Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 16
  • “Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir

“Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir

redaktor 16/12/2024
1703787362_naxcivvan-1

Naxçıvan Muxtar Respublikasında 2022-ci ildən bəri bir sıra struktur islahatlarının aparılması barədə çox yazılıb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Muxtar Respublika Ali Məclisi sədri müavininın fərmanı ilə 17 noyabr 2023-cü ildə yaradılıb. 27 noyabr 2023-cü ildə  Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunub.
Bundan başqa 31 iyul 2024-cü ildə nizamnamə kapitalı 100 manat olan “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb. Hüquqi ünvanı Naxçıvan şəhəri, Azərbaycan ev 57 olan MMC-nin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.
İyul ayında yaradılmış “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanın avtomobil yollarında hansı funksiyanı həyata keçirməsi barədə məlumat yoxdu. Amma dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanda yolların təmir tikintisindən daha çox avtomobillərə ehtiyat hissələrinin satınalmasına daha çox girişdiyi məlum oldu. Belə ki, MMC son bir-iki ayda asfaltyayan ehtiyyat hissələrinin satınalınmasına 233.241,87, bir ədəd pikap tipli avtomobilin satınalınmasına 67.800 , maşın və mexanizmlərin servis xidmətinin satınalınmasına 149.860,42, daşdoğrayan qurğunun ehtiyat hissələrinin və yağlarının satınalınmasına 101.946,81, kompüter, printer və digər avadanlıqların satınalınması 402.304,48 manat vəsait xərcləyib. Amma necə?
“Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maşın və mexanizmlərin servis xidmətinin satınalınması üzrə 02.10.2024-cü ildə başlanılmış açıq tendrə yekun vurulub.Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 149.860,42 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş servis xidmətinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 244.321,36 manat müəyyən edilib.
Bundan əlavə “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ehtiyat hissələrinin satınalınması və təmiri üzrə 11.09.2024-cü ildə başlanılmış açıq tendrə də yekun vurulub. Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 511.203,49 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.204.674,39 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Naxçıvan Yol Təchizat” MMC-nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “AVTO EHTİYYAT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “AVTO EHTİYYAT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO EHTİYYAT” (VÖEN: 0300886191) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.01.2023-ci il tarixdə Naxçıvan MR 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BABƏK RAYONU, YARIMCA, qanuni təmsilçisi kimi isə Babayev Ülvü Məmmədhüseyn oğlu qeyd olunub.
Göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC  ilə “AVTO EHTİYYAT” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.
Qeyd edək ki, satınalmalarda yol verilən bu kimi qanunsuzluqlara aydınlıq gətirilməsi məqsədi ilə “Naxçıvan Yol Təchizat” MMC-nin Satınalma Komissiyasına ünvanladığımız sorğuya cavab vermədilər. Görsənən odur ki, Muxtar Respublikada bu qədər struktur islahatlarının aparılmasına, kadr dəyişikliklərini edilməsinə baxmayaraq qanunları saymaq, əməl etmək adəti hələ də formalaşmayıb.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ”  MMC-nin əsl sahibi əslində kimdir?
Next: “ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb – Çox maraqlıdır

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.