Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 22
  • Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı ortaya nələr çıxardı

Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı ortaya nələr çıxardı

redaktor 22/01/2025
1737526153_unec-zaqat

?

Hesablama Palatası yanvarın 13-də 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirməsi barədə məlumat yaydı. Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.
Məlumatda araşdırmanın nəticəsində aşkar olununan bir sıra nöqsanlar açıqlanıb. Həmçinin təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub-məlumatda bildirilir.
Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatdan iki ay əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tərəfindən keçirilmiş açıq tender prosedurları ətrafında araşdırma aparmış və bəzi şübhəli məqamlara aydınlıq gətirilməsi üçün qurumun Satınalma Komissiyasına sorğu ünvanlamışdı. Təssüflər olsun ki, sorğu cavabsız qaldı. Bəs Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi şübhəli məqamlar nədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı yataqxana və idman binasının əsaslı təmir işlərinin satınalınması üzrə  keçirdiyi açıq tenderdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 4.224.357,88  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 01.03.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Qeyd edək ki, “KONEKS CONSTRUCTİON”  MMC-nin adı elektron mediada yayılan məlumatlarda bir çox şübhəli satınalmalarda hallanır. MMC-nin daha çox rayon İcra Hakimiyyətlərinin sifarişlərini sövdələşmə yolu ilə icra etdiyi  iddia olunur. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, ixtisas göstəricilərində, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində bir sıra şübhəli məqamların olduğu bildirilir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KONEKS CONSTRUCTİON”   MMC (VÖEN 3103278031 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, m. 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi  Məhəmmədəli oğludur.
MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, əvvəllər daha çox yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında “KONEKS CONSTRUCTİON” MMC-nin müvafiq orqanlar tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə icazə və lisenziya ilə təmin olunması haqqında heç bir məlumat yoxdu.
Rəsmi dövlət qurumlarının bazasında MMC barədə bundan artıq məlumat yoxdur. Belə olan halda suallar yaranar.  Universitetin Zaqatala filialı müvafiq sahədə icazə və lisenziyasının olmadığı halda “KONEKS CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyətininn ilə necə satınalma müqaviləsi bağlaya bilib. Filialın Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna nə üçün əməl etməyib?
Göründüyü kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialınin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir.
Hesablama Palatasının Dövlət İqtisad Universitetində satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin yüksək olduğunu da aşkar etmişdi. Universitetin Zaqatala filialı da 2023-cü ildə bir mənbədən satınalmalar yolu müqavilələr bağlayıb ki, o da şübhələr doğurur.
Universitetin Zaqatala filialı İKT avadanlıqlarının satınalınması üzrə “ISOFT”  MMC ilə 25.12.2023-cü ildə 49.516,3 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bundan bir ay əvvəl isə Universitetin Zaqatala filialı və “ISOFT”  MMC arasında bir mənbədən satınalma yolu ilə müqavilə bağlanıb. UNEC Zaqatala filialında turniket və termal kameraların quraşdırılması üzrə 49.490,97 manat dəyərində.
Maraqlıdır, Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama apararkən Zaqatala filialında yol verilən bu kimi şübhəli məqamları da araşdırıbmı? Məsələn Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edildiyini açıqlayıb. Amma Universitetin Zaqatala filialının yataqxana və idman binasının əsaslı təmir işlərinə ayrılan vəsaitlərin nə qədər şişirdildiyini araşdırmayıb.
Zaqataladakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə ötən ilin may-iyul aylarında Universitetin Zaqatala filialında təmir işləri aparılıb. Yataqxana və idman binasının fasad divarlarının təmir olduğunu bildirən məlumatlı mənbənin sözlərinə görə filialda əsaslı təmirdən daha çox kosmetik işlər aparılıb. Bu təmir işlərinə isə 4 milyon manatdan çox vəsaitin xərclənməsi real görünmür.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru dosent Raqif Qasımovdur. O, bu  vəzifəyə İqtisad Universitetinin rektoru Ədalət Muradov əmri ilə 27 iyul 2023-cü ildə gətirilib. Əvvəlcə direktor vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bir neçə aydan sonra isə direktor vəzifəsinə təyin edilib.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir
Next: “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

OXŞAR MÖVZULAR

niyazi-yol (1)

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

admin 05/03/2026
zaur mikayıl

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 02/03/2026
qaçqınkom

Bakı və Biləsuvarda köçkün evlərinin təmirinə ayrılan 3 milyona yaxın vəsait daha haralara xərclənəcək

admin 02/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.