Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 11
  • Böyük orta doğunun yeni patronu… – Ağ Evin Türkiyə və Ərdoğan sevgisinin pərdəarxası

Böyük orta doğunun yeni patronu… – Ağ Evin Türkiyə və Ərdoğan sevgisinin pərdəarxası

admin 11/04/2025
230529-erdogan-mb-0745-380edf

 

Birləşmiş Ştatların Böyük Orta Doğuda və Afrikada əsas tərəfdaş olaraq Türkiyəni seçdiyi barədə məlumatlar beynəlxalq mətbuatda mütamədi olaraq yayılır.

Son günlərdə belə məlumatları rəsmən təsdiqləyən iki mühüm hadisə baş verib. Bunlardan birincisi ABŞ-nin Türkiyəyə göndərəcəyi yeni səfir Tom Barakın Senat dinləmələrində səsləndirdiyi fikirlərdir.

O deyib: ˝Birləşmiş Ştatların Orta Doğudakı basqı siyasətində, o cümlədən İrana qarşı siyasətində ən önəmli tərəfdaşı Türkiyədir. Afrika qitəsində də Çinə qarşı mücadilədə ABŞ-nin əsas müttəfiqi Türkiyədir˝.

ABŞ-də belə ənənə var. Hər hansı ölkəyə səfir göndərilən diplomat Senatdakı dinləmədə Ağ Evin həmin ölkə ilə bağlı siyasətinin əsas prioritetlərini elan edir.

İkinci mühüm hadisə isə Benyamin Netanyahunun Ağ Evdə Donald Trampla görüşü zamanı dünya gündəminə bomba kimi düşən bəyanatlar oldu. Netanyahu Trampdan Suriyada Türkiyəyə qarşı yardım istədi. Tramp isə ˝Türkiyə iki min ildir heç kimin ala bilmədiyi Suriyanı aldı˝ dedi. Üstəlik, Oval ofisdə İsrail Baş nazirinə ˝Türkiyəyə qarşı ağıllı ol˝ təpkisini verdi.

Gözlərimizin önündə yeni dünyanın yeni tarixi yazılır. Son dövrlərə qədər ABŞ-nin Böyük Orta Doğu siyasətinin kilid nöqtəsi İsrail olub. Trampın prezident seçilməsindən sonra gözlənilirdi ki, Birləşmiş Ştatlar İsraili indiyə qədər görünməmiş ən yüksək səviyyədə dəstəkləyəcək. Lakin hesablar tərs təpdi. Öncə Tramp araşdırmaçı Jefri Saksın ˝Netanyahu O uşaqdır, Birləşmiş Ştatları Orta Doğudakı gərəksiz müharibələrə sürüklədi˝ çıxışını öz sosial media hesabından paylaşdı.

Bu paylaşım artıq ABŞ-nin İsrailin istəkləri ilə har hansı müharibəyə girməyəcəyinin siqnalı idi. İndi də Trampın Oval ofisdə Netanyahuya vediyi sərt təpki. Bu təpkini diplomatik dildən adi dilə çevirdikdə ˝Amerikanın regiondakı əsas müttəfiqi Türkiyədir˝ anlamını verir.

Sual yaranır. Nə üçün Tramp administrasiyası ABŞ-nin vazkeçilməz və ən böyük müttəfiqi olan İsraili bir kənara itələyir, ˝Orta Doğuda və Afrikada əsas müttəfiqimiz Türkiyədir˝ deyir? Sualın cavabını hansı ölkənin hansı gücə sahib olmasında axtarmaq lazımdır.

ABŞ-nin və Avropanın əsas dövlətlərinin hərtərəfli dəstəyinə baxmayaraq, İsrail nə Qəzzada “Hamas”, nə Livanda “Hizbullah”-a qarşı, nə də Suriyada yeni hakimiyyət güclərinə qarşı əllə tutulacaq qələbə qazana bilmədi.

Türkiyə isə tam tərsinə, əlini qatdığı hər geopolitik qarşıdurmadan qəti qələbə ilə çıxır. Bu qələbələrin bəzilərini sıralayaq:

Ən sonuncusu Suriya qələbəsidir. Trampın da dediyi kimi, Türkiyə Suriyanın tamamını ələ keçirdi. Rəsmi Ankara görünməmiş ustalıqla çox böyük oyun quraraq, başda ABŞ olmaqla, bütövlükdə Qərb, Rusiya, İran, İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı kimi böyük güclərin at oynatdıqları Suriya sahəsini bütün bu güclərdən təmizlədi və təkbaşına onu ələ keçirdi. On dörd ildə vurulan düyün iki həftədə çözüldü.

Liviya qələbəsi. Xəlifə Haftarın paytaxt Trablusa girdiyi günləri yada salaq. Haftarın arxasında da Rusiya, İsrail, BƏƏ, Misir və Qərb dövlətləri dayanırdılar. Türkiyə təkbaşına bu böyük koalisiyaya qarşı dirəndi və onu Benqaziyə qədər qovdu, xilas etdiyi rəsmi Liviya hakimiyyəti ilə həyati əhəmiyyət daşıyan dəniz anlaşmasını imzaladı. Bu gün Liviyanın həm quru ərazilərindəki, həm də dəniz iqtisadi sahəsindəki neft-qaz hasilatı məsələsi Türkiyənin nəzarətindədir.

Qətər qələbəsi. Misir və körfəzin ərəb monarxiyaları Qətəri blokadaya salaraq çevriliş etməyə çalışdılar. Məhz Türkiyə Qətər əmirliyini və hakimiyyətini qorudu. Bu gün Qətər kimi çox əhəmiyyətli ölkə Türkiyənin ərəb dünyasındakı ən sadiq strateji tərəfdaşıdır.

Qarabağ qələbəsi. Rusiya, ABŞ, Fransa, İran və digər Qərb dövlətləri neytrallaşdırıldı, Azərbaycan-Türkiyə birliyi otuz illik problemi 44 günə həll etdi.

Bu sraya Türk coğrafiyasında, Balkanlarda, İraqda, Somalidə, Sudanda və digər sahələrdə qazanılan əhəmiyyətli uğurları da daxil etmək olar. Türkiyə əsaslı geopolitik gedişlər və möhtəşəm silah sənayesi ilə supergüc olma istiqamətində irəliləyir. Və bunu sanballı düşüncə quruluşları, ən böyük media qurumları yazır.

Bilindiyi kimi, ingilislərin əbədi dostları yox, əbədi maraqları olur. İngilis marağı da hər zaman ˝ölünün yox, dirinin yanındadır˝. Qərbi Avropa adlı geopolitik oyunçu bu gün səhnədə yoxdur. ABŞ isə zəifləyir, hökmünü əvvəlki kimi hər yerdə yeridə bilmir. Məhz bu səbəbdən Ağ Ev zəif İsrailin deyil, güclü Türkiyənin yanında olacaq. Və məhz bu səbəbdən Ağ Ev Orta Doğudakı və Afrikadakı maraqlarını Türkiyə ilə bölüşmək zorunda qalacaq. Başqa sözlə, zəfləyən Qərbin də könülsüz xeyir-duası ilə Türkiyə Cümhuriyyəti Böyük Orta Doğunun yeni patronu olur. 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşdü
Next: “Bu silah işə düşərsə, hər 2 tərəf zərəli çıxacaq” – ABŞ-nin “canı” Yaponiya və Çini əlindədir

OXŞAR MÖVZULAR

isr-abş-iir

İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır

admin 13/05/2026
trp-iir2

Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur

admin 12/05/2026
bolton-tr

Trampın İrana hücumu buna görə nəticəsiz oldu – Bolton

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.