Tanımış insanların, yazarların, şairlərin oxucularla görüşlərini keçirən, kitab təqdimatlarını, imza gününü təşkil edən Rəsulzadə bələdiyyəsi həmişə olduğu kimi bu gün də Moskvadan gələn dəyərli qonaqlarımıza öz qapılarını açaraq ev sahibliyi etdi. Türkiyədən, Orta Asiyadan, Qazaxstandan, İsveçdən gələn qonaqlarımıza yüksək səviyyədə qonaqpərvərlik göstərərən Rəsulzadə bələdiyyəsinin bu sahədə gördüyü işlər həqiqətən də tədqirə layiqdir. Bu işlərinə görə bələdiyyə sədri Hümbət müəllim Hüseynova dərin təşəkkürlərimizi bildirirk və işlərində uğurlar arzulayırıq.
Bildiyimiz kimi bu il respublika səviyyəsində və bütün Türk dünyasında Dədə Ələsgərin anadan olmasının 205, anım gününü 100 illiyini qeyd edir. Dədə Ələsgər irsinin öyrənilməsi və yayılması hamımızın ümdə borcumuzdur. Bu tədbirin də məqsədi Dədə Ələsgər ocağının layiqli davamçılarından olan kötükcəsi Sima Azadqızı Göyçəlinin yaradıcılığına nəzər salmaq və Sima xanımın “Susmaq üçün gəlməmişəm dünyaya mən” və “Qürbətdə parlayan qığılcım” kitablarının təqdimatı olduqca maraqlı keçdi.
Tədbirdə çıxış edənlər Rəsulzadə bələdiyyəsinin sədir Hümbət Hüseynov, şəhid atası, şair Nizami Elyanar, Dədə Ələsgərin qız nəticəsi Firuzə Bisavad, AMEA-nin elmi işçisi Tanrıverdi Paşa, araşdırmaçı-yazar Vüqar Abduyev, uzun müddət təhsil sestemində məktəb direktoru vəzifəsində işləmiş təqaüdçü İmdad Kazım, professor, şair Nehir Akpolad, ADİU müəllimi Gülbəniz İsmayılzadə, araşdırmaçı Əli Vəliyev, şair Xəzər Hikmətoğlu, gənc yazıçı Samir Abdullayev, şairənin həyat yoldaşı Allahverdi müəllim və sonda Sima xanım çıxış edərək Dədə Ələsgər irsindən, Sima xanımın yaradıcılığından, onun müxtəlif mövzularda yazdığı şerlərdən, ulu babasının yolunun layiqli davamçısı olacağından danışdılar. Çıxış edənlər şairənin maraqlı şerlərini oxudular. Tədbirin sonda şairəyə mükafatlar təqdim olundu və iştirakçılara imzalı kitablar hədiyyə verildi. İştirakçılar xatirə şəkilləri çəkdirdilər.
Əli Vəliyev
Araşdırmaçı-yazar
Məqaləyə dair fotomateriallar:















