Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Dekabr
  • 27
  • Kiçik sahibkarı ölkə başçısına müraciət etmətə nə vadar etdi?

Kiçik sahibkarı ölkə başçısına müraciət etmətə nə vadar etdi?

redaktor 27/12/2019
c6af0f5a8f84407f0a26816a892327b8

Şəki rayonu, Abbaskənd sakini, İsayev Emin Davud oğlu tərəfindən Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərenerji”Açıq Səhmdar Cəmiyyətin sədri Baba Rzayevə və digər səlahiyyətli qurumların rəhbərlərinə üzləşdiyi problemlemlərin həll olunması məqsədi ilə müraciət ünvanlanıb. Qeyd edək ki, Emin İsayev Şəki rayonunda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rayonda işlətdiyi tütünqurutma məntəqəsinin sabit enerji ilə təchiz olunması barədə aidiyyatı qurumlara etdiyi müraciətlərin cavabsız qalması onu ölkə başçısı İlham Əliuev cənablarına müraciət etməyə məcbur edib. Aktuaslinfo.org vətəndaş Emin İsayevin ölkə başçısına etdiyi müraciəti olduğu kimi oxuculara təqdim edirik.O,yazır:
Çoxhörmətli cənab Prezident! Siz 2017-ci ilin avqustun 4- də Qax rayonuna növbəti rəsmi səfəriniz zamanı  keçirdiyiniz respublika əhəmiyyətli kənd təsərrüfatı müşavirəsində regionda tütünkülüyün,  fındıqçılığın və baramaçılığın inkişaf etdirilməsilə bağlı geniş çıxış etmişdiniz.. Müşavirədə çıxış edərək regionda qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı mühüm tapşırıqlar da vermisiniz.
Respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir. Danılmaz həqiqətdir ki, xalqımız həmişə Sizin əmək adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz əvəzsiz qayğının şahidi olub, bunu özlərinin həyat səviyyələrinin yüksəlməsində aydın hiss ediblər. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.
Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, Şəki-Qax rayonlarının Rusiyailə sərhəddə yerləşən kəndlərinə qədər olan məsafənin 20-25 km olduğunu nəzərə alsaq, deməli bu iki inzibati rayon arasında yerləşən kənd təssərrüfatına yaralı torpaqların çox hissəsində əsasən tütün əkilmişdir. Biz də bir sahibkar olaraq Sizin bölgəmizdə vətəndaşların istehsal etdiyi yaşıl tütün məhsulunu quru hala gətirmək üçün onun qurudulub emal müəssisələrinə təhvil verilməsi işini yerinə yetirməyə çalışırıq. Bunun üçün öz vasaitimiz hesabına Şəki-Qax magistral yolunun 19-cu km-də 24 ədəd tütünqurutma avadanlığı quraşdırmaqla böyük bir tütünqurutma məntəqəsi yaradıb xalqın istifadəsinə vermişik. Lakin bir sıra çətinliklər yaranmışdır ki, biz onu həll etmək səlahiyyətində deyilik. Belə ki, məntəqəmizin işığa, təbii qaza və suya olan texniki şərtləri olsa da məhz elektrik enerjisinin verilməsində tez tez baş verən açılmalar zamanı biz məcburən generatorlardan istifadə edirik. Bu zaman sexdə olan xeyli yaşıl tütün standarta uyğun qurutma prosesinə məruz qalmadığından itkiyə məruz qalır.Bu səbəbdən biz hər il 30 ton tütün məhsulumuz xarab olduğundan tullanır. Ona görə də elektrik xəttinin gecə-gündüz işləməsi vacibdir ki, biz də bir sahibkar kimi strateji məhsul olan tütünü sonda xaricə ixrac edilməsi üçün standart formaya gətirə bilək. Doğrudur, biz bu məsələnin həll edilməsinə köməklik göstərilməsi üçün Şəki İşıq İdarəsinə müraciətlər etsək də onlar bizə izah etmişlər ki, Sizin məntəqəyə ayrıca elektrik xəttinin çəkilişi üçün gərək yuxarı instansiyalar icazə verə Bu bizim səlahiyyətimiz daxilində deyildir.  Budur, bizim yuxarı instansilala etdiyimiz müraciətlərdən sonra verilən rəsmi cavablar bir birini təkzib edir. Belə ki, Enerji Məslələrinin Tənzimləmə Agentliyinin Şəki filialının böyük müfəttişi İmdad Nəbiyevin tərtib etdiyi 4 iyul 2019-cu il tarixli aktında qeyd edilir ki, bizim tütütnqurutma məntəqəmizin istifadə etdiyi 10 kV-luq “Biləcik” hava xətti dayanıqlı deyil. Çünki xəttin budaqlanmalarla birlikdə 16 km hissəsi meşə zolağından keçir. Və küləkli havada həmin zonada ağacların xəttin üstünə aşması nəticəsində enerji verilməsində fasilələrin yaranması qaçılmazdır.Digər tərəfdən hər hansı KTM də ( komplekt transformator məntəqəsi) baş verən problemi ləğv etmək üçün “Göynük” yarımstansiysını açmaq lazım gəlir.”
Bu cavaba arayış veririk ki, 16 km hissədə meşə zolağı yoxdur. Bunların nəzərdə tutduğu meş zolağı boyu 2-3 m olan kol kosdan ibarət yerlərdir ki, burada da hündürlüyü 13-16 m olan ağaclar ümumiyyətlə mövcud deyildir.
“Azərişıq” SC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Musa Məmmədovun 02 iyul 2019-cu ildə bizə yazdığı cavabda qeyd edilir:
“ “Biləcik” hava xəttində elektrik enerjisində fasilələrin səbəbi yalnızca xətdə baş vermiş qəza açılmalarının aradan qaldırılması və xəttdə aparılan təmir-bərpa işlərilə əlaqədardır. Başqa heç bir səbəbdən 10 kV-luq “Biləcik” hava xəttində açlma olmamışdır.”
Bu rəsmi cavaba arayış olaraq bildirik ki, sözügedən xəttdə təmir-bərpa işlərini reallıqda görən olmayıb. Bu “təmir” yalnız formal kağız üzərində aparılır.
AR Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin 29 iyul 2019-cu il tarixli cavabında isə bildirilir:   “ Şəki Elektrik şəbəkəsinin rəisi Şahbaz Daşdəmirov bildirmişdir ki, KTM ayrıclarının ( açarlarının) olmaması səbəbindən qeyd olunan problemin yarandığını və məslənin həlli üçün ayrıca 10 kV-luq xəttin çəkilməsi üçün yeni texniki şərtin tütünqurutma məntəqəsi tərəfindən alınması tövsiyə olunmuşdur.”   Göründüyü kimi, hər üç rəsmi dövlət orqanı mövcud problemlə bağlı üç müxtəlif cavablar verməklə zonada fəaliyyət göstərən biz, kiçik və orta biznes nümayəndələrini çıxılmaz vəziyyətə salırlar. əslində nə baş verir. Sözügedən zonada 1960-cı ildən mövcud olan  bütün ağac dirəklər beton dirəklə reallıqda əvəz edilməli idi. Bütün 46 KTM-in hamısında hər hansı qəza baş verdiyi  anda xəttin açılması üçün açarların olması vacib idi.(rəsmilər isə özləri etiraf edirlər ki, açarlar olmadığından bütün 11 kəndin elektrik təchizatını 1 kənddə yaranmış problemə görə dayandırmağa məcbur oluruq. Niyə bir adi açarın olmamasına görə yerdə qalan 10 kəndin əhalisi əziyyət çəkməlidir? Bunun adı SABOTAJDIR. Başqa adı ola bilməz. Digəri qeyd edir ki. xəttlər 16 km-lik meşə zolağından keçir. Keçirsə biz bu meşəni niyə görmürük? İndi də problemin həlli kimi bizim yenidən texniki şərt alaraq özümüzə 2.6 km uzunluqda öz hesabımıza ayrıca elektrik xətti çəkməyimiz tövsiyə olunur. Bu zaman təbii sual yaranır. Biz vətəndaşın günahı nədir ki, dövlət büdcəsindən hər il elektrik enerjisinin dayanıqlı verilməsi üçün ayrılan milyonlarla manat pulların aqibəti necə olur? Özləri də etiraf edirlər ki, KTM-lərdə adi açarların olmaması, yağların dəyişdirlməməsi ucbatından tez tez baş vermiş süni qəzalara görə əhalini dövlətin əleyhinə qaldırmağa çalışırlar. Hansı ki, ayrılan pullarla minlərlə belə sadə açarları almaq və KTM-ləri saz vəziyyətə gətirmək olardı. Hesab edirik ki, aidiyyatı orqanlar baş verməkdə davam edən korrupsiya hallarının qarşısını almalı, biz də daxil bütün sahibkarların və sadə vətəndaşların dayanıqlı elektrik enerjisilə təminatı bərpa olunmalıdır.
Möhtərəm cənab Prezident xahiş edirəm ki, şəxsi nəzarətiniz altında  Şəki-Qax şossesinin 19-cu km-də tikib istifadə etmək istədiyimiz tütünqurutma məntəqəsinin tam gücüilə fəaliyyət göstərməsi, eləcə də zonada sabit elektrik enerjisi verilməsinin təmin olunması üçün aidiyyatı orqanlara lazımi göstərişlərinizi verəsiniz.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi
Next: İnam Kərimovun “Aqrolizing” ASC-yə ayrılan vəsaitlərin hara xərcləndiyindən xəbəri varmı?

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.