Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 24
  • Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi

Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi

redaktor 24/12/2019
ceyhun-bayramov-foto

Məlumat verildiyi kimi ötən həftə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimində iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın da iştirak etdiyi tədbirdə nazirə dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana olduğu barədə məlumat verilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttlərinin çəkildiyi, binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırıldığı da nazirin diqqətinə çatdırılıb.
Həmin gün C.Bayramov eyni zamanda Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanışlıq olub. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı nazirə bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxananın quraşdırılması barədə nazirə məlumat verilib. Lakin bölgəyə bu səfərində Ceyhun Bayramovun digər kənd məktəblərinin problemləri barədə nə dərəcədə məlumatlandırılıb?
Aktualinfo.org-un ötən həftə elə nazirin səfər etdiyi zonada olan orta məktəblərin acınacaqlı vəziyyəti ilə bağlı dərc etdiyi geniş yazıda hər şey öz əksini tapmışdı. Redaksiyanın Şəki,Oğuz,Qəbələ rayonlarının orta ümumtəhsil məktəblərinə ayrılmış dövlət vəsaitlərinin təyinatından kənar xərclənilməsinə dair çaldığı həyəcan təbilinin səsi geniş yayıldı. Amma çox təəsüf ki,bu səs nə Təhsil nazirinin,nə də sözügedən rayonların təhsil şöbələrinin müdirlərinin qulağına çatmadı.
Biz ötən yazımızda da qeyd etmişdik. Bir daha da qeyd edirik ki, bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər sayəsində ölkə ərazisində qazlaşdırılmamış çox az sayda kənd qalıb. Bölgələrdə aparılan bu quruculuq işləri kənd orta məktəblərindən də yan keçməyib. Kəndlərdə artıq orta məktəblər təbii qazla işləyən və müasir tələblərə cavab verən qazanxanalar vasıtəsi ilə qızdırılır. Nazir Ceyhun Bayramova bölgədə açılışında iştirak etdiyi orta məktəblərdə də qazanxana sisteminin qurulduğu barədə məlumat verildi. Dövlət büdcəsindən bu məqsədlərlə ayrılan milyonlarla vəsaitin hara xərcləndiyı görəsən naziri heç düşündürübmü? Bölgəyə səfəri zamanı istilik sistemi olmayan orta məktəblərə bir nazir kimi baş çəkməyən Ceyhun Bayramov üçün bu bəlkə də maraqlı olmayıb. Amma uşaqları soyuqdan donan kənd sakinləri üçün çox maraqlı olardı. Ceyhun Bayramova da onda maraqlı olardı ki, kənd orta məktəblərində odun yanacağının dövlətin ayırdığı vəsaitlərlə deyil, valideynlərdən toplanan pullar hesabına alındığını öz qulaqları ilə eşidəydi. Elə orta məktəblərin dezinfeksiya və dezinseksiya olunması barədə olan məlumatları da həmçinin. Yaxşı olardı ki,Ceyhun Bayramov bir nazir kimi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyəti ilə də yaxından bir maraqlanaydı. O,mərkəzin ki,müdiri Təhsil Nazirliyində Daxili Nəzarət şöbəsinin müdiri İlqar Mahmudovun dayısı oğludur. Hansı ki cəmi bir il əvvəl həmin vəzifəni özü tuturdu və dayisı oğlu Araz Babayevə təhvil verməzdən öncə büdcə pullarını özü talayırdı.
Aktualinfo.org ötən yazıda qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Məsələn əldə etdiyimiz məlumatlara görə Şimal-Qərb zonasının ən bötük rayonu olaraq Şəkidə qazlaşdırılmamış çox az sayda kənd qalıb. O cümlədən də Oğuz və Qəbələ rayonlarında.Təhsil Nazirliyinin sözügedən rayonları əhatə edən edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu rayonlardakı orta məktəblərin qızdırılmasına odun yanacağının alınması üçün  verdiyi sifarişin dəyəri 208 900 manat olduğu bəllidir. Bəs bu rayonlarda qazanxana sistemi olmayan neçə məktəb var? Ayrılan bu vəsaitlər hesabına neçə və hansı kənd orta məkəbləri üçün nə qədər odun yanacağı alınıb?  Göstərilən məbləğə neçə kənd orta məktəbinə qazanxana sistemi quraşdırmaq olardı?
Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Mərkəzin 17.04 və 14.06 2019-cu ildə derafizasiya, dezinseksiya və dezinfeksiya işləri üzrə elan etdiyi digər tenderləri isə “PROF-DEZ” MMC qazanıb. Hər bir tenderə 91804.83 manat büdcə vəsaiti ayrılıb. Bu MMC də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu rayonu,Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov Yusif Əlimədəd oğludur. Reyster tarıxındən son çıxarışı 2008-ci ildə olan bir MMC ilə ümumi dəyəri 183609.66 manatlıq bir müqavilə bağlanarkən dövlət satınalmaları haqqında qanunun tələblərinə burada nə dərəcədə riayət olunub?
Yuxarıda qeyd etdiyimiz kimi,son vaxtlar rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar məktəblərə odun yanacağının alınması üçün külli miqdarda dövlət vəsaitinin ayrılmasına ehtiyac qalmır. Ona görə də 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur. İsitmə sistemi quraşdırılmamış məktəblərdə isə odun yanacağının valideynlərin hesabına alınması heç kimə sirr deyil.Bəs bir neçə ay ərzində rayon məktəblərinə odun yanacağının alınması və dezinfeksiya işlərinin aparılması məqsədi ilə ayrilmış 400 000 manat civarında dövlət vəsati necə olub? Biz bir mətbuat orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından və  Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu vəsaitlərin təyinatı üzrə xərclənib,xərclənməmməsinə aydınlıq gətirilməsi üçün yoxlamaların təşkil olunmasını tələb edirik.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyevin irad tutduğu İcra başçısının fəaliyyəti yoxlanılarsa…
Next: Kiçik sahibkarı ölkə başçısına müraciət etmətə nə vadar etdi?

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.