Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 4
  • Qurban bayramının yalan və doğruları: Niyyət qurbanı olmaz, imkansızlara vacib deyil, dəvə kəsmək…

Qurban bayramının yalan və doğruları: Niyyət qurbanı olmaz, imkansızlara vacib deyil, dəvə kəsmək…

admin 04/06/2025
qoyun2

 

İslam aləmində müqəddəs bayramlardan biri olan Qurban bayramına sayılı günlər qalıb. Bu bayram müsəlman ölkələrində qurbanlıq heyvan kəsməklə qeyd olunur. Azərbaycanda da bir çox insanlar bayram ritualını yerinə yetirirlər.

Bəs Qurban bayramına xüsusi hazırlaşmaq lazımdırmı? Qurban bayramında hansı heyvan kəsilə bilər? Qurban əti necə paylanmalıdır? Niyyət edilən qurban bayramda kəsilə bilər?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev Teleqraf-a açıqlamasında deyib ki, qurban bayramına qeyri-adi hazırlaşmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, maliyyə vəziyyəti yaxşı olan insanlar bir və ya bir neçə heyvan kəsmək üçün öncədən hazırlaşırlar:

“Onlar harada kəsəcəklərini, kimlərə qurban paylayacaqlarını öncədən müəyyən edirlər. Vətəndə olan insanlar üçün qurban kəsmək vacib deyil, müstəhəbdir. İmkanı olanlar qurban kəssələr və imkanı olmayanlara paylasalar, daha yaxşı olar. Lakin Məkkədə olan insanlar üçün qurban kəsmək vacibdir”.

İlahiyyatçı kəsilən qurbanın 3 hissəyə bölündüyünü deyib: “Ətin bir hissəsini öz ailəsinə sərf edə bilər. Digər 2 hissə isə yaxın qohumlardan başlayaraq ehtiyacı olanlara paylanmalıdır. Qurban qoyundan, keçidən kəsilməlidir, ondan yuxarı iribuynuzlu heyvanlardan, danadan, öküzdən və dəvədən də kəsilir. Bəzən “Hind toyuğundan, xoruzdan qurban kəsdim” deyənlər olur. Bu, qurban sayılmır.

Heyvanın mütləq yaş fərqinə fikir vermək lazımdır. Xırdabuynuzlu heyvanın yaşı 8 aydan yuxarı olmalıdır, 1 ili ötsə daha yaxşı olar. İribuynuzlu heyvanın yaşı 1 yaş və 1 yaşdan yuxarı olsa, daha yaxşıdır. Dəvənin yaşı isə mütləq minimum 5 olmalıdır. 5 yaşdan aşağı dəvə qurban kəsilməz”, – o vurğulayıb.

Niyyət edilən qurbanı bayramda kəsməmək məsləhətdir

Niyyət edilən qurban məsələsinə gəldikdə isə F.Nurullayev bildirib ki, insan arzusunun yerinə yetməsi üçün qurban dedikdə əlində maddi imkan olan zaman dərhal o qurbanı kəsməlidir:

“Bunu icra etməmək günahdır, çünki o insan Allahla əhdi-peyman edib. İmkanlı insanlar Qurban bayramında İsmayıl qurbanını kəssə daha yaxşı olar. İsmayıl qurbanını kəsdikdən sonra isə əhd etdikləri qurbanı kəsə bilərlər.

Məsləhət görülür ki, əhd və niyyət qurbanı bayramdan başqa vaxtda kəsilsin, bu daha bəyəniləndir. Qurban bayramı günü bir çox insan qurban kəsir və paylayır. Bu zaman qurban payı çox olduğu üçün israfa səbəb ola bilər. Buna görə əhd, niyyət qurbanının başqa vaxt kəsilməsi daha məqsədəuyğundur”.

F.Nurullayev Qurban bayramından əvvəlki günün Ərəfə günü olduğunu deyib:

“Bu yalnız Məkkədə olan insanlara aiddir. Onlar həmin gün Ərəfat dağına çıxır və məxsusi dualar oxuyurlar. Ərəfə günü və axşamı Həcc ziyarətində olanlar daş yığır, səhəri gün şeytana daş atır, ardınca qurbangaha gəlib qurban kəsirlər. Bu hökmlər Həcdən kənar insanlara aid deyil. Qurban bayramında istənilən duaları etmək olar”.

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov da qurban kəsməyin İslam dininə görə vacib ibadət olmadığını deyib.

“Bu müstəhəb sayılan əməllərdən biridir. Əlavə pul toplamaq imkanına sahib, borcu olmayan, imkanı çatan insanların qurban kəsməsi bəyəniləndir. Həmçinin qurban heyvanı almaq və ya kəsmək şəxsin gündəlik, aylıq yaşayışına təsir etmirsə, qurban kəsə bilər. Borcu olan, ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar”, – deyə əlavə edib.

Erkək heyvan qurban kəsilməlidir

Elvüsal Məmmədov qurban kəsilən heyvanın erkək olmasının daha uyğun görüldüyünü bildirib.

“Qurban kəsilən heyvan sağlam, əzaları qüsursuz olmalıdır. Əks halda kəsilməsi məsləhət görülmür, çünki bu, Allahın adına kəsilən heyvandır. Qurbanlıq heyvan gözəgəlimli olmalıdır, Allaha layiq bilinməlidir”, – deyə əlavə edib.

E.Məmmədov niyyət qurbanının bayramda kəsilməsinin yolverilməz olduğunu deyib:

“Qurban bayramında İsmayıl qurbanı kəsilər və bu qurbanı hər hansı qarşılıq üçün kəsə bilmərik. Niyyət qurbanını kəsməyə imkan olmadıqda bu, günah sayılmır, imkan çatdıqda dərhal kəsmək lazımdır və təxirə salmaq olmaz”.

Ərəfə günü və bayramda edilənlər

Elvüsal Məmmədov Ərəfə gününün (bayramdan əvvəlki gün – red.) islamda mühüm və fəzilətli günlərdən olduğunu bildirib:

“Ərəfə günü oruc tutmaq lazımdır. Peyğəmbərimiz buyurur ki, həmin gün oruc tutan şəxsin keçmiş və gələcək 1 illik günahları bağışlanır. Bununla yanaşı, dualar, xüsusi zikrlər (Sübhənallah, Əlhəmdülillah, Əstəğfürullah, Allahu əkbər) edilməlidir, sədəqə verilə bilər. Bayram günü bayram namazını qılmaq, mümkünsə qurban kəsmək və paylamaq, xüsusi zikr etmək, bayram süfrəsi təşkil etmək lazımdır.

Ailə ilə birlikdə bayram namazını qılmağa hazırlaşmaq, uşaqlara hədiyyə almaq, doğmaları və qohumları təbrik etmək, onları ziyarət etmək olar. Elə etmək lazımdır ki, bayram havası hiss olunsun”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ekspert “Azercell”i “yıxıb sürüdü” – “Cibimizə girib milyonlar qazanmaq istəyir”
Next: Mərkəzi Avropa Azərbaycandan sabit qaz tədarükünə ümid edir

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.