Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 19
  • “TAP AG” qaz kəmərinin illik 20 milyard kubmetrə qədər genişləndirilməsi variantları üzərində işləyir

“TAP AG” qaz kəmərinin illik 20 milyard kubmetrə qədər genişləndirilməsi variantları üzərində işləyir

admin 19/05/2025
ef317b27-6d1b-3136-9abb-3b762c734229_850

 

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünün ildə 20 milyard kubmetr qaza qədər artırılması Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikilməsini, həmçinin bu ölkələrdəki mövcud stansiyalarda əlavə aqreqatların quraşdırılmasını tələb edəcək.

“TAP AG” boru kəməri şirkətindən bildirilib ki, TAP-ın ilkin uzunmüddətli gücü ildə təxminən 10 milyard kubmetrdir və bu güc 2013-cü ildə 25 il müddətinə imzalanmış uzunmüddətli müqavilələr əsasında iştirakçılar arasında bölüşdürülüb.

“Lakin TAP öz gücünü tədricən artırmaqla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və dekarbonizasiya hədəflərinə çatmağa əlavə töhfə verə bilər. 2024-cü ilin yanvarında başa çatan 2021-ci il bazar testi 2026-cı il yanvarın 1-dən boru kəmərinin gücünün ildə 1,2 milyard kubmetr artırılması (11,2 milyard kubmetrə qədər) ilə bağlı öhdəliklərlə nəticələnib. Hazırda bu əlavə gücün təmin edilməsi istiqamətində zəruri işlər həyata keçirilir”, – şirkətdən bildirilib.

“TAP AG”nin məlumatına görə, görülən işlər Kipoidəki (Aleksandrupolis rayonu, Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın) mövcud kompressor stansiyasında təxminən 15 MVt gücündə yeni kompressor aqreqatının quraşdırılmasını və müvafiq infrastrukturun təkmilləşdirilməsini əhatə edir”.

Eyni zamanda, “TAP AG” qeyd edib ki, genişləndirmənin birinci mərhələsi gücün daha da artırılması üçün əsas yaradır ki, bu da gələcək bazar testləri çərçivəsində mərhələli şəkildə həyata keçirilə bilər.

“Hazırda 2023-cü il testi davam edir. Növbəti genişləndirmə mərhələsinin miqyası və potensialı testin nəticələri əsasında müəyyən ediləcək. Müvafiq məcmu tələb nəticəsində layihənin iqtisadi məqsədəuyğunluğuna nail olunacağı təqdirdə TAP gücünü demək olar ki, iki dəfə artıra bilər. Gücün iki dəfə artırılması layihəsi Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikintisini, həmçinin bu ölkələrdəki mövcud stansiyalarda əlavə aqreqatların quraşdırılmasını nəzərdə tutur”, – şirkətdən vurğulayıblar.

Həmçinin İtaliyadakı qəbul terminalında kiçik modifikasiyalar nəzərdə tutulub.

“TAP artıq texniki sənədlərin hazırlanması və genişləndirmə variantlarının araşdırılması istiqamətində işə başlayıb. Xüsusilə ekoloji təmiz enerjiyə keçid strategiyası çərçivəsində sırf elektrik kompressor aqreqatlarından istifadə də daxil olmaqla, müxtəlif ssenarilər üçün kompressor stansiyalarının konseptual dizaynı hazırlanır”, – şirkətdən bildirilib.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.

Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Aİ arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Numan Kurtulmuş: Yay bitməmiş PKK tərksilah ediləcək
Next: Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.