Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 28
  • Qanunsuz şirkətləri ilə ölkəni talayanlar… – Sahibkarlar nə təklif edir?

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar… – Sahibkarlar nə təklif edir?

admin 28/04/2025
gömrük-şirkət

 

Ölkənin Gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı sürətli artmaqdadır və bu, ölkə iqtisadiyyatına, dövlət büdcəsinə və qanuni fəaliyyət göstərən sahibkarlara ciddi ziyan vurur. Əslində uzun illərdir ölkə mətbuatında bu barədə yazılır, sahibkarlar belə şirkətlərlə mübarizə aparımağın vacibliyini bildirir. Amma müsbət nəticə əvəzinə, belələrinin sayı artır.

Qeyd olunur ki, sosial sığorta ödəmələri etməyən, vergidən yayınan bu cür şirkətlər, xüsusilə məmurların yaxın adamları vasitəsilə idarə olunurlar. Bu şirkətlər ölkəyə müxtəlif adlarla idxal olunan məhsullarla məşğul olur, lakin heç bir rəsmi işçi saxlamır, anbarları yoxdur və qeyri-qanuni yollarla bazara çıxardıqları məhsulları sataraq, həm dövlətin, həm də istehlakçıların hüquqlarını pozurlar.

Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi qaydası

Artıq bu vəziyyətin ciddi şəkildə həll edilməsi lazımdır, çünki belə şirkətlər yalnız vergi ödəməməklə, ölkə büdcəsinə ciddi ziyan vurmaqla yanaşı, qanuni fəaliyyət göstərən sahibkarların inkişafına mane olur və bazarda sağlam rəqabət şəraitinin yaranmasına əngəl törədirlər.

Lakin maraqlı bir məqam budur ki, bu cür qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparmaqda Dövlət Gömrük Komitəsi və digər müvafiq qurumların səyləri hələ də nəticəsiz qalır. Nədir bunun səbəbi? Aparılan mübarizə niyə nəticə vermir və ya doğurdanmı, belə mübarizə aparılır?

Sahibkarlar bildirirlər ki, bu kimi çoxsaylı qanunsuz şirkətlərə nəzarət edən bəzi məmurlar gömrükdə “yaşıl işıq” yandırır və onlara əlavə imtiyazlar tanıyır. Ən əsası, belə şirkətlərin fəaliyyətinə nəzarət etməli olan İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov da illərdir bu sahədə ciddi irəliləyişə nail ola bilmir.

Bəs, məlum vəziyyətin qarşısını necə almaq olar? Qanunsuz şirkətlərin fəaliyyəti ilə mübarizə aparmaq üçün hansı üsulları tətbiq etmək lazımdır ki, həm bürokratik əngəllər yaranmasın, həm də mübarizə daha effektiv olsun?

Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu sahədə rəqabət və şəffavlıq görmək istəyən sahibkarlar bildirir ki, bu cür şirkətlər bazarda haqsız rəqabət yaradırlar. Onlar vergi ödəməyən, işçi saxlamayan və əlavə xərcləri çıxmayan qanunsuz şirkətlər tərəfindən bazara salınan ucuz, amma keyfiyyətsiz məhsullar ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Nəticədə sağlam iqtisadi mühitin pozulmasına və sahibkarların qorunmasız vəziyyətə düşməsinə səbəb olur. Bütün bu problemlər, həmçinin, ölkədə monopoliya yaradılmasına da təkan verir. Çünki bu cür şirkətlər zaman-zaman böyük oyuncuya çevrilir və bazarda digər oyunçuları məqsədli sıxışdırırlar.

Daha bir incə məqam isə Dövlət Gömrük Komitəsi və İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin bu kimi şirkətlərlə apardığı mübarizənin görünməməsidir. Məlumatlarında mübarizə apardıqlarını deyən qurumların fəaliyyətini nədənsə hələ də nəticəsiz qalır. Görülən tədbirlərin effektiv olmadığı müşahidə olunur.

Hətta sahibkarlar bildirirlər ki, bu şirkətlərə “yaşıl işıq” yandıran məmurlar, gömrük prosedurlarını sürətləndirərək onlara əlavə imtiyazlar təqdim edirlər. Həmçinin, bəzi hallarda şirkətlərin qeyri-qanuni fəaliyyətləri qeydə alınsa da, ciddi cəza tədbirləri görülmür.

“Bu cür vəziyyətin yaranmasının bir çox səbəbi var, amma ən mühüm məsələ odur ki, dövlət orqanlarının fəaliyyəti daha şəffaf və effektiv olmalıdır. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və digər müvafiq qurumlar qanunsuz şirkətlərin fəaliyyətini nəzarət altına almalı, onları ya qanuni fəaliyyətə məcbur etməli, ya da onların fəaliyyətini dayandırmalıdır. Ancaq bu, yalnız bürokratik əngəllər yaratmaqla mümkün olmamalıdır. Daha güclü və sistemli mübarizə aparmaq üçün müasir həll yollarına ehtiyac vardır” deyə sahibkarlar bildirir.

Xidmətə yeni qəbul olunan əməkdaşlar üçün Bakı Baş Gömrük İdarəsində  təcrübə proqramı yekunlaşıb - AZƏRTAC

Belə şirkətlərin qanunsuz fəaliyyətindən cana doyan sahibkarlar dövlət qurumlarına effektiv mübarizə üsulu da təqdim edirlər. Onlar hesab edir ki, qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə aparmaq üçün daha ciddi və çoxşaxəli tədbirlər görülməsi vacibdir.

Məsələn, qanunsuz şirkətlərin fəaliyyətini izləmək üçün müasir texnologiyalardan istifadə edilməsi vacibdir. Gömrük və İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, bütün idxal və satış əməliyyatlarını real vaxt rejimində izləyə bilən sistemlər yaratmalıdır. Bu sistemlər, Gömrük bəyannamələri, satış qiymətləri və məhsulun mənşəyi barədə məlumatların elektron şəkildə toplamalı və təhlil etməlidir.

Həmçinin idxal edilən məhsulların qeyri-qanuni yollarla bazara çıxarılmasının qarşısını almaq üçün risk qiymətləndirmələri aparılmalı, qanuni və qeyri-qanuni əməliyyatların şəffaf şəkildə izlənməsi, həm dövlət orqanlarına, həm də ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. Vergi ödəmələri və digər sosial ödənişlər mütəmadi olaraq yoxlanmalı, hər hansı bir anomaliya müşahidə edildikdə dərhal araşdırma başlatılmalıdır. Qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı tətbiq edilən cəzalar daha sərt və çoxmərhələli olmalıdır.

Amma təssüflər olsun ki, uzun illərdir belə qanunsuz şirkətlərin fəaliyyəti davam edir, onların məlum fəaliyyətinə kökündən son qoyulması mümkünsüzə çevirilib./bizimxeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: “Trabzonspor”dan “Traktor”la bağlı maraqlı paylaşım
Next: ″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.