Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 21
  • Deputat Şahin Seyidzadənin gizli əməlləri üzə çıxdı – ŞOK KORRUPSİYA

Deputat Şahin Seyidzadənin gizli əməlləri üzə çıxdı – ŞOK KORRUPSİYA

admin 21/04/2025
şahin-deptat

 

Auditin aparıldığı dövrdə quruma rəhbərlik edən Şahin Seyidzadə ötən il keçirilən parlament seçkilərində deputat seçilib

Hesablama Palatası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda yoxlama (kənar dövlət maliyyə nəzarəti) aparıb.

Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib.

Audit zamanı milyonlarla manarlıq pozuntu aşkarlanıb. Qeyd edək ki, auditin aparıldığı dövrdə quruma Şahin Seyidzadə rəhbərlik edib. O, 2022-2024-cü illədə qurumun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ötən il keçirilən parlament seçkilərində isə deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir.

Audit nəticəsində aşağıdakı faktlar aşkarlanıb:

– 2022-2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Mənzil və kommunal təsərrüfatı” və “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” funksional bölmələri üzrə dövlət sifarişləri xərclərinin maliyyələşdirilməsinə görə tələbat hazırlanarkən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2.2-ci bəndinin tələbləri gözlənilməmiş, bölmələr üzrə müvafiq olaraq 1735336 manat və 863661 manat məbləğində vəsait artıq proqnozlaşdırılaraq təqdim edilib, bununla yanaşı, İdarənin hesablaşma hesabında təsərrüfat gəlirləri üzrə 2 il üzrə müvafiq olaraq 320551,24 və 1405448,02 manat qalıq vəsaitlər də büdcə vəsaitinə təlabatın hesablanmasında nəzərə alınmayıb.

– İdarə tərəfindən “Yaşanıla bilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda keçirilmiş beynəlxalq konfrans çərçivəsində xarici qonaqlar üçün aviabiletlərin alınması xərcləri üzrə 33012,4 manat, mehmanxana xərcləri üzrə 16138,0 manat satınalma proseduru keçirilmədən xərc edilib. Eyni zamanda, İdarənin Elmi Mədəni Mərkəzi tərəfindən 2022-ci ildə “Dövlət satınalmaları haqqında” Qanunun 1-ci maddəsinin tələblərinə əməl edilmədən “Nəqliyyat vasitələrinin cari təmiri” xərc maddəsindən 14000,0 manat, “İcarə və muzdlu xidmətlər” xərc maddəsindən 6440,0 manat turekskursiya xidmətinə görə təchizatçıya ödənilib.

– “Multani” və “Buxara” karvansaraylarının təmir-bərpa işlərinə görə ayrılmış vəsaitlər üzrə bir mənbədən satınalma metodundan istifadəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məktubunda vergilər daxil 14968961,72 manat məbləğində müqavilənin bağlanmasına razılıq verilsə də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əməl edilmədən qeyri-rezidentlə bağlanmış müqavilələrin dəyəri AVRO-nun müqavilə tarixinə olan məzənnəsinə görə 20292853,8 manat təşkil edib. Müqavilə üzrə ümumilikdə 19950722,02 manat, auditlə əhatə olunan dövrdə isə 13498515,9 manat məbləğində vəsait xərc edilib.

– İdarənin Muzey Mərkəzi tərəfindən təlim dərslərinin həyata keçirilməsi məqsədilə bağlanılmış müqavilə üzrə vəsaitin icraçıya tam ödəniməsinə baxmayaraq müqavilə öhdəliyi üzrə işlər (xidmətlər) sifarişçiyə təhvil verilməyib, müqavilələrin gecikmə ilə yerinə yetirilməsinə görə isə cərimələr tətbiq edilməyib.

– 2022-2023-cü illərdə mənzil fondu üzrə cəmi hesablanmış gəlirlər 23990,4 manat olduğu halda, idarənin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən hüquqi aktların tələblərinə əməl edilmədən cəmi 2 il üzrə 16011,4 manat məbləğində gəlirlərin az hesablandığı müəyyən olunub. Eyni zamanda Mənzil-kommunal və Təmir Xidmətinin əsas gəlir mənbəyi olan bağlanmış xidmət müqavilələri üzrə müvafiq dövr üzrə 48200,7 manat daxilolmalar üzrə debitor borcun xidmətin hesabına ödənilməsi üçün tədbirlər görülməyib.

– İdarənin Aparatının və strukturuna daxil olan qurumlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında İdarə Heyətinin qərarında ştatdankənar işçilər üzrə təsdiq edilmiş ştat cədvəlində “ştatdankənar təhlil üzrə ekspert” və “İdarə Heyəti sədrinin ştatdankənar innovasiyalar üzrə müşaviri” vəzifəsi olmadığı halda, 2023-cü ildə bu vəzifələrə işçilər götürülüb və vəsait ödənilməyib. Modern.az-ın məlumatına görə, idarənin İdarə Heyətinin qərarı əsasında Elmi Mədəni Mərkəzin təsdiq edilmiş ştat cədvəli Azərbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30.08.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilə müəyyən edilmiş nomeklaturaya uyğun tərtib ediməyib. Belə ki, ştat cədvəlində direktorun ticarət və elmi işlər üzrə iki müşavir vəzifəsi təsis edilmiş və audit dövründə bu vəzifələrin əməkhaqqı və əməkhaqqının ödənişi ilə bağlı digər xərclər edilib. Xidməti ərazidə cəmi 1,5 ha yaşıllıq sahəsi olduğu halda yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin “Müvəqqəti Normaları”nın və “Vahid Tarif Cədvəli”nin tələbinə əməl edilməyib, 2 ştat vahidi əvəzinə yaşıllıq sahəsinə qulluqla bağlı 14 ştat vahidi ştatdankənar işçilər saxlanılıb.

– İdarənin tabeliyindəki bir sıra təşkilatlarda ştat üzrə bir sıra vəzifələrin ödəniş dərəcələri müvafiq sahəni tənzimləyən “Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilə nəzərdə tutulan əməkhaqqı ödəniş dərəcəsindən yuxarı təyin edilib. 2022-2023-cü illər ərzində ayrı-ayrı vaxtlarda əmək məzuniyyəti əmrlərinin və təqdim olunmuş xəstəlik vərəqələrinin mühasibatlıqda düzgün nəzərə alınmaması səbəbindən iş günü olmayan işçilərə əməkhaqqı artıq olaraq köçürülüb.

– İdarə tərəfindən tikinti obyektləri üzrə təsdiqlənmiş smeta sənədlərində “Nəzərdə tutulmayan xərclər”in müqavilə dəyərinin 3%-i həcmində nəzərdə tutulduğu halda, podratçı şirkət ilə bağlanmış müqaviləyə 1 saylı əlavədə həmin xərclərin 5,6% nəzərdə tutulması səbəbindən 18426,2 manat məbləğində vəsait artıq ödənilib.

– Audit çərçivəsində alışı rəsmiləşdirilmiş müxtəlif mal-material qalığına faktiki baxış keçirilən zaman bəzi çatışmazlıqlar müəyyən olunub.

– 31.12.2022-ci il tarixinə hazırlanmış “Maliyyə vəziyyəti haqqında hesabat”da “Qeyrimaddi aktivlər” bölməsində 1417874,0 manat dəyərində vəsaitin uçotu düzgün göstərilməyib, 54 ədəd müxtəlif növdə ümumi dəyəri 44246,4 manat məbləğində lisenziyalar uçota alınmayıb. /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Bu həftə Ukraynada müharibə bitə bilər – Plan açıqlanır…
Next: Mənzil bazarı: qiymət şişirdilər, alıcı hüququ tapdanır – Video

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.