Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 2
  • “Yaxın aylarda atəşkəs gözlənilmir” – “Ağ Ev Kremlə qarşı yeni strategiya hazırlayır”

“Yaxın aylarda atəşkəs gözlənilmir” – “Ağ Ev Kremlə qarşı yeni strategiya hazırlayır”

admin 02/04/2025
zel-tr-put

 

Donald Tramp və onun administrasiyası Ukraynadakı müharibəni Kiyevə qarşı amansız təzyiqlərlə, Rusiyanın isə “nazı ilə oynamaqla” dayandıra bilməyəcəyini anlamağa başlayır. Vladimir Putin və ətrafının ABŞ-nin atəşkəs təklifini qulaqardına vurduğu, vaxt uzatmağa çalışdığı açıq görünür və bunu artıq Tramp özü də dilə gətirməyə başlayır.

“Reuters”-in Trampın çevrəsindəki iki yüksək rütbəli məmura istinadla yaydığı məlumata görə, ABŞ administrasiyası artıq yaxın aylarda Ukraynada atəşkəsin əldə olunacağına inanmır.

Agentlik öz mənbələrindən öyrənib ki, son günlər Tramp administrasiyasının yüksək rütbəli üzvləri ABŞ-nin çətin ki, tezliklə Ukraynada sülh razılaşmasına nail ola biləcəyini düşünür. Bu səbəbdən onlar Kiyev və Moskvaya təzyiq göstərmək üçün yeni strategiyalar hazırlayırlar.

Nəşr qeyd edir ki, ikinci prezidentlik müddətinin əvvəlində Tramp və müşavirləri aprel və ya may aylarına qədər Ukraynada tam atəşkəsə və sonrakı aylarda davamlı sülhə nail olmaq niyyətində idilər. Lakin ABŞ rəsmilərinin fikrincə, bu məqsədlərdən heç biri hələ ki, reallaşa bilməz. Bu da öz növbəsində müharibənin uzun sürməsi riskini və Ukraynanın hərbi əməliyyatları üçün Qərbin əlavə dəstəyinə ehtiyacı artırır.

Rəsmilərin dediyinə görə, razılaşma o qədər də real görünmür və bu, üç illik müharibənin uzanacağı, Ukraynanın daha çox Qərb dəstəyinə ehtiyacının yaranacağı ehtimalını çoxaldır: “Yüksək rütbəli ABŞ rəsmiləri həftələrdir ki, Kiyevin danışıqları necə aparmasından, Vaşinqtonla faydalı qazıntılar üzrə razılaşmaya və sülh danışıqlarının irəliləməsinə müqavimət göstərməsindən şikayət edirdilər. Lakin son günlər rəsmilər daha çox Moskvanın davranışlarından məyus olurlar”.

Nəşr əlavə edir ki, həftəsonu keçirilmiş bir sıra danışıqlardan sonra Ağ Ev və Dövlət Departamentinin rəsmiləri etiraf ediblər ki, Vladimir Putin Vaşinqtonun uzunmüddətli sülh razılaşması əldə etmək səylərinə fəal şəkildə qarşı çıxır. Ona görə də onlar Rusiyanı razılaşmaya sövq etmək üçün iqtisadi və diplomatik təzyiqləri müzakirə edirlər: “Tramp həftələrdir deyirdi ki, Rusiya hökmdarına güvənir və onun sülhə sadiq olduğuna inanır. Lakin son günlər Ağ Ev Putinin niyyətlərindən ehtiyatlanmağa başlayıb. Baxmayaraq ki, hətta Tramp hələ də Putinin sülh istədiyinə inandığını nümayiş etdirməkdə davam edir. Tramp administrasiyasının Moskvaya təzyiq etmək üçün konkret hansı planları ola biləcəyi bəlli deyil, lakin yüksək rütbəli ABŞ rəsmilərindən biri Ağ Evin Rusiyaya tətbiq edə biləcəyi əlavə tariflər və sanksiyaları nəzərdən keçirdiyini bildirib”.

Nəşr onu da qeyd edir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov çərşənbə axşamı dərc olunmuş müsahibəsində deyib ki, Moskva ABŞ-nin müharibəni indiki formada bitirmək təkliflərini qəbul edə bilməz, çünki onlar “Kremlin müharibənin başlamasına səbəb olan məsələləri” həll etmirlər. Yəni, Moskva əvvəlki tələblərində qalır və Ukraynanın suveren dövlət kimi mövcudluğuna son qoyulmasında israrlıdır. Bu isə təbii olaraq, atəşkəs danışıqlarını və sülh perspektivini dalana dirəyir.

Xatırladaq ki, bundan öncə Tramp Vladimir Putinin Ukraynada atəşkəs sazişi bağlamaq istədiyinə inandığını desə də, əlavə edib ki, Rusiyaya bununla razılaşmaq üçün “psixoloji müddət” qoyub. Bazar günü isə Tramp “NBC News” telekanalına deyib ki, o, Ukraynada BMT-nin nəzarəti altında müvəqqəti idarəçiliyin tətbiq olunmasını təklif etdiyinə görə Putinə qarşı “çox qəzəbli”dir. O, həmçinin danışıqlar masasına oturub Ukraynada döyüşləri dayandırmasa, Rusiya neftinə və ondan neft alanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Həmçinin, Tramp bu həftə Putinlə Ukrayna məsələsini yenidən müzakirə edəcəklərini açıqlayıb.

Bu arada Finlandiya Prezidenti Aleksander Stubb Floridada Trampla görüşdən sonra Rusiyaya qarşı yeni tədbirlər görülməzdən əvvəl hərbi əməliyyatların dayandırılmasına razılıq verməsi üçün Moskvaya aprelin 20-nə kimi vaxt verməyi təklif edib. Lakin hadisələrin gedişi onu göstərir ki, real atəşkəsə nəinki aprelin 20-nə qədər, ümumiyətlə, yaxın aylarda nail olunması ehtimalı və ümidləri getdikcə daha sürətlə tükənməyə başlayır… /azpolitika.info 

PAYLAŞIN:

Continue Reading

Previous: Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var
Next: 2600 manat müavinət kimlərə verilir və necə əldə etmək olar?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.