Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 19
  • Putinin Ər-Riyada göndərdiyi Dmitriyev kimdir? – “Məqsəd Putinin ailəsi üçün təminat almaqdır”

Putinin Ər-Riyada göndərdiyi Dmitriyev kimdir? – “Məqsəd Putinin ailəsi üçün təminat almaqdır”

admin 19/02/2025
dmitriyev-put

 

“ABŞ ilə danışıqları Rusiya yox, Putin, onun klanı və ailəsi aparır”.

Bunu tanınmış rusiyalı hüquq-müdafiəçisi, “Gulagu.net” layihəsinin rəhbəri Vladimir Oseçkin son efirində deyib.

Oseçkin Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda diplomatiyaya heç bir aidiyyatı olmayan Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyevin iştirak etməsinin təsadüfi olmadığını qeyd edib. Onun dediyinə görə, Dmitriyev Vladimir Putinin qızı Yekaterina Tixonovanın(Putinanın) ən yaxın rəfiqəsi olan Natalya Popovanın əridir: “Yadınızdadırsa, bir zaman “Yeltsinin ailəsi” deyərkən, onun qızı Tatyana Dyaçenko, onun əri Valentin Yumaşovla yanaşı, Boris Berezovski, Roman Abramoviç və s. nəzərdə tutulurdu. İndi isə “Putinin ailəsi” Ər-Riyada nümayəndə heyətilə gəlib. Onlardan biri Kirill Dmitriyevdir. Lavrov və digərləri amerikalılarla dialoq qurmağa çalışarkən, həmin vaxt Dmitriyev ABŞ mətbuatı ilə və digər jurnalistlərlə danışırdı. Formal olaraq o, Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı olsa da, onun əsas “vəzifəsi” Yekaterina Tixonovanın(Putinin qızı) ən yaxın rəfiqəsi və “sağ əli” Natalya Popovanın əri olmasıdır”.

Oseçkinin dediyinə görə, Putinin özünün və ailə üzvlərinin əsas məqsədi bu ailənin gələcəyi ilə bağlı ABŞ-dən təminat almaqdır və bu funksiya da Dmitriyevə həvalə olunub: “Bu ailə yaxşı başa düşür ki, qarşıda hətta ən yaxın vaxtda belə Putin son mənzilə çata bilər. Bu, bu il də, gələn il də baş verə bilər, əsas bu deyil. Əsas odur Putin vəziyyəti elə həddə çatdırıb ki, onun ailəsinin, yaxın ətrafının gələcəyi sual altına düşüb. Buna görə də onlara təcili olaraq, vəziyyəti dəyişmək lazımdır. İndi onlar üçün ABŞ ilə bağlı “imkan pəncərəsi” yaranıb. Bundan istifadə edərək, öz pullarının, yaxtalarının, villalarının “donunu açmaq”, ən əsası isə təhlükəsizlik təminatı almaq istəyirlər. Əsas məsələ budur. Putinin 70-dən yuxarı yaşı var, sabah hansısa bioloji səbəbdən, stressdən və s. ayılmasa, bundan sonra nə baş verəcək? Putinin yaxın ətrafı və ailəsi FSB-yə etibar edə bilərmi? Tixonova(Putina) FSB və digər xüsusi xidmət orqanlarına Andrey Belousovun(hazırkı Müdafiə naziri) təyinatında olduğu kimi öz adamlarını yerləşdirə biləcəkmi? Əlbəttə ki, yox, edə bilməyəcək. Orada elə bir sistem yaranıb ki, o, “ailədən” çox-çox güclüdür. Ona görə də bunlara özlərinə aid beynəlxalq təminat lazımdır. Bunu onlara kim verəcək? Avropamı, Ukraynamı? Yox… Amma Vaşinqtonla, Trampla, onun yaxın ətrafı ilə bu mümkündür. Onlar belə hesab edirlər”.

Oseçkin iddia edib ki, Putin ailəsinin “dili və qulağı” olan Kirill Dmitriyev öz açıqlamaları və məlum təklifləri ilə(ABŞ neft şirkətlərinin Rusiyaya qayıtması və s.) amerikalıları “satın almağa” çalışır. Çünki ailənin onların dəstəyinə ehtiyacı var: “Ər-Riyad danışıqlarında ikinci sırada oturanlar arasında milyarder, “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev var idi. Buyurun, ailənin “yeni Roman Abramoviçi”.

Oseçkin Trampın və İlon Maskın davranışlarını, onların Putinin ünvanına təriflərini, eləcə də Putindən sitatlar gətirmələrini “Amerika üçün alçaldıcı hal” adlandırıb. Onun dediyinə görə, Ər-Riyadda keçirilən danışıqlar formal, görüntü xarakterlidir və nə ABŞ Dövlət katibi Marko Rubio, nə də Segey Lavrov heç nə həll etmir, razılıq artıq Putinlə Tramp arasında əldə edilib. Bu razılığa əsasən isə Ukrayna ilə bağlı 3 mərhələli plan(atəşkəs, seçki, sülh müqaviləsinin imzalanması) həyata keçirilməli, həmin mərhələlərdən biri seçki keçirilməsi və Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması olmalıdır. Lakin bunun asan olmayacağını deyən Oseçkin ümumilikdə bu yanaşmanın ABŞ və Tramp üçün biabırçılıq olduğunu qeyd edib. Onun dediyi kimi, 25 il Rusiyanı diktatura üsulu ilə idarə edən, ötən ilin fevralında özünün əsas siyasi rəqibi olan Aleksandr Navalnını həbsxanada öldürən, barəsində Beynəlxalq Məhkəmənin həbs qərarı çıxardığı Putinin Ukraynaya və ya hər hansı bir ölkəyə seçki ilə bağlı nəyisə diqtə etməsi, ABŞ-nin isə onunla eyni mövqedən çıxış etməsi utancvericidir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Xankəndi tikiş fabrikində olub
Next: “ABŞ və Rusiya Zelenskini səhnədən çıxarmaq istəyir” – “FSB-nin onu öldürə bilməməsi biabırçılıq hesab olunur”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.