Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 21
  • Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib – Bu necə olur Məmməd Abbasbəyli?

Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib – Bu necə olur Məmməd Abbasbəyli?

redaktor 21/12/2024
1734798942_1

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 20.12.2024-cü ildə dərc edilib.
Müqavilənin başlanma tarixi 19.12.2024 -cü il, bitmə tarixi 30.12.2024-cü ilə müəyyən edilib.  Şərtlər toplusunun məlumatlarında müsabiqənin 18.11.2019 -cu ildə başladığı, zərflərin açılış tarixi isə 20.12.2019-cu il göstərilir.
Qeyd edək ki, “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-2022-ci ilin fevral ayına Mədəniyyət, Səhiyyə, Təhsil nazirlikləri və onlara tabeli qurumlar tərəfindən keçirilmiş yüzlərlə açıq tender və kotirovka sorğusunun qalibi olub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə  “İNPEKS.N”  (VÖEN 1601862631) MMC 06.06.2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,  NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34, qanuni təmsilçisi isə Qasımov Elşən Soltan oğlu olduğu göstərilir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2019021060970100 nömrəli, 26.08.2020-ci il tarixli Qərar qəbul edib. Hazırki günə MMC-nin dövlətə 948 791.05 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 01.12.2023-cü ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var. Belə olan halda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın  təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına necə yol verib? Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında  Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Məmməd Abbasbəylilidən soruşmaq istəyirik.  Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin satınalmalarda yol verdiyi bu qanun pozuntularına lim və hansı əsalarla yol verib?
Xatırlatmaq istərdik ki, “İnpeks.N” MMC yalnız Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin satınalınmasından tutmuş, təsərrüfat mallarının satınalınması, abadlıq işləri üzrə avadanlıqların satın  alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri,xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656  601 manat olan 22 satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovdu. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır.Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 08 İyul, 2024 -cü ilə qədər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı işləmiş Əziz Əzizovla dil tapa bilib. 8 iyul 2024-cü ildə rayona yeni təyin olunmuş Adil Əliyevlə hə hələ ki işləyir. Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti isə göz qabağındadır. Onun və qardaşlarının tutduqları vəzifələr hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb.Yayılan informasiyalara görə,tək o, tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə.Təbii ki,rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına…

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Next: Hesablama Palatasının Sabirabad və Salyandakı qış otlaqlarında aşkar etdiyi nöqsanların “Akkord”ASC ilə nə kimi bağlılığı var

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.