Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 18
  • Bakı və İrəvan sülh bağlayırmı? Əsas “maneə” nədir?

Bakı və İrəvan sülh bağlayırmı? Əsas “maneə” nədir?

admin 18/03/2025
markedonov_new (3)

 

Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşıblar.

Bu barədə ermənipərəst rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

“Yeni il bayramı ərəfəsində Prezident İlham Əliyev Bakı və İrəvanın kompromis əldə edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən üçüncü qüvvələrin dövlət sərhədində yerləşdirilməsi ilə bağlı idi. Bu iddiaların hər ikisi erməni tərəfinə ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində AB-nin müşahidə missiyası yerləşdirilib və Azərbaycan tərəfinin (keçmiş) Dağlıq Qarabağdakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddialar olub.

Əliyevin həmin açıqlamalarından təxminən 2,5 ay keçəndən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bəyan etdi ki, Ermənistan mübahisəli məqamlarla bağlı təklifləri qəbul edib.

Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat gəldi. Ermənistan tərəfi kompromisə getməyə hazır olduğunu təsdiqlədi. Baş nazir Nikol Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa bilməyəcəyimiz bəlli olanda biz Təhlükəsizlik Şurası formatında müzakirələr apardıq və sənədin mövcud məzmununun kompromis həll variantı sayıla biləcəyi qənaətinə gəldik.

Uzun müddətdir davam edən bu münaqişə tarixinə nöqtə qoymaq olarmı? Çoxdan gözlənilən sülh əldə olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu?

Bütün bu suallara müsbət cavab vermək istərdim. Ancaq indi də bütün sülh konstruksiyasının sabitliyinə müəyyən şübhələr qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan gələn xəbərlərə kifayət qədər təmkinli reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta onda deyil ki, kompromis razılaşmalar final mətnində təcəssüm etməlidir. “Növbəti mərhələdə Bakının gözləntiləri belədir: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”, – nazir Bayramov bildirib. Amma İrəvanda hələ də başqa cür düşünürlər. Nikol Paşinyanın sözlərinə görə, sülh sazişinin hazırlanması, eləcə də Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının olmaması ilə bağlı qərarı artıq problemi bağlayıb. Gördüyümüz kimi, tam deyil…

Lakin Konstitusiya ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası və “dəhliz” problemi də həll olunmamış qalır. Sülh müqaviləsinin mətnində bu barədə heç nə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir!

Beləliklə, regiona sülhün gəlməsi üçün nəinki söz və sənədlər, həm də əməli hərəkətlər lazımdır!” – Markedonov qeyd edib./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Haber Global”: Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır
Next: Mövqelərimiz yenidən atəşə tutuldu

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.