Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 4
  • Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır

Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır

redaktor 04/12/2024
1733302415_1733297649_1

Məlum olduğu kimi noyabr ayında həm yağan şiddətli yağışdan sonra, həm də COP 29-un açılış məsələləri ilə bağlı  Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirələr  keçirilib. Müşavirədə yaranmış problemlərdən əlavə paytaxtın abadlaşdırılması işləri ilə bağlı da müzakirələr aparılıb, təhlil edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin bəzilərinə iradlarını bildirib, işlərini düzəltməyə vaxt verib. Əldə etdiyimiz məlumata görə həmin təsərrüfat xidməti rəhbərlərindən biri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədov olub.
Əldə etdiyimiz məlumatlara görə buna səbəb Röyal Sarıməmmədovun barəsində Bakı şəhər İcra Hakimiyyətinə olunan şikayətlərin çoxluğu olub. Pirallahı sakinlərinin narazılığı ondan ibarət olub ki, Röyal Sarıməmmədovu yerində tapa bilmirlər, problemləri aylarla həll olunmamış qalır. Pirallahıdakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Röyal Sarıməmmədov çox iddialıdır, özünü rayonun sahibi kimi aparır, aidiyyəti oldu, olmadı bütün işlərə qarışır və vaxtının çoxunu da öz biznesinə sərf edir.
Maraqlıdır, Röyal Sarıməmmədov biznes qurmağa pulları hardan əldə edir. Bu apardığımız kiçik bir araşdırdırmada özünü açıq aydın göstərir.
Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi nəqliyyat vasitələrinin cari təmirinin satın alınması üzrə  “KARPİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.365 manat məbləğində satınalma müqaviləsini 25.11.2024-cü ildə, nəqliyyat vasitələrinin cari təmiri və sürtgü yağlarının satın alınması üzrə “ALAZAN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.515  manat məbləğində satınalma müqaviləsini 20.08.2024-cü ildə bağlayıb.
Otən il isə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi sürtkü materiallarının satınalınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.920 manat, nəqliyyat vasitələrinin cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə isə “İNPORT”  MMC ilə 33.878,98  manat məbləğində satınalma müqavilələri bağlayıb.
Maraqlıdır, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında nə qədər nəqliyyat vasitəsi var, və ötən ilin dekabrından bu günə 110 min manata qədər alınan ehtiyyat hissəsləri və sürtgü yağları həqiqətənmi həmin nəqliyyat vasitələrinə xərclənib?
Bundan əlavə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi abadlaşdırma xidmətinin satın alınması üzrə “FILTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.650 manat məbləğində 23.11.2024-cü ildə, təmir işlərin satınalınması üzrə  “KONEKS CONSTRUCTİON” MMC ilə 96.941,91 manat məbləğində 11.10.2024-cü ildə, abadlaşdırma xidmətlərinin satın alınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.950 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Burada “FILTRON” və “QİBSON” MMC-lərinin Pirallahıda haranı abadlaşdıracağı yerlər bəlli deyil. Çünki bu şirkətlər abadlaşdırma ilə deyil başqa qaranlıq məsəslələr üçün Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyindən kotirovka udublar bu şirkətlər daha əvvəllər də Təsərrüfat Birliyi ilə işbirliyində olubublar. “QİBSON” MMC Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinə həm sürtkü materialları alır, həm də abadlaşdırma xidmətləri göstərir. “FILTRON” MMC isə Təsərrüfat Birliyinə həm mal-materiallar ( 43.718 ) həm inventar və xüsusi geyim ( 70.074 ) həm sanitariya-gigiyena (19.824) həm də abadlaşdırma xidmətləri göstərir. Bundan əlavə avqust ayında Təsərrüfat Birliyinə sürtgü yağları satan  “ALAZAN-A”  MMC ötən il həm də abadlaşma  xidməti göstərib.
Bütün bu məlumatlardan da görsəndiyi kimi Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyində satınalmaların təşkili qanunla müəyyən edilmiş qaydalarda aparılmır. Bütün işlər qanunlara uyğun deyil, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədovun maraqlarına uyğun qurulur.
Qeyd edək ki, Röyal Sarıməmmədov daha əvvvəllər Xəzər, sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə çalışıb. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.
Onun bizneslə məşğul olduğunu sübut edən məlumatlar isə mətbuatda çoxdan yayılıb. Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN – 8700148382) icarəyə götürəcək. İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək. Bu Röyal Sarıməmmədovun biznesinin kiçik bir hissəsidir.
Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin keçirdiyi satınalmalardan da göründüyü kimi hər il abadlaşdırma, təmir, nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasına vəsaitlər ayrılır. Lakin bu vəsiatlərin demək olar çoxu  Röyal Sarıməmmədovun özünə qayıdır. Pirallahı isə nə abadlaşdırılır, nə də təmir edilir. Nəqliyyat vasitələrinə ehtiyyat hissələrini də sürücülər özləri alır.
Görünür Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəzəbinə tuş gələnlər də bu olub. İndi verilən vaxtda  Röyal Sarıməmmədov Eldar Əzizovun qəzəbindən qurtula biləcəkmi, yoxsa yaxın gələcəkdə vəzifəsi ilə vidalaşmalı olacaq. Onu da yaxın gələcək göstərəcək.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə
Next: “Koordinat Construction” MMC 10 günə bir milyonluq iki tenderi necə “uddu” – Görəsən Zakir Quliyev bilirmi?

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.