Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 5
  • Putin Trampa bunu da etdi… – “O, hər kəsə orta barmaq göstərir”

Putin Trampa bunu da etdi… – “O, hər kəsə orta barmaq göstərir”

admin 05/06/2025
745cc2a9-1f51-4968-a945-c7b7b584878e

 

ABŞ-nin “dahi” Prezidenti özünü Putinin sözçüsü səviyyəsinə endirib

Co Baydeni maymaq, zəif, ağılsız, cəsarətsiz və s. kimi təqdim və tənqid edən Donald Tramp hazırda bəlkə də ən uğursuz, ölkəsini dünyada ən çox nüfuzdan salan və xüsusilə də Rusiya qarşısında ən çox əyilən bir Prezident kimi ABŞ tarixinə düşməkdədir…

Xəbər verildiyi kimi, dünən Trampla Putin arasında növbəti telefon danışığı baş tutub. Söhbət barədə Trampın paylaşımına nəzər yetitrdikdə görürük ki, seçki kampaniyası zamanı “24 saata müharibəni bitirəcəyəm”, “Putin mənə hörmət edir” deyən, eləcə də prezidentliyinin ilk dövründə əsib-coşan, “xarici ölkə başçıları mənim arxamı öpmək üçün sıraya düzülüb” deyən Trampın özü bu gün olduqca düşük bir təsir bağışlayır.

Putinlə söhbəti barədə paylaşımında Tramp yazıb: “”Mən Vladimir Putinlə telefondan indicə danışdım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın aeredromda olan Rusiya təyyarələrinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin çox sərt şəkildə dedi ki, o, Ukraynaya və bu yaxınlarda aerodromdakı hücuma görə cavab verəcək”.

Fikir verin, ABŞ Prezidenti Rusiya kimi işğalçı ölkənin başçısının Ukraynaya ağır cavab verəcəyi barədə anons verir! Sanki adam ABŞ kimi dünyanın ən nəhəng iqtisadi və hərbi gücə malik ölkəsinin prezidenti yox, Vladimir Putinin sözçüsüdür. Bu gedişlə Tramp yaxın zamanda Dmitri Peskovun vəzifələrini öz üzərinə götürmüş olsa, buna təəccüblənməyə dəyməz…

Hansı ki, ABŞ Prezidenti Putinin hədə-qorxusunu dünyaya çatdırmaq əvəzinə, açıq işğalla, özbaşınalıqla, beynəlxalq hüququ ayaqlar altına atmaqla, dünuyanı nüvə müharibəsilə təhdid etməklə, saysız-hesabsız hərbi cinayətlər törətməklə məşğul olan Rusiyanın başçısına yerini göstərməli, onun cəzasızlığına, özbaşınalığına son qoymalı, ən azından bunun üçün cəsarətli addımlar atmalı, Ukraynaya indikindən qat-qat artıq dəstək göstərməlidir.

Bunun əvəzinə TrampABŞ Senatındakı Respublikaçılardan Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı tələb edib. Yayın ortalarında Co Baydenin Ukraynaya ayırdığı hərbi yardım paketinin tükənəcəyi gözlənilir. ABŞ-nin Ukraynaya yeni hərbi və maliyyə yardımından isə Trampın sayəsində söhbət belə getmir. Əvəzində, hər imkan düşəndə Ukrayna və onun başçısı təhqir və təhdidi olunur…

Bütün bu baş verənlər bir müdddət əvvəl ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdəki çıxışını və Tramp haqqında dediklərini yada salır: “Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?”

Son Tramp-Putin telefon danışığına və Rusiya başçısının hədə-qorxularına münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: “Əgər dünya Putinin təhdidlərinə zəif reaksiya verirsə, o, bunu onun hərəkətlərinə göz yumulması kimi qəbul edir. Bu, ona daha çox cinayət və qətllər üçün yaşıl işıq yandırır… Putin cəzasızlıq hiss edir, yeni zərbələr hazırlayır və bütün dünyaya – Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə orta barmaq göstərir”.

Sözsüz ki, bu sözlər ilk növbədə özünü görməməzliyə, bilməməzliyə vuran və hələ də özünü “dahi prezident” hesab edən Trampa ünvanlanıb. Əslində də, başıpozuq siyasəti ilə ən çox bu işarəyə layiq olan da elə onun özüdür!

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda mobil rabitənin fantastik qiymətləri – Səbəb nədir? – Ekspert açıqladı
Next: Bakıda Qərbi Azərbaycan irsi ilə bağlı “Daşları toplamaq vaxtıdır” kitabının təqdimatı olub

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.