Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 8
  • Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada

Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada

admin 08/03/2025
ilh-erd

 

Bu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü ciddi şəkildə hiss edilir. Əlaqələrin daha da sıxlaşdırılması, strateji müttəfiqlik bağları bölgəmizdə proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.

Azərbaycan-Türkiyə qardaşlığı daha bir möhtəşəm tarixi ana şahidlik etdi. Martın 5-də Ankarada Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Bu mühüm tədbirdə Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Dövlət başçıları bir daha dünyaya iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu, bölgəmizdə və daha geniş coğrafiyada Azərbaycan-Türkiyə tandeminin artıq bir güc mərkəzi halına gəldiyinin siqnallarını verdilər.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Avrasiyanın enerji xəritəsini dəyişdirən layihələr

Prezident İlham Əliyev çıxışı zamanı iki ölkənin birgə reallaşdırdığı meqaenerji layihələrini xatırladaraq, bu addımların Avrasiyanın enerji xəritəsini dəyişdirdiyinə vurğu edib. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycandan Türkiyə ərazisi ilə gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir:

“Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatıb. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”.

İki ölkə arasında nəqliyyat əlaqələrinə toxunan Prezident bildirib ki, bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir:

“Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir”.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə və Azərbaycanın sülhün, sabitliyin, rifahın tərəfində olduğunu deyib:

“Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Azərbaycan-Türkiyə birliyinin təsir gücü

Həqiqətən də bu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük bir coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü, artan nüfuzu ciddi şəkildə hiss edilməkdədir. İki ölkə arasındakı əlaqələrin daha da sıxlaşdırılması, hər bir məsələdə ortaq mövqenin sərgilənməsi, strateji müttəfiqlik bağları bölgəmizdə cərəyan edən proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.

Bu məsələdə Türkiyənin hərbi və siyasi qüdrəti Azərbaycanın enerji resursları, tranzit imkanları ilə birləşərək vahid güc amilini formalaşdırır. Artıq bir çox beynəlxalq mərkəzlər bu güclə hesablaşmaq, onun maraqlarını nəzərə almaq və ən əsası, yerləşdikləri bölgədə istənilən addımı atarkən Bakı və Ankaranın razılığını almalı olduqlarını gözəl bilirlər.

Mühüm siyasi gediş

Naxçıvana Azərbaycan qazının qardaş Türkiyə üzərindən nəqlinin reallaşması isə tək sosial-iqtisadi deyil, həm də mühüm siyasi əhəmiyyətə malikdir. İki dövlət birlikdə qarşılarına çıxa biləcək əngəlləri, yaradılması mümkün süni maneələri məhz bu cür layihələrlə ortadan qaldırırlar. Söhbət təbii ki, tarixi qələbəmizdən sonra İrəvanın məsuliyyətsizliyi səbəbindən hələ də reallaşmayan Zəngəzur dəhlizindən gedir. Yeni qaz xəttinin çəkilişi həm də İrəvana Bakının yeni xəbərdarlığıdır. Öncə İran üzərindən Naxçıvana alternativ yolun inşasına başlanılması, indi isə Türkiyə üzərindən qaz xəttinin çəkilişi Ermənistanın düşdüyü dalandan çıxmaq şanslarını getdikcə sıfıra yaxınlaşdırır. Türkiyə-Azərbaycan birliyinin bölgədə sülh çağırışlarının nəzərə alınmaması Ermənistana çox baha başa gəlir.

Öncə vurğuladığımız kimi, bölgəmizlə bağlı proseslərin axarını məhz bu iki dövlət istiqamətləndirir. Eynilə Naxçıvana yeni qaz xəttinin çəkilişinin reallaşması kimi.

İkili münasibətləri fərqləndirən başlıca cəhət

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini bu dərəcədə güclü edən başlıca amil səmimiyyət və heç bir məqsəd güdmədən qarşılıqlı əməkdaşlıqdır.

Bakı ilə Ankaranın uzun illər hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin əsas problemi olan Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. İlk dəqiqələrdən etibarən Türkiyənin ali rəhbərliyinin haqq işimizə göstərdiyi siyasi və mənəvi dəstək işğal faktının ən qısa müddətdə aradan qalxmasında mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında da Türkiyə amili xüsusi qeyd edilməlidir. Azərbaycan isə istər qardaş ölkənin üzləşdiyi meşə yanğınları, istərsə də minlərlə can alan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin yardımına yetişən ilk ölkə oldu. Kahramanmaraş vilayətində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin maliyyə imkanları hesabına inşa edilən “Azərbaycan” məhəlləsində artıq son tamamlama işləri gedir. Burada zəlzələ nəticəsində hər şeylərini itirmiş minlərlə sakin məskunlaşacaq.

Türk dünyasına böyük töhfə

İndi iki qardaş ölkə qarşısında dayanan başlıca vəzifələrdən biri bu səmimi münasibətlərin bütün türk dünyasını əhatə etməsidir. Bakı və Ankara türk dövlətlərinin ortaq maraqlar, ortaq tarix və qardaşlıq bağları ilə münasibətlərinin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir. Azərbaycan hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, əbədiləşdirmək səylərini əsirgəmir.

PAYLAŞIN:

Continue Reading

Previous: İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik…
Next: Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər – Yeni dövrün fərqli uşaqları

OXŞAR MÖVZULAR

bəə-ilham2

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

admin 28/04/2026
ilham-abştp2

Prezident sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayırıb

admin 28/04/2026
babiş-ilham

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

admin 27/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.