Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 17
  • Nizami rayon MKTB-nin “diğər xərcləri” haralara sərf olunur?

Nizami rayon MKTB-nin “diğər xərcləri” haralara sərf olunur?

redaktor 17/12/2019
3

Dövlət qurumları arasında fəaliyyətlərindən daha çox narazılıq olunanlar sırasında son zamanlar Bakı şəhərində, Mənzil Kommunal Təsərrüfat Birliklərinin də adı tez-tez hallanır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyən bu birliklərin fəaliyyətlərinin dayandırılması barədə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir, vətəndaşlar arasında daha çox narazılıqların baş verdiyi bir sistem kimi qiymətləndirilir.
Məlum olduğu kimi Mənzil Kommunal Təsərrüfat Birlikləri ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Hər bir rayonun ərazisində Birliyə tabe bir neçə Mənzil Kommunal İstismar Sahələri var ki, gün ərzində sakinlərə xidmət göstərməlidir. Göründüyü kimi qurumun səlahiyyətində kifayət qədər görülməli işlər olduğu halda, yaranmış problemləri əksər hallarda vətəndaşlar özləri həll etməli olurlar.
Aktualinfo.org redaksiyasına bu gün Nizami rayonu ərazisində baş verən bir çox problemləri özündə əks etdirən mövzulara bağlı şikayətlər daxil olmaqdadır. Redaksiya sakinlərin haqlı narazılıqlarını bir müddət öncə geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Bu gün Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin rayon ərazisində gördüyü və görməli olduğu işlər sakinləri qane edirmi? Rayon ərazisindəki binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə,xüsusilə də,8km bazarı ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişi məhdudlaşdırılır,ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir.NZS və UPD deyilən ərazilərdə də baxımsızlıq baş alıb gedir, boş torpaq sahələrində yeni obyektlər tikilir. İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə bu gün sakinlərin problemlərinin həllindən daha çox,şəxsi maraqları üçün çalışır. Bu yöndə ona kömək edənlərin biri,bəlkə də birincisi məhz Ramsin Abdullayevin olduğu bildirilir.  Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini icra etmək əvəzinə rayonda abadlıq işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlara yönəltməklə məşguldur.
Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 03.07. 2019-cu ildə,yəni bir gündə idarənin digər xərclərinin satınalması üzrə elan etdiyi beş tenderin qalibi “ELEMENT” MMC olub. Qeyd edək ki, sözügedən MMC 26.11.2018-ci ildə Laçın rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Laçın rayonu, Taxta Körpü (məcburi köçkünlərin məskunlaşdığı yer – red.) qəsəbəsi göstərilir. Nizamnamə Kapitalı 10 manat olan MMC reysterdən son çıxarışı elə yarandığı tarıxə aiddir. Qanuni təmsilçisi isə Namiq Nurani Firudin oglu olan bu MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. Qeyd edək ki internet üzərindən verdiyimiz axtarışa görə Namiq Nurani Firudin oğlu 2012-ci ildə Yevlax rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Hazırda sözügedən vəzifə Yevlax rayon İcra Hakimiyyəti tərəfindən vakansiyaya çıxarılıb.Onun icra Hakimiyyətində tutduğu vəzifədən kənarlaşdırılması özü bir çox suallar ortaya çıxarır. Hansı səbəbdən İcra Hakimiyyətindən xaric edilib? Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamıza onun hansı səbəbdən çıxarıldığ barədə məlumatları olmadıqlarını və hazırda işsiz olduğunu bildirdilər.
Bəs Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin Yevlax şəhər İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini olmuş və tutduğu vəzifədən kənarlaşdırılmasınin səbəbi bəlli olmayan Nurani Namiq Firudin oğluna məxsus olan “ELEMENT-5” MMC ilə işbirliyi haradan başlayıb? Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun kadrlarından olan Namiq Nuraninin ümumi dəyəri 244000 manatlıq bir dövlət sifarişini həyata keçirmək imkanları nə dərəcədədir?
Qeyd edək ki, ayrı ayrılıqda hər biri 48800 manat qiymətləndirilmiş bu tenderlərdə nə kimi işlərin görüldüyü barədə fikir bildirmək o qədər də asan deyil. Çünki burada idarənin digər xərcləri dedikdə konkret olaraq heç nə göstərilmir. Yəni burada çox şey ola bilər. Sözügedən dövlət vəsaitinin müqabilində nə kimi işlərin görülməsini isə artıq Arif Qasımovla Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevdən daha yaxşı heç kim bilə bilməz.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətindən Prezidentə şıkayət olundu- II yazı
Next: Ceyhun Bayramovun bilib, lakin göz yumduğu tenderlərin pərdəarxası

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026
  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026
  • NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq 20/04/2026
  • Pulu daha çox nəyə XƏRCLƏYİRİK? 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.