Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 28
  • ″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

admin 28/04/2025
tender-əsas

 

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocalı rayonunda ilkin mərhələdə 13 hektar ərazidə Tut tinglərinin gətirilməsi, əkin sahəsinə köçürülməsi və aqrotexniki qulluq işləri xidmətlərin satın alınması üzrə bir mənbədən satınalama metodu tətbiq etməklə ″AQROTARIM″  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 693.607,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının portalına 19.04.2025-ci ildə yerləşdirilib.

Bu satınalmada ″AQROTARIM″ MMC-nin bir mənbədən satınalma metodu ilə qalib seçilməsi bizi daha ətraflı araşdırma aparmağa sövq etdi.

Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti heç bir xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Qeyd edək ki, Aqrar Kredit və  İnkişaf Agentliyinin rəsmi portalına yerləşdirilmiş toxum- ting təchizatçılarının siyahısında ″AQROTARIM″  MMC  toxumçuluq təsərrüfatı kimi göstərilir. Bu isə MMC-nin tingçilik üzrə xüsusi hüquqlara malik olmadığını bir daha təsdiq edir.
Bundan əlavə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası satınalma proseduru zamanı Nazirlər Kabenitinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyən edilmiş uyğunluq göstəricilərini nəzərə almamış, ″AQROTARIM″  MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarını, oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin olmamasını nəzərə almamış, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikaları, “işçi qüvvəsi” meyarları ilə bağlı tələblərə uyğun olmadığı açıq aydın görsənməkdədir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında ″AQROTARIM″ (VÖEN- 6200118521)  Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 04.04.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisinin isə Şükürov Firuz Famil oğlu oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 2011-ci ildə dövlət qeydiyyatın alınıb və AKİA-nın məlumatlarında toxumçuluq təsərrüfatı kimi göstərilir. Maraqlıdır “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ″AQROTARIM″  MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən təchizatçıdan satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması barədə müvafiq hesabatlar, təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmasına dair son 3 il ərzində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə 3 müqavilə tələb edibmi?  Tələb edibsə, ″AQROTARIM″  MMC qurumun Satınalma Komissiyasına son 3 il ərzində icra olunmuş hansı analoji xidmətlər barədə sənədlər təqdim edib?

Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız MMC-nin səlahiyətli nümayəndəsi Babaxan Qasımlı AKİA-da toxumçuluq təsərrüfatı kimi qeydiyyatda olmalarına baxmayaraq tingçiliklə də məşğul olduqlarını bildirdi. Artıq sözügedən ərazidə işlərə başladığlarını bildirən Babaxan Qasımlı əlavə etdi ki, bütün sənədlər qaydasında olmasaydı nəzarət orqanı buna icazə verməzdi. Müqavilə bağlanıbsa deməli hər şey qaydasındadı.

Amma biz nədənsə ″AQROTARIM″  MMC-nin son üç il ərzində icra etdiyi yüzminlərlə manat dəyəri olan analaoji işlərlə bağlı heç bir məlumat tapa bilmədik. İndi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi açıqlasın. ″AQROTARIM″  MMC bu analaoji işləri nə vaxt və harada görüb?

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlidir. O, daha əvvəllər “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru olub. Memarlıq üzrə fəlsəfə doktoru olan Telman Kərimli bu vəzifəyə ötən ilin avqust ayından təyin edilib.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Qanunsuz şirkətləri ilə ölkəni talayanlar… – Sahibkarlar nə təklif edir?
Next: İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.