Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 12
  • Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

admin 12/03/2025
dq-din

 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür.

1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb.

Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə – Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1 177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkənin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.

Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Bununla yanaşı Daxili Qoşunlar “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı 2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqasının final matçı, “Texnofest Azərbaycan” Azərbaycanda keçirilərkən ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.

İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra).

Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ və Ukrayna razılığa gəldilər – 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı bərpa edilir…
Next: “Cənnət yuxusu” filminin premyerası keçirilib

OXŞAR MÖVZULAR

qatar-bak

Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

admin 19/05/2026
umayra-tağ

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva

admin 19/05/2026
aydin_kerimov

Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub

admin 19/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.