimiyyətinin          başçısı Məmsur Məmmədov dayanır. Uzun illərdir müxtəlif rayonlarda İcra Hakimiyyəti orqanlarına rəhbərlik etmiş Mənsur               Məmmədovun Ucarda nə kimi işlər çevirməsi barədə ötən yazıda qeyd etdiyimiz kimi,dövrü mətbuatda çox yazılıb. Rayonda           bir çox idarə və müəssisələrdə öz qohumunu yerləşdirmiş İcra başçısı Ucar şəhər Ərazi Nümayəndəsi Abdulla İbrahimovla               olan  bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitinin talanması dayanır. Odur ki, Ucarda bu talançılığın qarşısının              alınması məqsədi ilə aidiyyatı orqanlar tərəfindən təcili yoxlanılmalara başlanılmalıdır. Ucardakı müəmmalı tenderlərlə bağlı           məlumatları səlahiyyətli qurumların diqqətinə bir daha çatdırırıq.
Qeyd edək ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tərəfindən elan olunmuş, 20 11 2019- cu ildə keçirilmiş tenderin qalibi olan fiziki şəxs Qasımov Zakir Məhəmməd oğludur.  Sözügedən şəxs icra Nümayəndəliyinin elan etdiyi əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 10421 AZN, əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 12 668 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 36 487 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 44406 AZN dövlət sifarişı alıb.
Fiziki şəxs olan Qasımov Zakirin qalibi olduğu tenderlərin özü çox maraqlı tenderdir. Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması. Bu ehtiyacı olanlar kimlərdir? Məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər hansılardır? İctimai işlərə cəlb edilmişlərə yumşaq inventarlar nə məqsədlə alınır kimi suallar çıxır ortaya . Elə Qasımov Zakirin özünün də kimliyi sual doğurur. Ust-üstə 100000 manatlıq tenderin qalibi olan bu şəxsin bu pullara həqiqətən də mal material, inventarlar alması və kimlərəsə verməsi də sual doğurur.
Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhəri üzrə Ərazi Nümayəndəliyi tərəfindən elan olunmuş digər  tendrləri isə “Talıb R” MMC  qazanıb. Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə cari təmir işlərin satınalması 5887 AZN Ucar şəhəri 2 saylı körpələr evi uşaq bağçasında təmir işləri 16695 AZN,Yumşaq inventarların alınması üçün 5140 ,Bərk inventarların alınmasına 6540 AZN Sual yaranır, yunşaq və bərk inventarların alınması üzrə tenderlərdə qalib gələn MMC körpələr evi, uşaq bağçasını necə təmir edə bilər? Ucar şəhər icra nümayəndəliyi şəhərdə görüləcək abadləıq işlərinin satınalması barədə elan etdiyi tenderin qalıbi Tunay -ZA MMC 166427.27 tenderin qalibi olub kimə məxsusdur o da maraqlıdır.
Bu elan olunmuş tenderlərin qalib çıxmış şirkətlərin ən maraqlısı isə “İnpeksN”MMC-dir. Bu şirkət Ucar şəhər İcra Nümayəndəliyinin şəhərdaxili yolların əsaslı təmiri üçün elan etdiyi tenderin qalibi olub. Dövlət sifarişinin qiyməti nə az,nə də çox düz 342594.45 AZN-dir  Qeyd edək ki, “İnpeksN” MMC bir neçə ay öncə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi yumşaq mebellərin və inventarların alınması məqsədi ilə elan etdiyi 227000 manatlıq tenderin də qalibi olub. Maraqlı sual çıxır ortaya. Yumşaq mebellərin alışını həyata keçirən bir MMC Ucar kimi bir şəhərin daxılı yollarının əsaslı təmirini necə apara bilər? Yol çəkilişi axı mebel alveri deyil. Burada xüsusi texnikalardan istifadə etməklə yol çəkilişi mütəxəsisilərinin çalışması vacib deyilmi? Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.08 2013 cu ildə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi Ramazanov İntiqam Adil Oğlu olan “İnpeksN” MMC nin nizamnamə kapitalı 10 manatdır.  “İnpeksN” MMC 2018 ci ildə də bir neçə tenderin qalibi olub. Nizamnamə kapitalı 10 manat olan bir MMC il ərzində bizim bildiyimiz bir neçə tenderin qalibi olaraq az qala yarın milyondan çox dövlət sifarişi əldə edib. Ramazanov İntiqam burada formal bir şəxsdir. Əslində kimə məxsusdur bu MMC?  Əli hər yerə çatan istənilən adda tenderlərin qalibi olan bu MMC hansı vəzifəlinin qohumudur ki, bu qədər dövlət sifarişləri ala bilir?
Bizi izləyin.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?
Next: İnam Kərimovun Əkinçilik İnstitutuna “qayğısı” nələr deyir?

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
1733733027_zakir-quliyev

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.