Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 20
  • Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır

Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır

redaktor 20/12/2024
1728892030_1549893714_8932997

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi ”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyini davam etdirir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında hazırlanan bu məqalədə qeyd edilən faktların aidiyyıti orqanlar tərəfindən təxirəsalınmaz araşdırlamsı zəruriyyəti yaranmışdır. Redaksiya olaraq   bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi daimi işbirliyində olduğu bir MMC var. “SAFFİRA PLUS”  adlanır. Dövlət Verği Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin MMC ilə bağlı sorğu məktubuna aldığımız cavabda deyilir:
“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.
Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”
5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC  Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər.
Amma Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi cəmi iki nəfər işçisi olan “SAFFİRA PLUS” MMC ilə son bir ildə 8 satınalma müqaviləsi bağlanılıb. İkisi 2023-cü ildə, altısı sə 2024-cü ildə.
“Yaşıllıqların salınması işləri”nin satın alınması üzrə “Saffira Plus” MMC ilə 290.870 manat məbləğində satınalma müqaviləsi 13.12.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.994 manat məbləğində satınalma müqaviləsi 18.11.2024-cü ildə bağlanılıb.
yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 289.690 manat məbləğində satınalma müqaviləsi 21.10.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 294.292 manat məbləğində satınalma müqaviləsi 22.08.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi 13.08.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.
Qeyd edək ki, cəmi iki nəfər işçisi olan “Saffira Plus” MMC ilə son 4 ayda ümumi dəyəri  1 744 748 manat olan altı  satınalma müqaviləsi bağlayıb. Ötən il isə onların arasında bağlanan müqavilənin dəyəri 571 710 manat olub. Bu isə ötən ilin dekabrından cari ilin dekabr ayına qədər MMC ilə 2 316 458  manat dəyəri olan 8 satınalma müqaviləsinin bağlanıması deməkdir. Maraqlıdır, cəmi iki nəfər işçisi olan MMC bu sifarişləri necə yerinə yetirir.
Burada tenderlərin keçirilməsində pərdəarxası, görünməyən məqamlar var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. İşləri isə ya Yaşıllaşdırma İdarəsinin işçiləri görür, ya da “Saffira Plus” MMC işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə hər iki halda da dövlətin milyonları talanır.
Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu satınalmalarda Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə ümumiyyətlə məhəl qoymur. Burada hər il eyni qanunsuzluqlar təkrar olunur. Həm də açıq-aşkar. Media orqanlarında, sosial şəbəkələrdə bu kimi hallarla bağlı çoxsaylı yazılanlara baxmayaraq.
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur.  O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.

Aktualinfo.org

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinə yaşıllıqların salınması işlərini görən “Saffira Plus” MMC Neftçala rayon İcra Hakimiyyəti ilə bir sıra malların satınalınması üzrə 61.820 manat, Neftçala rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İnzibati Ərazi Nümayəndəliyinə isə mal- materialların satınalınması üzrə 55.219,87 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu barədə növbəti yazımızda.

PAYLAŞIN:

Continue Reading

Previous: İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir
Next: Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib – Bu necə olur Məmməd Abbasbəyli?

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.