Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 19
  • TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri – Tələbələrimizin uğur hekayəsi

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri – Tələbələrimizin uğur hekayəsi

admin 19/05/2025
teknofest-az

 

Bakı Ali Neft Məktəbinin üç komandası Şimali Kipr Türk Respublikasında keçirilən “TEKNOFEST-2025″də ayrı-ayrı kateqoriyalar üzrə mükafatlara layiq görülüb. “Qızıl Qaya BHOS” komandası Turizm texnologiyaları kateqoriyası üzrə birinci, “Xudafərin BHOS” komandası Ətraf mühit və Enerji kateqoriyası üzrə üçüncü yeri qazanıb. “İçərişəhər BHOS” komandası isə Sosial innovasiya kateqoriyası üzrə ən yaxşı təqdimat mükafatı əldə edib.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

“Komanda adlarımız milli kimliyimizi əks etdirir”

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədovanın sözlərinə görə, “TEKNOFEST-2025″də iştirak edən komandaların hazırlıq prosesi altı ay davam edib: “Bu müddət ərzində biz yalnız texniki bilikləri deyil, həm də komanda işi, strateji planlaşdırma və effektiv təqdimat bacarıqlarını inkişaf etdirdik”.

Elmi rəhbər komanda adlarının seçimindən söz açdı: “Bu məsələdə milli kimliyimizi əks etdirməyə xüsusi önəm veririk. “Qızıl Qaya”, “Xudafərin”, “İçərişəhər” kimi adlar sadəcə simvol deyil. Bu adlar tariximizi, mədəniyyətimizi və milli ruhumuzu texnologiya ilə birləşdirən körpüdür”.

Emiliya Əhmədova “Qızıl Qaya BHOS” komandasının uğurunun təsadüfi olmadığından da danışıb: “Mustafakamal və Eliana oyunu yaratmaq üçün gecələri də çalışırdılar. Əgər oyun olmasaydı, sadəcə ideya olacaqdı. Bizi rəqiblərimizdən fərqləndirən də məhz bu idi”.

“Layihəmiz bir oyun idi”

Oyunun yaradıcılarından olan Eliana Səttarova bildirib ki, layihənin məqsədi turizmin inkişaf etdirilməsidir: “Layihəmiz bir oyun idi. Hansı ki, Kiprin Famaqusta şəhərinin tarixi və mədəniyyətini izah etmişdik. Mən həmin şəhəri gəzəndə orada turizmin zəif olduğunu görmüşdüm və bu ideya ağlıma gəlmişdi. Oyunu Mustafakamal Musayev ilə birgə qurmuşduq. Oyunu elə qurmağa çalışdıq ki, real məkanlar və situasiyalar yer alsın. Düşünürəm ki, bu oyun Şimali Kiprin turizm potensialını xeyli artıra bilər. İstəyirik, bu ideyanı digər ölkələrə və şəhərlərə də tətbiq edək”.

Oyunun digər qurucusu Mustafakamal Musayevin fikrincə, tarix, mədəniyyət gənclərə maraqsız gəlir, o səbəbdən də belə ideya düşünüblər: “Oyunçu bu tapşırıqları yerinə yetirərək, tarixin bir hissəsinə çevrilir və eyni zamanda Şimali Kiprin mədəniyyəti, tarixi, coğrafiyası haqqında daha çox məlumat əldə edir. Turistləri cəlb etməyin ənənəvi üsulları, məsələn, muzeylər və ya turlar, gənc nəsli maraqlandırmır. Buna görə də biz öyrədici oyun təklif edirik. Statistikalara əsasən, gənclərin böyük bir hissəsi daha çox videooyunlar oynayır”.

Dayanıqlı biznes modeli

Komanda üzvü Fidan Məmmədli isə qarşılaşdıqları problemlərdən bəhs edib: “Turizm texnologiyalarında əsas problemlərdən biri informasiyanın çox rəsmi, cansıxıcı və passiv formada təqdim olunmasıdır. Biz bu problemi oyunlaşdırılmış, ssenari əsaslı yanaşma ilə həll etdik. Yaşadığımız ən böyük çətinlik, real coğrafi və tarixi faktları oyun dünyasına düzgün uyğunlaşdırmaq idi. Məlumat doğruluğu ilə oyunun maraqlı qalması arasında incə bir balans var idi və biz bu tarazlığı tapmaq üçün xeyli səy göstərdik”.

Digər tələbə Murad Şərifovun sözlərinə görə, bir çox layihələr yalnız texnoloji tərəfə fokuslandığı halda, onlar texnologiyanı, mədəni dəyərləri və biznes potensialını bir araya gətiriblər: “Layihəmiz yalnız texniki həll deyil, eyni zamanda mədəniyyət daşıyıcısı və gəlir gətirə biləcək dayanıqlı bir biznes modelidir”.

Mükafatı Rəcəb Tayyip Ərdoğan təqdim edib

“Qızıl Qaya BHOS” komandasına birinci yerin mükafatını Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib. Mükafatı alan komandanın elmi rəhbəri Emiliya Əhmədova həmin anları belə təsvir edir: “Adımızı qaliblər siyahısında gördükdə çox həyəcanlanmışdıq. Mən sevincimdən ağlayırdım. Rəcəb Tayyip Ərdoğan mükafatı verərkən bizi komanda olaraq təbrik etdi. Azərbaycan xalqına salamlarımızı çatdırmağı xahiş etdi”.

Komanda kapitanı Zahid Abdullayev də Türkiyə Prezidenti ilə söhbət edənlərdən olub: “Böyük dünya lideri ilə yan-yana olmaq, onunla etdiyim kiçik söhbət yaddaşıma həkk olan gözəl bir xatirə kimi qalacaq”.

“Litiumu artıq sudan da ala bilirik”

Müsabiqədə üçüncü yerin qalibi olan “Xudafərin BHOS” komandasının üzvü İlham Kərimli də layihələrindən bəhs edib: “Yaşıl enerji texnologiyalarına dünyada önəm verilir. Lakin burada bir problem var ki, yaşıl enerjinin alınması davamlı olmadığından həmin alınan enerjini litium-ion batareyalarda depolamaq lazımdır. Layihəmizin əsas məqsədi bu batareyalarda istifadə olunan litiumu dənizdən əldə etməkdir. Litiuma olan tələbat ildən-ilə artmaqda davam edir. Biz dəniz suyunu elektroliz prosesinə salıb filtrləyərək həmin sudan litium ionlarını alırıq. Digər litium alan qurğulardan fərqimiz odur ki, bu prototip təmiz litiumu üç mərhələdə ala bilir. Dəniz suyundan litium almaq həm münasib, həm də effektivdir. Bu baxımdan layihəmiz münsiflər heyətinin xoşuna gəldi. Rəqiblərimizdən fərqimiz o idi ki, bizim əlimizdə hazır model var idi. Dizaynlarımız mükəmməl idi. İdeyamız da yeni və tam real olduğundan bizi mükafatlandırdılar”.

Kimsəsiz uşaqların qayğısına qalan robot

Sosial innovasiya kateqoriyası üzrə ən yaxşı təqdimat mükafatı alan “İçərişəhər BHOS” komandasının kapitanı Fidan Kərimlinin sözlərinə görə, onların ideyası həm kimsəsiz uşaqların hisslərini qorumaq, həm də təhlükəsizliklərini təmin etmək üçündür: “Layihəmiz valideyn qayğısından uzaq böyüyən kimsəsiz uşaqlar üçün robotdur. Uşaq evlərindəki bir çox uşaq baxımsızlıqdan və ya pis rəftardan əziyyət çəkir, onların emosional sıxıntıları çox vaxt diqqətdən kənarda qalır. Robot uşaqların emosiyalarını izləmək, narahatlıq əlamətlərini aşkar etmək və real vaxt rejimində emosional dəstək vermək üçün nəzərdə tutulmuş süni intellektlə işləyən yoldaşdır. Üz tanıma, səs təhlili və davranış izləmə imkanlarından istifadə edərək, əhval-ruhiyyə nümunələrini müəyyən edir və söhbət, hekayə və oyun vasitəsilə qarşılıqlı əlaqə yaradır. Müəyyən şəxslərə cavab olaraq qorxu və ya narahatlıq kimi potensial pis rəftar aşkar edərsə, hadisələri qeyd edir və müvafiq orqanlara xəbərdarlıq edir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Uşaqlar üçün müavinət artırılır? – VİDEO
Next: İrəvan Azərbaycanı “preventiv müdafiə” zərbəsinə məcbur edir

OXŞAR MÖVZULAR

mn-zakir2

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

admin 17/04/2026
ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.