Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 13
  • Rəhimə Yusibovanın adına yaradılan MMC-ləri idarə edən gözəgörünməz kimdi

Rəhimə Yusibovanın adına yaradılan MMC-ləri idarə edən gözəgörünməz kimdi

redaktor 13/12/2024
1730904502_bas-layihe-2048x1311

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə “GENERAL TƏCHİZAT VƏ SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.
MMC-nin hansı səbəbdən bu siyahıya salınmasının səbəbi açıqlanmasa da təxmin etmək olar. Bunun üçün şirkətin fəaliyyətinə gözücü nəzər salmaq kifayət edər.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.
Qeyd edək ki, MMC 2024-cü ilin iyun -deekabr aylarında ayrı ayrı dövlət qurumlarının keçirdiyi 11 satınalmanın qalibi olub.
MMC Azərbaycan Respublikası  Daxili  İşlər  Nazirliyi A.N.Heydərov Adına Sıravi vı Kiçik Rəis Heyyəti Hazırlayan Məktəbə 41.670 manat dəyərində avadanlıqlarının təmir xidməti göstəribsə, Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinə həm 4.938,5 manat dəyərində dəftərxana və təsərrüfat malları satıb, həm də 2.920  manat dəyərində maşın ehtiyat hissələri.
Bunlardan əlavə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinə 5.549 manat dəyərində dəftərxana və təsərrüfat malları satan MMC Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə 5.310 manat dəyərində kondisionerlərin təmiri xidməti göstərib.
Daha sonra Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 11.546,3 manat dəyərində  yaşıllaşdırma üçün tinglər satan MMC bu dəfə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 3.383  manat dəyərində azanxana avadanlıqlarının cari təmiri xidməti göstərib.
Sonra da MMC  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə 4.718,82 manat dəyərində müxtəlif xidmətlər, Dövlət Xəzinədarlıq Agentliyinin 17  saylı Regional Xəzinədarlıq İdarəsinə isə 1.150,5 manat dəyərində katriclərin doldurulması, ehtiyat hissələrinin dəyişdirilməsi xidməti göstərib.
Göründüyü kimi MMC 6 ayda ayrı ayrı sahələr üzrə keçirilmiş bir çox kotirovkaların sahibi olub. Bəs bu univarsal MMC bunları necə əldə edə bilib?
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Yusibova Rəhimə Rəhman qızı barədə artıq  bir dəfə yazmışdıq. O,  1961-ci ildə anadan olub, Qəbələ rayonunun Kiçik Pirəli kəndində pasport qeydiyyatındadır. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə Rəhimə Yusibova evdar qadındı. Amma bu evdar qadın həm də Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER”  Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Bu MMC isə  07.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alındıqdan cəmi dörd ay sonradan başlayaraq 2024-cü ilin iyun ayına qədər 27 satınalmanın qalibi olub. Buraya yaşıllıq sahələrinin saxlanılması üçün alət və avadanlıqların satın alınmasından tutmuş, dəftərxana və təsərrüfat mallarının, kütləvi bayram tədbirlərinin, təsərrüfat, tikinti və təmir mallarının, yumşaq inventarların, istehlakyönlü müxtəlif xidmətlərin, işçilər üçün geyim və alətlərin, şüşələrin yuyulması, mal-materialların satın alınmasına qədər bütün növ xidmətlər daxildir.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu “GENERAL TƏCHİZAT VƏ SERVİS”  və “NUR SUPPLIER” MMC-lərin qalib çıxdığı satınalmaların içində demək olar bütün xidmət növləri var. Düzdür, qanunla bir sıra malların alımasına lizenziya tələb edilmir, amma bir sıra xidmətlərin göstərilməsi üçün şirkətin qanunun tələb etdiyi qaydada müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması gərəkir. Amma Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu MMC-lərdə bu barədə heç bir məlumat yoxdu.
Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir nəfər məxsus MMC-lərin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla satınalmanın qalibi olduğu üzə çıxdı. Təbii ki, bunu aidiyyatı qurumlar da görür. Odur ki, zamanı gələndə lazımi tədbirlər görürlər. Amma bu azdı. Burada MMC-ni idarə edən gözəgörünməzlər ortaya çıxarılmalıdır. Bu Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı Rəhimə Yusibovanın işi deyil. Onun Bakıda oturub işlərini kim görür, o maraqlıdır. Bəlkə də Qəbələnin Kiçik Pirlər kəndində yaşayan bu qadının böyük biznesindən heç xəbəri yoxdu.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir
Next: Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ”  MMC-nin əsl sahibi əslində kimdir?

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.