Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 21
  • İsrail dəhşətli qətliamı etiraf etdi, komandiri qovdu – Foto

İsrail dəhşətli qətliamı etiraf etdi, komandiri qovdu – Foto

admin 21/04/2025
israil-ordu

 

İsrail əsgərləri martın 23-də təcili yardım, yanğınsöndürmə maşınına və BMT-nin avtomobilinə atəş açarkən “peşəkar səhvlər” ediblər və protokolu pozublar.

Bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu səbəbdən İsrail Müdafiə Qüvvələri Qolani Briqadasının kəşfiyyat bölməsinin komandir müavini işdən azad edilib. Onun işdən uzaqlaşdırılmasının digər səbəbi istintaq zamanı qeyri-dəqiq məlumat verməsidir.

Hadisə isə belə baş verib: martın 23-nə keçən gecə ÇAXAL-ın Qəzza bölməsi Rəfahın Tel-Sultan məhəlləsini mühasirəyə almaq üçün əməliyyata başlayıb. 14-cü Zirehli Briqadanın tabeliyində fəaliyyət göstərən Qolani Briqadasının kəşfiyyat bölməsinin qoşunları gecə saat 02:30 radələrində Tel-Sultandan çıxan yolda pusqu qurublar. Gecə 04 radələrində təcili yardım maşınını “HƏMAS polis maşını” hesab edərək, atəş açıblar. Maşında olan 3 nəfərdən ikisi ölüb.

Təxminən bir saat sonra daha bir neçə təcili yardım və yanğınsöndürmə maşını yaxınlaşıb və onlar maşınları saxlayaraq, atəşə tutulan təcili yardımdakı həmkarlarına yardım etməyə tələsiblər. Pusquda duranlar 20 metrlikdə olmalarına baxmayaraq, briqada komandirinin müavini yanğınsöndürmə maşınını yük maşını “zənn edib” və atəş əmri verib. Nəticədə iki nəfər istisna olmaqla, xilasedicilərin hamısını öldürüblər.

05:18-də əraziyə yaxınlaşan BMT maşınını isə tanıdıqları halda yenə də atəş əmri verilib. Nəticədə BMT əməkdaşı da öldürülüb. Əsgərlər bildiriblər ki, guya onu çəkindirmək və hadisə yerindən uzaqlaşdırmaq üçün atəş açıblar.

Daha sonra 15 meyiti “itlərin yeməməsi üçün” yol qırağında qumluğa basdırıblar, maşınlar isə ordunun zirehli texnikası vasitəsilə yoldan kənarlaşdırılıb.

ÇAXAL xilasedicilərin qətlini səhv, BMT maşınının atəşə tutulması və əməkdaşının öldürülməsini isə “protokola zidd davranış” adlandıraraq, “təəssüfünü” bildirib. Buna baxmayaraq, “müharibə etik qaydalarının” pozulmadığını iddia edib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq Qəzzaya hücuma başladığı 18 ay ərzində ən azı 1060 tibb işçisi həlak olub.

Fələstin Qızıl Ayparası hərbi araşdırmanın nəticələrini rədd edərək, onu “yalanlarla dolu” adlandırıb və məsuliyyətin sərha komandirinin üzərinə atılmasının oyun olduğunu bildirib./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Sağ və sol qollarda fərqli təzyiq nə deməkdir?
Next: Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

OXŞAR MÖVZULAR

paşn-rus

Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir?

admin 19/05/2026
çin-pt

“O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib?

admin 19/05/2026
kalon-rus

Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar

admin 19/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.