Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 2
  • “Starlink” Azərbaycanda: Nə dəyişəcək? – “Hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir”

“Starlink” Azərbaycanda: Nə dəyişəcək? – “Hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir”

admin 02/04/2025
mask-starl


Uzun müddət “Starlink” peyk internetinin Azərbaycan bazarına daxil ola bilməməsi, tənzimləyici qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada DTX-dan icazə məsələləri müzakirə predmeti olmuşdu. Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq bir provayderin internet bazarına girişinə icazə verib. Bu, nəyi dəyişəcək?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, çox şeyi dəyişəcək. Onun sözlərinə görə, “Starlink” sadəcə yeni bir internet provayderi deyil. “Bu, Azərbaycan internetinin daha da müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir”.

Ekspert xatırladır ki, bəzən, siyasi müxaliflər, ictimai fəallar, siyasi jurnalistlər internet bağlantısı imkanlarının olmaması, onun məhdudlaşdırılması və izlənilmə ilə bağlı açıqlamalar verirdilər: ““Starlink” peyk interneti isə, baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur. Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, “Starlink”-lə də sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb. Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir.

Bununla da ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar”.

O.Gündüz bildirir ki, eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək. “İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri, kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan verəcək”, – o vurğulayıb.

AİF prezidenti Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olduğunu xatırladır: “Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu. Yəni “Starlink” ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur. Biz 16 noyabr 2015-ci il ildə “Delta Telecom”-da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük. Daha müstəqil 4-cü magistralın, “Starlink”-in ölkəmizdə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır. Düşünürərm ki, “Starlink”-in bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək”.

O.Gündüz onu da qeyd edir ki, RİNN-in ölkə üzrə internet problemini həll edəndən sonra “Starlink”-i Azərbaycan bazarına buraxması da diqqəti cəlb edir: “Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırırlar, keyfiyyətə və yeni xidmətlərə, 5G-yə etinasız yanaşırlar. Bəzən, müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar. Güman ki, “Starlink” belə halların qarşısnın alınmasında da ciddi rol oynayacaq”.

Osman Gündüz sonda vurğulayıb ki, qlobal bir operatorun, gec də olsa, Azərbaycan bazarına daxil olması ciddi hadisədir. Onun sözlərinə görə, bu, ölkədə innovasiyaların, transformasiyanın inkişafına xeyli müsbət təsir göstərəcək. Ekspert xatırladır ki, nazir Rəşad Nəbiyev bir neçə dəfə “Starlink” rəsmiləri ilə görüşüb. “Hökumətin, RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir”, – AİF prezidenti fikrini yekunlaşdırıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bakının bu qəsəbəsində kabus yaşanır: Rəsmi qurumların xəbəri var? – VİDEO
Next: İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.