Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 24
  • Kərə yağının qiymətində kəskin artım – İstehsal niyə zəifləyib?

Kərə yağının qiymətində kəskin artım – İstehsal niyə zəifləyib?

admin 24/04/2025
kere-yağ
“Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir”.
Bu fikirləri iqtisadçı ekspert Xalid Kərimli kərə yağının bahalaşması barədə danışarkən deyib.
O bildirib ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur:
“Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan kərə yağını əsasən, xaricdən alır. Dünya bazarında qiymətlərin yüksəlməsi daxili bazara da təsir edir:
“Son illər ölkəmizin ərzaq məhsulları, xüsusən də kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığının artması ciddi narahatlıq doğurur. Ancaq Azərbaycanda kərə yağı təminatı elə əvvəldən idxaldan asılı olub. Yerli məhsullar daxili tələbatı ödəmək gücündə deyil. Ölkəmizdə ət və ət məhsullarının da idxalında kəskin artım müşahidə edilir. Bütün bunlar da kifayət qədər ciddi tendensiya sayılır”.
Pərviz Heydərov hesab edir ki, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması kərə yağının qiymətinin sabitləşməsinə və əhalinin bu məhsula əlçatanlığının yaxşılaşmasına müsbət təsir göstərə bilər:
“Heyvandarlıq və süd məhsulları istehsalının inkişaf etdirilməsi vacibdir. Bu, ölkədə kərə yağının qiymətinin sabitləşməsinə kömək edər”.
İqtisadçı qeyd edib ki, daxili xammalla yerli kərə yağı istehsal edə bilmirik: “Qiymət fərqliliyini ortaya çıxaran məhz idxal faktorudur. Yerli istehsalda da xammal idxal hesabına təmin olunur. Sırf daxili xammal hesabına kərə yağı istehsalı mümkün deyil. Dünyada xammalın da qiymətində artım müşahidə edilir. Ona görə yerli istehsal məhsullarının da qiyməti qalxıb. Heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir”.
İqtisadçı ekspert Rauf Qarayevin dediyinə görə, kərə yağının istehsalının azalması ölkədə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir:
“Torpaq sahələri zəbt olunub, örüş sahələri özəlləşdirilib, yem bazası qıtdır. Ölkəmizdə heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən almaq isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür və məcbur qalıb heyvan saxlamaqdan imtina edir, kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik. Faktiki olaraq bu sahədəki tələbatı ödəmək üçün idxaldan asılıyıq”./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Əliyevin Çinə səfərinə Rusiyadan – Sensasion baxış
Next: Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb? – DETALLAR

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.