Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 24
  • “Fitch”: ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək

“Fitch”: ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək

admin 24/04/2025
102c82f4-5adb-3005-8eb1-2c063d631090_850

 

EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun inkişaf etməkdə olan bazarlarının bankları ABŞ hökumətinin tarif siyasətinin sərtləşdirilməsi və bununla əlaqədar ticarət və maliyyə sahəsində qeyri-müəyyənlik səbəbindən müxtəlif, lakin ümumiyyətlə məhdud təsirlə üzləşirlər.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilir.

Qurum bəyan edib ki, təsir səviyyəsi, ilk növbədə, region ölkələrinin iqtisadiyyatlarının ABŞ-də tarif siyasətinin sərtləşdirilməsindən nə dərəcədə zərər çəkəcəyindən, o cümlədən bu ölkələrdəki banklara təsirindən, həmçinin qlobal bazarlardakı volatillik səviyyəsindən asılıdır.

“Fitch Ratings” qeyd edib ki, ABŞ-yə ixrac yolu ilə birbaşa təsir əhəmiyyətsiz olaraq qalır.

“Neft ixrac edən ölkələr neft qiymətlərinin düşməsindən zərər çəkəcəklər. Bu isə qlobal iqtisadi artımın yavaşlaması səbəbindən tariflərin təsirinin dolayı nəticəsidir. Eyni zamanda, ABŞ-yə məhdud ixrac həcmi olan neft idxalçısı ölkələr neftin ucuzlaşmasından qismən faydalana bilərlər”, – agentlik hesab edir.

Hesabatda qeyd olunub ki, ÜDM artım tempinin yavaşlaması da daxil olmaqla əlverişsiz iqtisadi nəticələr, adətən kreditləşmə templərinin azalması və aktivlərin keyfiyyətinin mümkün pisləşməsi vasitəsilə bank sektoruna mənfi təsir göstərir.

Bundan əlavə, “riskin azaldılması” ssenarisi çərçivəsində investorların inkişaf etməkdə olan ölkələrə münasibətdə mövqeyi dəyişərsə yenidən maliyyələşdirmə riskləri və borclanma xərcləri də arta bilər.

Agentliyin analitikləri hesab edirlər ki, “MDB+” regionunda tariflərin birbaşa təsiri minimaldır, çünki ABŞ-yə ixrac həcmləri məhduddur.

“Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi ixracatçı ölkələrin banklarının isə ümumiyyətlə neft-qaz sektorundan asılılığı aşağıdır və onlar əhəmiyyətli likvidlik buferlərinə malikdirlər”, – hesabatda bildirilib.

“Fitch”in məlumatına görə, yüksək xarici öhdəlikləri olan ölkələrdə, xüsusilə Özbəkistanda dövlət bankları üçün yenidən maliyyələşdirmə dəyəri arta bilər. Lakin bu risklər dövlət dəstəyi və əsasən beynəlxalq maliyyə institutları tərəfindən güzəştli şərtlərlə təqdim edilən xarici borcların uzunmüddətli xarakteri ilə kompensasiya olunur.

Reytinq agentliyi qeyd edib ki, tariflərin artırılmasından sonra ABŞ dolları bir qədər zəifləyib, lakin bu tendensiya dəyişərsə, yerli valyutaların mümkün devalvasiyası bank sisteminin dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə aktivlərin keyfiyyətini pisləşdirə bilər.

“Bununla belə, əksər banklar orta səviyyəli itkilərin öhdəsindən gələ bilərlər, region ölkələrinin hökumətləri isə lazım gələrsə, milli valyutaları dəstəkləyə bilərlər”, – agentliyin ekspertləri vurğulayıblar.

Niderlandın ən böyük bank qrupu olan “ING Group” hesab edir ki, Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunur. Eyni zamanda, beynəlxalq reytinq agentliyi “Moody’s”in fikrincə, ABŞ-nin tarif siyasəti Azərbaycan üzərindən tranzit daşımalarda yeni imkanlar yarada bilər.

PAYLAŞIN:

Continue Reading

Previous: Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
Next: Hərbi vəzifəlilərə xüsusi təyinatlı hərbi hissədə nəzəri və praktiki məşğələlər keçirilib

OXŞAR MÖVZULAR

tap-qaz

Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

admin 05/03/2026
bank-merk

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

admin 27/02/2026
395a7cd1637567753ea38552e9434ec7_Untitled-1

Azərbaycanın aqrar sektoru niyə axsayır: Əcnəbi mütəxəssis çıxış yoludurmu?

admin 11/02/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.