Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 24
  • Prezident İlham Əliyevin irad tutduğu İcra başçısının fəaliyyəti yoxlanılarsa…

Prezident İlham Əliyevin irad tutduğu İcra başçısının fəaliyyəti yoxlanılarsa…

redaktor 24/12/2019
1644478436_media-1626176911_mansur-memmedov-474fbdbf9-jgp5htfzrl3kq1iovn02

…”Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, … Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.
Prezident İlham Əliyev: Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.
Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı…məhsuldarlıq tam… pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ….
Prezident İlham Əliyev: Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir…”
Bu sözlər dekabrın 19 da Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılıqla bağlı keçirilən müşavirədə səsləndirilib. Ölkə başçısının Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova tutduğu iradlar,bu rayonda baş verənlərə diqqəti bir az da artırmış oldu. Prezidentin tutarlı iradlarına, Ucar torpaqlarının xüsusiyyətinin bir qədər çətinlik yaratdığını bəhanə gətirən İcra başçısına, İlham Əliyev qonşu rayonda məhsuldarlğın yüksək olduğunu bildirməklə kifayətləndi. Yəni Yevlaxla Ucar torpaqlarını heç bir xüsusiyyət ayırmadığını və sadəcə işə səhlənkar yanaşma olduğunu İlham Əliyev açıq şəkildə Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova xatırlatdı.
Qeyd edək ki, elə həmin gün dövrü mətbuat Ağstafa rayon İcra Hakimiyyəti başçısının və müavininin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunmaları barədə informasiyalar verdi. Bunun ardınca isə Yevlax rayon İcra Hakimiyyətinin keçmiş başçısının həbs edildiyi bildirilən məlumatlar yayıldı. Yüksək çinli məmurlarının külli miqdarda dövlət vəsitini talamaqda və rüşvətxorluqda ittiham olunaraq gözlənilmədən həbs olunmaları xəbəri təbii ki, ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı və hər şeyin ölkə başçısının nəzarətində olduğunu göstərdi. Heç kimin inanmaq istəmədəyi bu hadisədən sonra İcra Hakimiyyəti başçılarının təşvişə düşmələri barədə dolaşan məlumatlar da əsassız deyildi. Çünki Ağstafa və Yevlax rayonlarında baş verənlər bu gün ölkənin əksər rayonlarında da baş verməkdədir. Götürək elə cənab Prezidentin müşavirədə irad tutduğu Mənsur Məmmədovu və onun rəhbəri olduğu Ucar rayonunda bu gün baş verənləri.
Aktualinfo.org-un bir müddət öncə sözügedən rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər icra nümayəndəliyi tərəfindən elan olunmuş tenderlər yolu ilə dövlət vəsaitinin talanması hallarına yol verildildiyi barədə araşdırma yazılara rayon rəhbərliyi tərəfindən heç bir münasibət bildirilmədi. Qeyd edək ki dövrü mətbuata da Ucar rayonunda “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, digər idarə və müəssisələrə isə 300 nəfərin işə qəbul olunduğu barədə rayon sakinləri tərəfindən şikayət olunmuşdu. Şikayətçilərin sözlərinə görə onlardan yalnız 30-40 nəfər havadarları olmayan, zəhmətkeş işçi hər gün Kommunal Müəssisələri Kombinatına işə çıxsa da, qalan 500 nəfəri işə çıxmayaraq hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq verirlər. Həttda həmin işçilərin əksəriyyətinin  bir neçə aydır Azərbaycan respublikasından kənarda,Rusiyada və digər xarici ölkələrdə yaşadıqları barədə də məlumatlar yayılmışdı.
Ötən yazıda qeyd etdiyimiz kimi,Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tərəfindən elan olunmuş, 20.11 2019- cu ildə keçirilmiş tenderin qalibi fiziki şəxs Qasımov Zakir Məhəmməd oğlu olub. Sözügedən şəxs icra Nümayəndəliyinin elan etdiyi əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 10421 AZN, əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 12 668 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 36 487 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 44406 AZN dövlət sifarişı alıb.  Bu tenderlərdə məhz bir nəfərin qalib olması şübhələri də artırmış olur. Görəsən Zakir Qasımov deyilən bu şəxs rayonda İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova yaxındır,yoxsa Ərazi İcra Nümayəndəsi Abdulla İbrahimova?
Fiziki şəxs olan Qasımov Zakirin qalibi olduğu tenderlərin özü çox maraqlı tenderlərdir. Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması. Bu ehtiyacı olanlar kimlərdir? Məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər hansılardır? İctimai işlərə cəlb edilmişlərə yumşaq inventarlar nə məqsədlə alınır kimi suallar çıxır ortaya . Elə Qasımov Zakirin özünün də kimliyi sual doğurur. Ust-üstə 100000 manatlıq tenderin qalibi olan bu şəxsin bu pullara həqiqətən də mal material, inventarlar alması və kimlərəsə verməsi də sual doğurur. Burada da Ağstafa və Yevlax rayonlarında olduğu kimi ictimai işlərə cəlb olunanların pullarını nağdlaşdırılaraq ya müavinlərin, ya da elə şəhər Ərazi İcra Nümayəndəsi Abdulla İbrahimovun əli ilə İcra başçısına çatdırılmadığına bu kim zəmanət verə bilər?
Ağstafa və Yevlax rayonlarında olduğu kimi bu gün Ucar rayonunda idarə-müəssisə rəhbərləri müxtəlif yollarla dövlət vəsaitlərini mənimsəməklə məşğuldurlar. Tender yolu ilə talan edilən milyonlarla dövlət vəsaiti rayonda bir neçə nəfər arasında bölüşdürülür ki, onların da başında məhz İcra Hakimiyyətinin başçısı dayanır.  İcra başçısına yaxınlığı ilə tanınan Ucar şəhər İcra Nümayəndəsi Abdulla İbrahimov, rayon Kommunal Müəssisələr Kombinatının direktoru İsmayıl İsmayılov, Ucar rayon Maliyyə İdarəsinin rəisi Yusif Bəkirov, “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimov bu baxımdan birincilər sırasındadır. Onu da qeyd edək ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına 540 nəfər şəxsin kimliyinin yoxlanılmadan adının işə yazılmasında Ucar rayon Məşğulluq Mərkəzinin böyük rolu var. Hansı ki, uzun müddət adı iş axtaran kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan şəxslər işlə təmin olunmayb, ancaq adı iş axtaran kimi qeydiyyata alınmayan şəxslər bir zənglə dərhal işlə təmin olunublar. Belə faktlar çoxlu saydadır ki, yoxlanılmasına zərurət var”.
Göründüyü kimi Ucar rayonunda baş verənlərlə ötən həftə həbs edilmiş Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə,Yevlax rayonunun sabiq İcra başçısı Qoca Səmədovun gördüyü özbaşınalıqlar,korrupsiya əməlləri ilə eynilik təşkil edir.  Ucar rayonunda da əhali bilərəkdən və ya dolayısı yollarla dövlətə və onun başçısına qarşı narazı salınır.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ceyhun Bayramovun bilib, lakin göz yumduğu tenderlərin pərdəarxası
Next: Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.