Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 13
  • ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub

ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub

redaktor 13/01/2025
1693575030_1693553839_1

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yüksək texnologiya avadanlıqlarının icarəsi xidmətlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə keçirdiyi açıq tenderə yekun vurub və “IXUN Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Müsabiqənin qalibi ilə  330.659,6 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 10.01.2025-c ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Amma göründüyü kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki,”IXUN Lasertechnik GMBH” şirkəti Almaniyada fəaliyyət göstərir. Lazer şüalanması ilə səthin emalı sahəsində nou-hau və çoxillik təcrübə ilə IXUN Lasertechnik GmbH fərdi və seriyalı komponentlərin emalı üçün fərdi həllər təklif edir, sənaye üçün xüsusi daxili və xarici örtük optiklərinin istehsalı ilə məşğuldur. IXUN Lasertechnik GmbH ən müasir lazer və idarəetmə sistemlərinə malikdir.
Mediada yayılan rəsmi məlumata görə, 2016-cı ilin əvvəlindən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 634-ü xarici investisiyalı şirkətlərdir: Onlarla yeni yaradılan şirkətlər arasında Almaniyanın “İBBAZ” MMC, “Socar-Uniper” MMC, “İxun Lasertechnik” MMC-nin Azərbaycan Respublikasindaki filialının da adı keçir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “IXUN LASERTECHNİK” (VÖEN: 1403605081) Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı 05.12.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı açıqlanmayan MMC-nin hüquqi ünvanının,  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 20,  qanuni təmsilçisi kimi isə Şirinova İlhamə Bahadur qızı qeyd olunub.
Reyestr məlumatlarında MMC-nin ilk qanuni təmsilçisinin Şirinov Hikmət Bahadur oğlu olduğu göstərilir. Daha sonra MMC-yə Quliyeva Gülnarə Bahadur qızı rəhbərlik edib.
Qeyd edək internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada o da məlum oldu ki,”Ixun Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub. Elektron mediada 12.07.2024 məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb. İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.
İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə  malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.
Bu məlumatlardan da göründüyü kimi “IXUN Lasertechnik” MMC-nin fəaliyyətində şübhəli məqamlar var. MMC malların emal edilməsi qaydasının pozulmasına, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətalar törədib.
Maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “IXUN Lasertechnik” MMC-ni bu satınalmaya cəlb edərkən bu məqamları görməyibmi? Məlum olduğu kimi MMC satınalmalara cəlb olunarkən uyğunluq göstəriciləri müəyyən edilir, maliyyə, bank, vergi və sosial ödəniş sənədləri ilə bərabər, məhkəmə qərarı ilə barəsində hər hansı bir cinayət əməlinin olub olmaması barədə sənədlər tələb olunur. Görünən odur ki, Universitetin Satınalma Komissiyası burada bir sıra sənədlərə göz yumub. Tenderin bir mənbədən satınalma yolu ilə keçirilməsi də çox güman ki, “IXUN Lasertechnik” MMC-nin çatışmayan sənədlərini gizlərməq məqsədi daşıyır. Yaxud da kim zəmanət verə bilər ki, MMC rəsmiləri bəzi sənədləri gömrükdə olduğu kimi, burada da saxtalaşdırmayıb?
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərovdur. Bu vəzifəyə  Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 13 iyul 2023-cü ildə təyin olunub. O, 10 İyul , 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilmiş Mustafa Babanlını əvəz edib.
Qeyd edək ki, son günlərdə elektron mediada qədim tarixə malik Universitetin bərbad duruma salınması ilə bağlı bir qrup müəllim və işçi heyyətinin müraciəti yayılıb. Müraciətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektor əvəzi Vazeh Əsgərovun yarıtmaz fəaliyyətindən bəhs edilir.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Next: Bakı şəhər İcra Hakimiyyəti də Elnur Çarçarovun MMC-ləri ilə işbirliyinə başladı

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.