Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 5
  • Azərbaycanda mobil rabitənin fantastik qiymətləri – Səbəb nədir? – Ekspert açıqladı

Azərbaycanda mobil rabitənin fantastik qiymətləri – Səbəb nədir? – Ekspert açıqladı

admin 05/06/2025
mobil-tel
Dünyada ən bahalı internet xidməti Azərbaycandadır, niyə? Azərbaycanda internet və danışığın qiyməti yüksəkdir. Yəni internetə və danışığa 30 gün ərzində verdiyimiz pulun orta aylıq əmək haqqımızda payı 3.52 faiz təşkil edir. Bu göstərici Gürcüstanda 3.10%, Rusiyada 0.94%, ABŞ-da 2.18 faiz təşkil edir. Başqa sözlə desək, qazancının ən böyük hissəsini internet və rabitəyə xərcləməkdə Azərbaycan vətəndaşları ilk sıradadır”.
Bunu marketoloq Müşfiq Hüseynov bildirib.
Bakupost.az
O, telefon danışıqları və internetin qiymıti ilə müqayisəli təhlil hazırladığını qeyd edib:
“Ərinmədim, həm maaşları, həm interneti, həm limitsiz aylıq danışığın qiyməti hesabladım, həm də maaşların bütün bunların məcmu qiymətinə olan nisbətində müqayisəli təhlil hazırladım.
Ölkələri eyni internet sürətinə — 74.08 Mbit/s (Azərbaycandakı orta göstərici ilə eyni səviyyəyə) gətirdim ki, müqayisə düzgün olsun. Çünki, elə ölkələr var ki, orda sürət 20 Mbit/s, elə ölkələr var ki 250 Mbit/s-dir. Hər biri 10 GB versə də, sürətlər başqadır.
10 GB internet + 1 ay danışıq + orta aylıq maaş və bütün bunların orta aylıq maaşa olan nisbəti:
Ölkə Orta ƏH($) Qiyməti($) O ƏH/%?
Azərbaycan 550 18.40 3.52%
Gürcüstan 575 17.81 3.10%
Ermənistan 600 18.29 3.05%
ABŞ 6725 146.49 2.18%
Banqladeş 225 5.08 2.26%
Hindistan 182 3.30 1.18%
Çin 1150 12.94 1.13%
Fransa 3100 14.45 0.47%
Almaniya 3400 23.76 0.70%
Rusiya 810 7.63 0.94%
Azərbaycanda qiymət pis deyil, amma hər şey müqayisədə görsənir. Özü də orta əmək haqqına nisbətdə müqayisədə”.
Marketoloq bu vəziyyətə gətirən səbəbləri də açıqlayaraq, bunu 2 amil ilə əlaqələndirib:
“1. Əhalinin sayı. Azdır. Azdır deyə, bahalıdır. Misal üçün Malidə orta maaş Azərbaycan kimi 600 dollar təşkil etsə də, əhali 17 milyon olduğuna görə orta əmək haqqının cəmi 2.5 faizini internet və telefon danışığına verir. Başqa nümunəyə baxaq. Qvatemalada 18 milyon əhalidir, orta aylıq əmək haqqıları 600 dollardır və orta əmək haqqının 2 faizini bu xidmətlərə ödəyir. Eləcə də Çin, Hindistan, ABŞ, Pakistan və sair ölkələrin əhalisi yüksək, orta əmək haqlarının isə faizi aşağıdır.
Qısacası, Azərbaycanda, Gürcüstanda əhali azdır deyə, əməliyyat xərcləri yüksək qalır. Buna görə də bizdə rabitənin qiymətləri bahadır.
2. Azərbaycanda MVNO yoxdur. Bəs MVNO nədir? Niyə ondan Fransada 25, Amerikada 130, Almaniyada 50 dənədir, amma Azərbaycanda heç yoxdur? MVNO-nun qiymətə nə təsiri var?
MVNO (Mobil Virtual Şəbəkə Operatoru) — bu, öz antenası, baza stansiyası, şəbəkəsi olmayan mobil operator deməkdir. Bir növ private label… O, misal üçün, Azercell, Bakcell və ya Nar kimi real operatorlardan şəbəkəni icarəyə götürür, amma:
– Öz tarif paketlərini yaradır;
– Öz brend adı ilə çıxış edir;
– Özünün müştəri xidməti olur.
Dünyadan nümunə:
– ABŞ-da “Mint Mobile” – “T-Mobile” şəbəkəsini icarəyə götürür, amma qiymətləri 2-3 dəfə ucuzdur;
– Fransada “Lebara Mobile”– “Orange” şəbəkəsi üzərində işləyir, miqrantlara və xaricə zəng edənlərə ucuz tariflər təqdim edir;
– Almaniyada “Aldi Talk” – “O2” şəbəkəsi üzərində işləyir, amma supermarket qiymətləri ilə.
Bəs Azərbaycanda MVNO olsa, nə olacaq?
1.Rəqabət artacaq – qiymətlər enəcək
– Hazırda cəmi 3 operator var.
– MVNO gələndə → daha ucuz tariflər, sərfəli təkliflər, yeni brend alternativləri yaranacaq.
2. Niş bazarlara uyğun xüsusi tariflər yaranar;
– Tələbələr, yaşlılar, uşaqlar, sürücülər üçün xüsusi paketlər – məsələn, “Tələbə 3₼” tarifi – yalnız Teleqram, Zoom və Google Meet üçün internet.
3. Daha çevik və yaradıcı yanaşmalar;
– Günlük abunə (məsələn, 3 gün internet – 1 manat)
– eSIM texnologiyalı virtual nömrələr, beynəlxalq bonuslar, avtomatik deaktivasiya sistemləri.
4. Ticarət brendləri ilə mobil xidmət;
– Bravo, Kontakt Home və ya Kapital Bank MVNO yaratsa, müştərilərə alış-veriş üçün bonuslar, kəşbək, ballar təqdim edə bilər.
5. İnsanların büdcəsinə düşən yük azalar;
– Hazırda biz mobil rabitəyə 18.40$ (~3.5% orta maaş) xərcləyirik.
– MVNO-ların olduğu ölkələrdə bu rəqəm 1–2%-ə düşür
Bəs Azərbaycanda niyə MVNO yoxdur?
– Hüquqi lisenziya sistemi yoxdur – qurulmalıdır
– Böyük operatorlar rəqabət istəmir və bunu anlamaq olar.
– Əlbəttə, əhalinin gəlir səviyyəsini aşağı olması, operatorların texnikaları xaricdən baha qiymətə idxal etməsi (yerli alt yapının olmaması), dövlətin ünvanlı yardımda və ərzaq səbətində yüksək keyfiyyətli interneti nəzərə almaması (Almaniya, Fransa ABŞ-də nəzərə alınıb ) da qiymətlərə təsir edir. Səbəbi anlayanda, nəticəyə də doğru qiymət vermək mümkün olur”. /bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: ADNSU-nu bitirib, amma plastik cərrahdır – Daha bir qalmaqallı klinika +Video
Next: Putin Trampa bunu da etdi… – “O, hər kəsə orta barmaq göstərir”

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.