Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 2
  • Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var

Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var

admin 02/04/2025
tovuz-rn

 

Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2024-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırma apardıq. Dövlət satınalmalarının vahid internet portalında 03.11.2023- ci ildə qurumun satınalma komissiyası tərəfindən 2024-cü il üzrə satınalma planlarına daxil edilmiş zəruri malların və xidmətlərin siyahısı açıqlanıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, nümayəndəlik satınalma planlarında 8 kotirovka sorğusu və 1 açıq tenderin keçirilməsini nəzərdə tutub.

Amma Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi satınalmaların internet portalında 2024-cü ildə cəmi 5 satınalma prosedurunun nəticələri barədə məlumat açıqlayıb.

Tovuz şəhərinin işıqlandırılması işləri üzrə “GÜNAY-88” MMC ilə 93.900  manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır. Qeyd edək ki, Tovuz şəhər nümayəndəliyi şəhərinin işıqlandırılması işləri üzrə satınalmaların portalına 2 fərqli məlumat yerləşdirib. Müsabiqənin nömrəsi 88746 olan satınalma üzrə 10.09.2024-cü ildə açıqlanan məlumatda MMC-nin 93.900 manatla qalib gəldiyi bildirilir. Qurumun Satınalma Komissyası tərəfindən 03.05.2024-cü il tarixdə elan edilmiş “Tovuz şəhərinin işıqlandırılması işləri (Müsabiqə İN: 83420)” üzrə kotirovka sorğusu nəticəsində ən aşağı qiymət (ədv daxil 93.560,87 AZN) təklifi vermiş “GUNAY 88” MMC qalib elan olunub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜNAY-88” (VÖEN- 7303219061)  Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 13.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  TOVUZ RAYONU, QOVLAR ŞƏHƏRİ, VAĞZAL, ev 26, m. 0, qanuni təmsilçisinin isə Əliyev Rasim Əhməd  oğlu olduğu göstərilir. MMC-nin təsisçi və ilk qanui təmsilçisi Əliyeva Mehriban Səlim qızı olub.

Tam elektrikli 3 təkərli mopedin alışı üzrə “MAFH” MMC ilə 5.770,2  manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Sanitar təmizlik sahəsinin maddi-texniki baza ilə təmini üzrə fiziki şəxs Natiq Rəşid oğlu Məhərrəmov ilə 49.220,16   manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Zibil daşıyan maşının (xüsusi təyinatlı texnika) alınması üzrə keçirilmiş açıq tendrin 04.12.2024-cü il tarixdə yekunlaşması və 175.000 manat təkliflə “AZƏRMAŞ PARK”  MMC-nin qalib olduğu açıqlanıb.

Tovuz şəhərinin yaşlıllaşdırılması işləri üzrə keçirilmiş kotirovka sorğusunun 16.09.2024 -cü il tarixdə yekunlaşması və 38.713,2 manat təkliflə “QULUOĞLU M-TİKİNTİ”  MMC- nin qalib olduğu açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “QULUOĞLU M-TİKİNTİ”   (VÖEN- 7300507121)  Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 24.02.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  TOVUZ RAYONU, DÜZ CIRDAXAN, qanuni təmsilçisinin isə Əmiraslanov Tofiq Yusif oğlu olduğu göstərilir. O, həm də Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daha əvvəllər ümumi dəyəri 130 min manata yaxın iki satınalma müqaviləsi bağladığı “İnşaatçı-57” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2024-cü ildə müqavilə bağladığı şirkətlərlə daha əvvəllər də işbirliyində olub. Nümayəndəlik  “QULUOĞLU M-TİKİNTİ” MMC ilə 2022-23-cü illərdə ümumi dəyəri 66200 manat olan 3, “GÜNAY-88” MMC ilə 2022-ci ildə 46.302,45 bir satınalma müqavilələri bağlayıb. Bu şirkətlər həm də tez-tez Tovuz rayonun digər idarə və müəssisələrin keçirdiyi satınalmaların qalibi olurlar. Bu isə onu göstərir ki, MMC-lər rayondakı vəzifəli şəxslərin birinə məxsusdur. Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “AQROKİMYA”  MMC -nin sahibidir.  Bu MMC son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur. O, bu vəzifədə uzun müddətdir çalışır. Yaşar İbrahimov rayonda bu vəzifəni tutmaqla yanaşı 2006-07-ci illərdə və 2012-2019 cu ilərdə Tovuzun “Turan” futbol klubunun prezidenti olub. Məlum məsələdir ki, hər hansı bir futbol klubunu saxlamağa böyük vəsaitlər lazım olur. “QULUOĞLU M-TİKİNTİ”, “GÜNAY-88” və Tovuzda tenderlər udan bir neçə şirkətlərin Yaşar İbrahimovla bağlılığı ola bilərmi?

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Next: “Yaxın aylarda atəşkəs gözlənilmir” – “Ağ Ev Kremlə qarşı yeni strategiya hazırlayır”

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.