Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 24
  • Avropanın Ukrayna üzrə danışıqlarda əsas “qırmızı xətlər”i açıqlandı – FT

Avropanın Ukrayna üzrə danışıqlarda əsas “qırmızı xətlər”i açıqlandı – FT

admin 24/04/2025
put-krım
Donald Trampın administrasiyası Kiyevə sülh razılaşması planı təqdim edib. Bu plan Moskva üçün olduqca əlverişli şərtləri əhatə edir və beynəlxalq hüququ pozaraq ABŞ-ın Krım üzərində Rusiya suverenliyini tanımasını nəzərdə tutur.
Bununla belə, “Financial Times”ın yazdığına görə, Avropa rəsmiləri bildiriblər ki, Avropa paytaxtları ABŞ-ın Krımı Rusiyanın bir hissəsi kimi tanımasını və ya Kiyevə bu yöndə təzyiq göstərməsini dəstəkləməyəcək. Onlar Ukraynanın suverenliyinə zidd olan heç bir addım atmayacaqlarını vurğulayıblar.
“Krım və Ukraynanın gələcəkdə NATO-ya üzvlük arzusu bizim üçün qırmızı xətlərdir, – deyə Aİ-nin yüksək rütbəli ikinci diplomatı bildirib. –  Biz bu prinsiplərdən imtina edə bilmərik”.
Avropa diplomatları qeyd ediblər ki, ABŞ bu məsələdə birtərəfli hərəkət etsə, bu, Rusiyanın təcavüzünə verilmiş mükafat kimi qiymətləndiriləcək və Moskvanı Gürcüstan, Moldova və Baltikyanı ölkələr kimi digər keçmiş sovet respublikalarına qarşı iddialarını davam etdirməyə təşviq edəcək. Baltikyanı ölkələr həm NATO, həm də Aİ üzvüdür.
Avropalı rəsmilərdən birinin sözlərinə görə, Tramp administrasiyasına artıq bildirilib ki, Avropa paytaxtları üçün Krımı Rusiyanın ərazisi kimi tanımaq “qeyri-mümkündür”. Həmçinin NATO-nun aparıcı Avropa ölkələrinin Vaşinqtonu bu yöndə birtərəfli addım atmaqdan çəkindirməli olduğu qeyd olunub.
Eyni zamanda, “Financial Times” yazır ki, Aİ daxilində mövcud fikir ayrılıqları dərinləşə bilər. Xüsusilə də ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlsə, bu, blok daxilində bu məsələyə münasibətdə ciddi gərginlik yaradacaq.
“Vəziyyət yaxşı görünmür. ABŞ-ın Krımı Rusiyaya aid etmək istiqamətində atacağı hər hansı addım və ya Avropa paytaxtlarından Moskva əleyhinə sanksiyaların yumşaldılmasını tələb etməsi Aİ-nin birliyini sıradan çıxara bilər… Bu, çox çirkli görünür”, – deyə avropalı rəsmilərdən biri bildirib.
Xatırladaq ki, ABŞ Ukraynada müharibənin dayandırılması üçün “sülh planı” təklif edib. Bu plan Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci il işğalından sonra Rusiyanın nəzarətində olan demək olar ki, bütün ərazilərin qeyri-rəsmi olaraq Rusiyaya məxsus kimi qəbul edilməsini nəzərdə tutur.
Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Ukrayna Krımın Rusiya tərəfindən hüquqi işğalını heç vaxt tanımayacaq.
“Burada danışılacaq heç nə yoxdur. Bu, bizim Konstitusiyamızdan kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının torpağıdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, dünən Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropanın Ukraynada müharibənin dayandırılması üçün ABŞ-a təqdim etdikləri “qırmızı xətt”in nədən ibarət ola biləcəyi haqda danışarkən bunları deyib.
“Avropa tərəfinin “qırmızı xətt” deyəndə ilk növbədə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın ərazisi kimi tanınmaması məsələsi dayanır. Moskva Krımın Rusiya ərazisi olmasının həm ABŞ, həm də Ukrayna tərəfindən tanınmasını istəyir. Habelə, 4 vilayət, Donetsk, Luqansk, Zaporejye və Xersonun bütün ərazilərinin də Rusiya ərazisi kimi tanınmasını istəyir. Düşünürəm ki, Avropa “qırmızı xətlər” deyəndə bunları nəzərdə tutur. Çünki bu məsələdə güzəştə gedilsə, Rusiya perspektivdə güclənərək iştahını Avropaya doğru daha da artıra bilər. Ona görə də ərazi məsələsi Avropa üçün “qırmızı xətdir”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb? – DETALLAR
Next: Ankara Universitetinin professoru: Ermənilərin 1915-ci ildə soyqırımına məruz qalmaları ilə bağlı iddialar saxtadır

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.