Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 12
  • ABŞ və Ukrayna razılığa gəldilər – 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı bərpa edilir…

ABŞ və Ukrayna razılığa gəldilər – 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı bərpa edilir…

admin 12/03/2025
cidde-ukr

 

Bu gün – martın 11-də ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində keçirdikləri 9 saatlıq danışıqlarda davamlı sülhü bərpa etmək üçün ilikin razılaşma əldə olunub.

Bu barədə danışıqların yekun bəyanatında deyilir. Bəyanat Ukrayna Prezidentinin saytında yayımlanıb.

Qeyd olunur ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, Amerika yardımının bərpası müqabilində Rusiya ilə 30 günlük atəşkəsə razılaşıb. Zelenski deyib ki, atəşkəs təklifi əvvəllər təklif edildiyi kimi təkcə hava və dənizdə deyil, cəbhə xəttinə də aiddir.

Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı razılaşmanın mümkün qədər tez əldə olunması barədə razılığa gəliblər.

Nümayəndə heyətləri “Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhün” yaradılması üçün danışıqlar qrupları yaratmaq və dərhal məsləhətləşmələrə başlamaq barədə də razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinə başçılıq edən Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak danışıqlardan sonra yazıb: “Birləşmiş Ştatlar Rusiyaya sülhün əldə edilməsinin açar məsələsinin sülhə qarşılıq verilməsi olduğunu çatdıracaq. Rusiya da eyni addımı atsa, Ukrayna 30 günlük atəşkəslə razılaşır. Kiyev ABŞ-nin təklifini qəbul edir”.

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın çox yaxın gələcəkdə atəşkəslə razılaşacağına ümid etdiyini bildirib.

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals görüşdən sonra bildirib ki, Ukrayna nümayəndə heyəti münaqişəyə son qoymaq üçün konkret addımlar və təkliflər təqdim edib. O, həmçinin əlavə edib ki, yaxın günlərdə Rusiyanın nümayəndəsi ilə danışacaq.

Ağ Evin mətbuat katibi Kerolin Levitt də öz növbəsində Amerika və Ukrayna tərəfləri arasında danışıqların müsbət və konstruktiv keçdiyini bildirib.

“Nümayəndə heyətləri həmçinin atəşkəs rejimi çərçivəsində sülh prosesinin bir hissəsi kimi humanitar səylərin, o cümlədən hərbi əsirlərin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və köçkün ukraynalı uşaqların öz vətənlərinə qaytarılmasının vacibliyini müzakirə ediblər”, – Ukrayna tərəfinin bəyanatında deyilir.

Moskva hələ ki, Ciddə görüşünə münasibət bildirməyib. Rusiyanın TASS dövlət xəbər agentliyi danışıqların yekunlaşdığını və çərşənbə günü davam etdirilməsinin gözlənildiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki hesabında bildirib ki, Amerika tərəfi onların arqumentlərini başa düşür, təkliflərini qəbul edir: “Amerika Birləşmiş Ştatları Rusiyanı buna inandırmalıdır. Yəni biz razıyıq və əgər “ruslar” razılaşsa, o dəqiqə sükut qüvvəyə minəcək. Bu gün söhbətin mühüm elementi Amerikanın Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat yardımını bərpa etməyə hazır olmasıdır. Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirmək və ya müharibəni davam etdirmək istəyini nümayiş etdirməlidir. Tam həqiqətin vaxtıdır. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Nəyi səhv edirik: dəm qazı niyə hər gün can alır? – Ekspert
Next: Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.