Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 5
  • Neft qiymətlərinin çökməsi başladı – “Bu dövrü daha ağrısız-acısız keçirmək üçün ölkədaxili enerjimizi toparlamalıyıq”

Neft qiymətlərinin çökməsi başladı – “Bu dövrü daha ağrısız-acısız keçirmək üçün ölkədaxili enerjimizi toparlamalıyıq”

admin 05/05/2025
neft-dollar

 

Proqnozlaşdırıldığı kimi, həftənin ilk iş günü dünya birjalarında neft qiymətlərində kəskin eniş müşahidə olunur.

Elektron hərracda “Brent” markalı neft 3.25 dollar uuzlaşaraq 59 dollardan aşağı düşüb.

Xatırladaq ki, OPEC+ ölkələrinin şənbə günü keçirilən iclasında iyunda neft hasilatının sutkada 411 min barrel artırılması barədə razılıq əldə olunub. Analitiklər qərarın beynəlxalq birjalarda ticarət açıldıqdan sonra – 5 may bazar ertəsi günü neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olacağını pronqozlaşdırırdılar. May ayında da hasilat eyni həcmdə artırılmışdı və bu, artıq “Brent” markalı neftin qiymətinin aprel ayında 7 faizdən çox azalmasına gətirib çıxardı. Keçən həftə “Brent”-in bir barrelinin qiyməti 60 dollar səviyyəsindən aşağı düşmüşdü. Həftənin sonuna doğru qiymətlər qismən bərpa olunsa da, OPEK+ ölkələrinin hasilatı daha da artırması bazara təzyiqləri gücləndirir.

Ekspertlər OPEK+ ölkələrinin son addımlarını “neft bazarı üçün şok” kimi qiymətləndirirlər. Hasilatın artırılmasının əsas təşəbbüskarı Səudiyyə Ərəbistanı olub. Ər-Riyad, Qazaxıstan və İraqın kvotalara əməl etməməsindən narazılığını bildirib və qiymətlər düşsə belə, ixracı artırmaq niyyətində olduğunu açıqlayıb. Səudiyyə Ərəbistanı neft gəlirlərindəki mümkün itkiləri ixracı artırmaqla kompensasiya etməyə çalışacaq.

Bununla belə, Küveytin energetika naziri Tarik Süleyman əl-Rumi bildirib ki, qəbul edilən qərar bazardakı vəziyyət dəyişərsə, yenidən nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, OPEK+ həm hasilatı əlavə artırmağa, həm də zərurət yaranarsa, dondurmağa hazırdır. Əl-Rumi xüsusilə qeyd edib ki, alyans ölkələri 2024-cü ilin yanvar ayından etibarən kvota pozuntularını kompensasiya etməyə çalışacaqlar.

Xatırladaq ki, Tramp əvvəllər neft qiymətlərinin 40 dollar səviyyəsinə qədər düşməsinin zəruriliyini bəyan etmişdi ki, bu da onun daxili iqtisadi siyasətinin populyarlığını artıra bilərdi.

Bununla belə, neftin ucuzlaşması ABŞ-də hasilatın rentabelliyini şübhə altına alır. Mövcud qiymətlərlə bir çox amerikalı istehsalçılar zərərə düşmək riski ilə üzləşə bilər və bu da hasilatın azaldılması ilə nəticələnə bilər.

Azərbaycan da neft qiymətlərindəki enişdən təsirlənir. Keçən həftə Azeri Light markalı neftin bir barrelinin qiyməti 64 dollara qədər enib. Bu göstərici, Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş qiymətdən 6 dollar aşağıdır. Əgər bu neqativ dinamika davam edərsə, büdcənin həm gəlir, həm də xərclər hissəsinin yenidən nəzərdən keçirilməsi lazım gələ bilər.

Neft-qaz sektoru üzrə ekspert İlham Şaban şərhində bildirib ki, OPEC+ qərarından sonra bazarda ləngərləmələr artacaq, bundan ən çox udan möhtəkirlər olacaq. “Başqa bir tərəfdən də, dünya düzəlməsə, yeni qaydalar əsas güc mərkəzləri tərəfindən qəbul edilməsə, dünyada stabillik də olmayacaq. Sabilliyin olmadığı şəraitdə neftdən stabil qiymətlər də gözləmək əbəsdir. Ona görə də bu dövrü daha ağrısız-acısız keçirmək üçün ölkədaxili enerjimizi toparlamalıyıq”, -İ.Şaban vurğulayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Deputatdan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama
Next: KOBİA: Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOB dostlarına müraciət edə bilərlər

OXŞAR MÖVZULAR

qatar-bak

Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

admin 19/05/2026
umayra-tağ

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva

admin 19/05/2026
aydin_kerimov

Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub

admin 19/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.