Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 2
  • Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir

Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir

redaktor 02/12/2024
1734090764_1734076672_1

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən “Dayanıqlı həyat tərzi üçün çağırışlar” eko-startaplar, daha dayanıqlı gələcək üçün yaradıcılıq müsabiqələrinin, “İqlim dəyişimləri” mövzusunda ekoklublarda İqlim Elçiləri tərəfindən xüsusi təlimlər, “Yaşıl gələcək naminə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblilərin Beynəlxalq IX Ekoloji Forumu “Kosmik Odissiya” adlı gənc astronavtların maarifləndirmə proqramı ilə bağlı məktəblilər arasında astronomiya elminin təbliğatı, astronomiyaya marağı olan gənclərin üzə çıxarılması və şagirdlərin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin 2015 ci ildən başlatdığı, gənc astronavtlar hərəkatına qoşulmasını təmin etmək məqsədilə təlim xidmətinin satınalması üzrə 15.10.2024-cü ildə başlanılmış kotirovka sorğusuna 20.11.2024-cü ildə yekun vurulub və “FURGONAR RR SERVİS”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 89.888 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.  Məlumat satınalmalarının vahid internet portalında 20.11.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, elektron axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı “FURGONAR RR SERVİS” MMC -nin fəaliyyət sferası haqqında heç bir məlumat əldə edə bilmədik ki, bu da təchizatçının müvafiq sahədə ixtisas göstəricilərində, təcrübəsində bir sıra şübhəli məqamların olduğunu üzə çıxardı.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FURGONAR RR SERVİS” (VÖEN: 2008318661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.11.2023-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XUDU MƏMMƏDOV, ev 41, m. 11, qanuni təmsilçisi kimi isə Əliyev Arif Heydər oğlu qeyd olunub.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FURGONAR RR SERVİS” MMC bir dövlət qurumunun tikili və avadanlıqların cari təmiri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun mətbəə mallarının satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.
Qeyd edək ki, “FURGONAR RR SERVİS” MMC Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə satınalma müqaviləsi bağlamazdan əvvəl Qazax Dövlət Sosial-iqtisadi Kolleci ilə dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 20.250 manat məbləğində, Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə tikili və avadanlıqların cari təmiri üzrə 5.925 manat məbləğində satınalmamüqavilələri bağlayıb.
Maraqlıdır ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə satınalma müqaviləsi bağladıqdan sonra isə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə istehlakyönümlü müxtəlif xidmətlərin ( sürətçıxaranın baraban və lazerinin təmiri, komputerin ana platasının təmiri və s.) satınalınması üzrə 12.550 manat, Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsilə isə nəqliyyat vasitəsinə ehtiyat hissələrinin alınması üzrə 1.373 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.
Göründüyü kimi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “FURGONAR RR SERVİS”  MMC-nin müvafiq sahədə ixtisas göstəricilərini, təcrübəsini, digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Sözügedən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Satınalma Komissiyasına ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, Məlumat üçün bildirirəm ki, RUGİM-in keçirəcəyi tədbirlər Az. Resp.İNAİBNDX -inin 20 noyabr 2024-cü il tarixli 12549/2024 saylı qərara əsasən yoxlanılmış və təsdiq edilmişdir. Yəni burda heç bir qanun pozuntusuna yol verilə bilməz. Əlavə məlumat almaq istəsəniz  portal səhivələrindən izləyə bilərsiniz.
Bundan əlavə Uşaq-Gənclər İnkişaf Mərkəzinə zəng edib “FURGONAR RR SERVİS”  MMC-nin əlaqə vasitələrini öyrənməyə çalışdıq. Mərkəzin baş mühasibi Şövqiyyə Həşimova onların əlaqə vasitələrini bilmədiyini, pulunu ödədiyini və tədbirini keçirdiyini bildirdi. Çox maraqlıdır ki, başlama tarixi 21.11.2024-cü ilə müəyyən edilmiş kotirovkanın pulu nə tez ödənildi və tədbir nə vaxt keçirildi?
Qeyd edək ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ( RUGİM) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisəsidir. RUGİM 2016-cı ildə ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq fəaliyyətə başlayıb. Burada Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və digər 5 məktəbdənkanar mərkəz mövcuddur.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Sosial müdafiə nazirliyi yenə Ağalar Vəliyevin adamı ilə işbirliyi qurdu
Next: Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.