Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 11
  • Ağ Evin İsrail “sevgisi”: Başdan-başa riyakarlıq! – Qətərli nazir o “bombanı” partlatdı…

Ağ Evin İsrail “sevgisi”: Başdan-başa riyakarlıq! – Qətərli nazir o “bombanı” partlatdı…

admin 11/03/2025
abş-ağev

 

Benyamin Netanyahunun ifadələri ilə desək, “Həmas”-ın İsrailə 7 oktyabr hücumu Böyük Orta Doğunu kökündən dəyişən həmlə oldu. Bu hücumdan sonra bütün Qərb İsrailin yanında “Həmas”-a qarşı cəbhə aldı. Qərb məsələni belə qiymətləndirdi: “Həmas” yəhudiləri kütləvi şəkildə qətlə yetirən qətliamçı təşkilatdır, düşməndir, məhv edilməlidir! İsrail tərəfinin iddialarına görə, “Həmas”-ı ən ciddi şəkildə iki dövlət dəstəkləyir – Qətər və Türkiyə. Və bu iddianı beynəlxalq ictimai rəyə yeridə biliblər. 

Lakin Qətər XİN rəhbəri Mühəmməd əl Tani qalmaqallı şoumen Taker Karlsona müsahibədə gündəmə bomba kimi düşən açıqlamalar verib: ˝Bizdən “Həmas”-ı dəstəkləməyi ABŞ rəhbərliyi tələb edib. 2012-ci ildə amerikalı yetkililər bizə gələrək “Həmas”-la əlaqələri gücləndirməyimizi, Dohada “Həmas”-ın ofisini açmamızı istədilər. Biz də tam şəffaf şəkildə Ağ Evin bu istəklərini gerçəkləşdirdik˝.

Təsəvvür edin, ˝demokratiyanın beşiyi˝ və dünyanın bir nömrəli hegemonu olan Birləşmiş Ştatlar bir tərəfdən Qətərdən tələb edir ki, “Həmas”-ı dəstəkləsin, digər tərəfdən də İsrailə bir tonluq aviabombalar verərək ˝Həmas”-ı məhv et˝ deyir və Qəzzanın daşını daş üstündə qoymur. Bu qətliamda itirən “Həmas” deyil, o, sağ-salamatdır və ortalıqdadır. İtirən Qəzzanın zavallı dinc sakinləri və İsrail dövlətidir. ABŞ isə belə qanlı kombinsiyalardan hər zaman qazanıb. Tərəfləri bir-birinə qırdırıb və idarə olunan konfliktlər yaradaraq dünyanın ən zəngin regionunu öz nəzarətində saxlayıb.

Bura qədər aydındır. Amerikasayağı ˝real politik˝-də Ağ Ev dost-düşmən tanımadan hər kəsi öz maraqlarının alətinə çevirib. Sual doğuran başqa məqamdır. Dünyanın ən ağıllı millətlərindən sayılan yəhudilər böyük-böyük xalqları qurbanlığa çevirən belə ˝çoxmərtəbəli oyunbazlıqları˝ anlamaqda çətinlik çəkirlərmi?

Başqa nümunəyə baxaq. Qısa müddət öncə ABŞ Konqresində Ağ Evin Böyük Orta Doğu təmsilçisi Brett Makkörk haqqında araşdırma başlanıb. Makkörk İranın şiə hərbi qruplarının yaradılmasına və gücləndirilməsinə dəstək verməkdə ittiham olunur. İranın bu cür proksi qüvvələri sırasına Livan “Hizbullah”-ı və Yəmən “Husilər”-i də daxildir. Hansısa kənar müşahidəçi deyil, məhz ABŞ-nin öz qanunverici orqanı Ağ Evi İran proksilərini yaratmaqda ittiham edir. Bu vəkalət güclərindən ən çox əziyyət çəkən isə hər zaman İsrail olub. Livan “Hizbullah”ı İsraildəki yəhudilərin həyatını əsil cəhənnəmə çevirib. İsrailin şimalında yaşayan yüz minlərlə yəhudi bu günə qədər də “Hizbullah”-ın raket zərbələri ucbatından ölkənin dərinliklərindəki otel və yataqxanalarda yaşamaq məcburiyyətində qalıblar. ABŞ-nin Qətərın əli ilə gücləndirdiyi “Həmas” və Makkörkün əli ilə gücləndirdiyi “Husilər” də yəhudilərə cəhənnəmi yaşadırlar…

ABŞ-nin bəslədiyi “Hizbullah”-ın, “Həmas”-ın və “Husilər”-in raket-dron zərbələri yəhudiləri səhər-axşam zirzəmilərdə gizlənməyə məcbur edir. Digər tərəfdən, Ağ Ev öz ˝müttəfiqi˝ olan İsrailə də dəstək verir və Makkörkün böyütdüyü İranın nüvə obyektlərini bombalamağı vəd edir. Üstəlik, Trampın da mənsub olduğu amerikan yevangelistləri yəhudi sionistlərinin ˝Vəd olunmuş torpaqlar və Böyük İsrail˝ xülyasına dəstək verərək 5-6 milyonluq yəhudi xalqını 200-300 milyonluq müsəlman toplumu ilə qanlı savaşlara sürükləyir. Yəhudi dövlətinə ideologiya, silah və pul yağdırılır, yəhudilərə düşmən olan İran proksiləri meydana sürülür, Qətərdən də “Həmas”-ı dəstəkləmək tələb olunur. Hamısını da edən Birləşmiş Ştatlardır. Məşhur Hollivud filmində deyildiyi kimi: ˝Bu, düşmənçilik deyil, biznesdir˝. Ağ Ev də heç kimlə ˝düşmənçilik etmir˝, sadəcə körfəz neftini və bu neftin üzərində oturan dövlətləri öz nəzarətində saxlayır.

Bütün deyilənlərlə yanaşı, ortalıqda kənara itələnməsi mümkünsüz olan digər mühüm amil var. Bu, Birləşmiş Ştatlardakı qüdrətli yəhudi lobbisidir. Bu lobbinin ABŞ siyasətinə təsiri olduqca böyükdür. Lakin son aylarda baş verənlər cəmi bir il öncəsinə qədər ayırd edilməsi çətin olan bir həqiqəti çılpaqlığı ilə ortalığa çıxardı: Ağ Ev ABŞ-nin milli maraqlarını yəhudi lobbisinin maraqlarından daha üstün tutur.

Əslində, on illər boyu ABŞ-nin Böyük Orta Doğuda yürütdüyü siyasət İsrailin də Birləşmiş Ştatların maraqlarına xidmət edən alət olduğunu göstərirdi. Amma Ağ Evin ˝Orta Doğudakı ən böyük marağımız İsrailin təhlükəsizliyidir˝ tipli bəyanatları bu həqiqəti ustalıqla pərdələyirdi. Qətərli nazirin Taker Karlsona açıqladığı şok faktlar və ABŞ Konqresindəki B.Makkörklə bağlı araşdırma isə bu üstüörtülü həqiqəti bütün çılpaqlığı ilə ortalığa atdı. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Məcəllə təsdiq olundu: kimlər pulsuz ev alacaqlar?
Next: İranla gizli razılaşma üzə çıxdı – Suriyanı öz aralarında “böldülər”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.