Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 11
  • Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi

admin 11/03/2025
adil-316

 

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi küçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsi uğrunda mübarizə gedir. Bəzi işbazlar ərazini hasara alaraq ticarət məgsədi ilə qanunsuz tikinti işləri aparmağa cəhd edirlər. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti artıq neçə müddətdir ki, sözügedən ərazidə qanunsuz tikinti işləri aparılmasına cəhd edənlər barədə susqunluq nümayiş etdirir, lazımı tədbirlər görmür. Burada Bakı şəhər İcra Hakimiyyətinin də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də hərəkətsizliyi açıq aydın görsənir.

Ərazini hasara alaraq qanunsuz tikinti işləri aparmağa cəhd edənlərə və Suraxanı İcra Hakimiyyətinin başçı Adil Əliyevin adamlarına birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan, ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası Fərziyev Güləli Şahüseyn oğlundan başqa kimsə DUR demir.

Xatırladaq ki, ötən yazımızda Adil Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Adil Əliyev başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Bütün bu özbaşınalığın qarşısında duran Birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn (ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası) oglu redaksiyamıza müraciət edərək bildirir ki, hələ İlham Əliyev ilk dəfə Prezident seçiləndən sonra şəhər gəzintisi zamanı onun göstərişi ilə Nizami rayonunda sökülən obyektimin əvəzinə Yeni Suraxanıda mənə torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsində ailəmin dolanması üçün ticarət məqsədi ilə obyekt tikdirmiş, bu illər ərzində qazandığımın çoxunu obyektin saxlanmasına və inkişaf etməsinə xərcləmişəm. Bir neçə gün əvvəl obyektin damında olarkən 25 nəfərə yaxın kikboksçu gələrək, heç bir səbəb göstərmədən məndən obyektin sökülməsini tələb edib, döydülər, damdan atmaqla hədələdilər. Mən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin qəbuluna getdim. Məni qəbul etmədi. Sonra tədbirlərin birində Heydər Əliyevin heykəlinə gül qoyub qayıdanda Adil Əliyevdən xahiş etdim ki, məni qəbul etsin. İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri Mütəllim müəllimin iştirakı ilə məni qəbul edən Adil Əliyevə məni niyə döydürdüyünü soruşdum. Adil Əliyev məndən obyektin ikinci mərtəbəsini istədi və şikayətlərimi dayandırmasam mənim üçün pis olacağını söylədi.

Müharibə əlili Güləli Fərzəliyevin sözlərinə görə mübahisə yuxarıda qeyd etdiyimiz, Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı şikayətlərim olub. O, bildirdi ki, bu torpaq sahəsində uşaqların və yaşlıların asudə vaxtlarını keçirməsi üçün  kiçik bir park salmaq, 316 saylı orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək olar. Məhz bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Həmin torpaq sahəsi məktəbə gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün mənim tərəfimdən abadlaşdırılmışdır. Bir sahibkar və qazi kimi mən dövlətə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Arzularım və istəklərim puça dönüb. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazidə balalarımızın istirahəti üçün icazə vermirlər, amma ticarət məqsədi ilə tikilən obyektə icazə verirlər. Əvvəlki İcra başçısının vaxtında da tikinti aparmaq istəyirdilər. Çoxsaylı müraciətlərdən sonra tikinti işləri dayandı. Adil Əliyev Suraxanıya İcra başçısı təyin edildikdən sonra işbazlar bu sahəyə yenə ayaq açdılar.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.
Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.
Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə işbazların  qanunsuz tikinti işi aparmasına YOX demir.

 

Aktualinfo.org

Məqaləyə dair foto-video materiallar:

https://aktualinfo.org/wp-content/uploads/2025/03/WhatsApp-Video-2025-03-09-at-15.51.21.mp4
https://aktualinfo.org/wp-content/uploads/2025/03/WhatsApp-Video-2025-03-10-at-18.08.39.mp4
https://aktualinfo.org/wp-content/uploads/2025/03/WhatsApp-Video-2025-03-05-at-13.37.06.mp4

PAYLAŞIN:

Continue Reading

Previous: Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir
Next: Çexiya Azərbaycanın qaz tədarükü layihəsinə qoşulmaqda maraqlıdır – Nazirlik

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.