Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 25
  • Azərbaycan regionu yeni toqquşmadan xilas etdi

Azərbaycan regionu yeni toqquşmadan xilas etdi

admin 25/04/2025
baku_00

 

Uzaq Şərq, Qlobal Cənub, Yaxın Şərq, Qərb və Cənubi Qafqaz. Azərbaycanın coğrafi baxımdan uzaq olan bu regionlar arasında birləşdirici-barışdırıcı rolu həm ölkəmizi qlobal müstəvidəki həlledici oyunçuya çevirir, həm də qlobal sabitliyə mühüm töhfə verir. Son proseslər fonunda bunu daha aydın görmək mümkündür.

Uzaq Şərq: Prezident İlham Əliyevin Çinə dövlət səfəri Azərbaycanın Avrasiyanın yüksələn gücü tərəfindən əhəmiyyətli aktor kimi qəbul edildiyinin nümunəsi idi. Çinin qlobal müstəvidə artan gücü, hətta dünya siyasətində ikinci qütbə çevrilməsi yaxın perspektivin qaçılmaz reallığı kimi qiymətləndirilir. Və bu gücün Azərbaycanla strateji tərəfdaşlığa önəm verməsi təsadüfi deyil.

Birincisi, Azərbaycan Şərqlə Qərbi birləşdirən logistik və siyasi körpüdür: Prezident İlham Əliyevin xarici siyasətdə ölkəmizin bu potensialından uğurla istifadə etməsi Azərbaycanı qlobal oyunçular üçün vazkeçilməz amilə çevirib.

İkincisi, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində əsas açar ölkədir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri, eləcə də Cənubi Qafqazın nəqliyyat şəbəkəsinin Azərbaycanda birləşməsi ölkəmizi Avrasiyanın gələcəyinin qurulmasında mühüm oyunçuya çevirib.
Prezident İlham Əliyev Çində qlobal proseslərə yön verən lider kimi qəbul edilməsi bu kontekstdə təsadüfi deyildi. Prezidentin Çinə səfəri zamanı imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Pekinin qlobal siyasətdə Bakı ilə əməkdaşlıq etmək, Azərbaycanın həlledici oyunçu potensialından yararlanmaq istəyindən qaynaqlanır. Faktiki olaraq, Azərbaycan Avrasiyanın gələcək siyasi-iqtisadi arxitekturasının inşasında vacib gücə çevrilir.

Yaxın Şərq: Azərbaycan regionu yeni toqquşmadan xilas edir.

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Türkiyə və İsrail arasında yaşanan qarşıdurmada Azərbaycanın vasitəçilik missiyasında bəhs etdi.

Dövlət başçısı bildirdi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub: “Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, – əgər, ümumiyyətlə, belə bir proses varsa, – nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq”.

Prezidentin bu açıqlaması iki faktoru ortaya çıxardı.

Birincisi, Ankara-Təl-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub.

İkincisi, Azərbaycan hazırda toqquşan tərəfə çevrilən Türkiyə və İsrail arasında dialoqun yenidən qurulması istiqamətində işləyir.

Bu prosesin ötən ilin dekabrından aktiv mərhələyə keçdiyi müşahidə edilirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin Təl-Əviv-Ankara xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı, lakin rəsmi Bakı ilk uğurlu nəticədə olduğu kimi, ikinci cəhddə də məsələni ictimailəşdirməyib.

Dövlət başçısının açıqlamasından bir gün sonra – aprelin 10-da Türkiyə və İsrail Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə etdi. Bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Prezident İlham Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.

Bakının tərəflər arasında vasitəçiliklə əldə etdiyi nəticə kifayət qədər əhəmiyyətlidir.

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı qarşıdurmada çətin seçim məcburiyyətində qalmaqdan xilas edir;
2. Türkiyə və İsrail arasındakı qarşıdurmada maraqlı olmayan ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda maraqlarımıza uyğundur;
3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilir;

Azərbaycan ümumilikdə Yaxın Şərqi yenidən toqquşma meydanına çevrilməsinin qarşısını almağa çalışır.

Cənubi Qafqaz: Azərbaycan regionun gələcəyinin inşasına liderlik edir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-də Bakıya səfər etdi. Bu, Gürcüstanın yeni prezidentinin xaricə ilk rəsmi səfəri idi və ilk səfərin məhz Azərbaycana edilməsi ölkəmizin regiondakı əhəmiyyətini bir daha önə çıxarır. Prezident İlham Əliyev və gürcüstanlı həmkarının Bakıda verdiyi mesajlar Cənubi Qafqazın gələcəyinin birgə inşa edilməsi baxımından önəmli idi. Bu həm də o deməkdir ki, Gürcüstan gələcəyini Azərbaycanla əməkdaşlıqda görür.

Təkcə aprel ayında baş verənlər – Azərbaycanın birbaşa iştirakı ilə müşahidə edilən diplomatik trafik ölkəmizin nüfuzundan xəbər verir.

-Aprelin 10-də İsrail və Türkiyə Bakıda razılaşma əldə etdi;
– Aprelin 15-də Gürcüstan prezidenti ilk səfərini Azərbaycana etdi;
– 22-24 apreldə Prezident İlham Əliyev Çində regionun lideri və qlobal proseslərə yön verən oyunçu kimi qəbul olundu;
– Yaxın günlərdə İran prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri gözlənilir.

Regional müstəvidə proseslərə liderlik edən Azərbaycan qlobal proseslərdə həlledici oyunçuya çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin dərin strategiyasının nəticəsidir.

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Next: Gülsüm Əliyeva bizim tələbə olmayıb – Universitetlər təsdiqlədi – VİDEO

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.